YAP İdarə Heyəti toplandı: "Fransa Senatının qətnaməsi Minsk Qrupunun fəaliyyətinə ağır zərbə vurub"
27-11-2020 [16:26]
Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin videokonfrans formatında növbəti iclası keçirilib.
YAP mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, iclasda qondarma Dağlıq Qarabağın tanınmasının tövsiyyə edilməsinə dair Fransa Senatının noyabrın 25-də qəbul etdiyi qətnamə geniş müzakirə edilmiş, həmin sənədin münaqişənin həlli istiqamənindəki səylərə, eləcə də ölkələrimiz arasındakı münasibətlərə mənfi təsirləri barədə geniş fikir mübadiləsi aparılıb.
Qeyd edilib ki, bu qətnamə beynəlxalq aləmdə ən qeyri-obyektiv, zərərli və prinsipsiz sənəd hesab edilməlidir. Bu qətnamənin timsalında beynəlxalq ictimaiyyət vasitəçinin öz vəzifə borcuna hansı prizmadan yanaşmasının şahidi oldu.
Müzakirələrdə vurğulanmışdır ki, BMT Təhlükəsizlik Şurasının verdiyi mandata uyğun olaraq, Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsinin nizamasalınmasında vasitəçilik missiyasını yerinə yetirməli olan Fransadan tələb olunan ən mühüm şərt obyektivlik, tərəfsizlik və qərəzsizlikdir. Lakin Fransa Senatı noyabr ayının 25-də Dağlıq Qarabağın tanınması haqqında məsuliyyətsiz qətnamə qəbul etməklə öz üzərinə götürdüyü öhdəliklərə məhəl qoymaq fikrində olmadığını nümayiş etdirdi.
Qeyd olunub ki, BMT Təhlükəsizlik Şurasının üzvü kimi Fransadan istənilən mübahisəli məsələlərdə ədalətli mövqe nümayiş etdirmək məsuliyyəti tələb edilir. Bu məsuliyyəti dərk etməyən Fransanın beynəlxalq münasibətlərlə əlaqədar taleyüklü qərar qəbul etmək, hakim rolunu oynamaq səlahiyyəti ciddi suallar doğurur. Fransa Senatının qəbul etdiyi bu qətnamə BMT Təhlükəsizlik Şurasında qəbul edilmiş qətnamələrdə əks olunan beynəlxalq hüquq və prinsiplərlə daban-dabana ziddiyət təşkil edir.
İclasda xüsusilə vurğulanıb ki, Fransa Senatının qəbul etdiyi məlum qətnamənin Minsk Qrupunun fəaliyyətinə ağır zərbə vurduğu şəksizdir.
İclasda müzakirələrin yekunu olaraq Yeni Azərbaycan Partiyasının adından Fransa Senatında noyabrın 25-də “Dağlıq Qarabağ Respublikasının tanınmasının zəruriliyinə dair” 145 nömrəli qətnamənin qəbul olunmasını qətiyyətlə pisləyən bəyanat qəbul edilib.
"Vergi də bir sevgidi, vaxtında bəyan etmək lazımdı" - Mühasiblər və vergi mütəxəssisləri bir araya gəldi (VİDEO, FOTOLAR)
İllər ötdü, Ziya Məmmədov dəyişmədi - Sabiq nazir toyda + FOTO
"Kirayə gəlirləri ilə bağlı yanlış təsəvvür yaranıb" - Vergi Xidmətinin baş idarə rəisi son dəyişikliklərə şərh verib
Sabah yağış yağacaq
Xəzər dənizində zəlzələ olub
Vanda güclü zəlzələ olub
Prezident İlham Əliyevdən İrana iki dildə mesaj: "Dost və qardaş xalqlarımız əsrlər boyu bir-birinə dayaq olub və..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
ABŞ-ın məşhur nəşri yazır: “İran Pakistan vasitəsiylə Amerika ilə danışıqdan imtina edib” – Daha 3 ölkənin səyləri də nəticə vermir
Türkiyə-Azərbaycan Universitetinin rektoru: "Biz hər bir tələbə üzərində xüsusi həssaslıqla işləyirik" - MÜSAHİBƏ
Nadir şah Əfşardan yadigar qalan "Zindan"... - Deputatın oğlu bu nazirliyin də tenderini qazandı
"Haqqımız, uşaqların alın təri Əliyarın haramı olsun" - “Turan Tovuz”un prezidenti əsəbləşdi (VİDEO)
"Sosial şəbəkələrdə niyə təhqir olunmalıyam? - Elnarə Abdullayeva polisə şikayət edib
İran səmasında Çin istehsalı PUA vuruldu – Rəsmi Tehran iki müsəlman ölkəsindən izahat istədi
Veysəloğlu Şirkətlər Qrupunun dəstəyi ilə Aprel döyüşlərinin 10-cu ildönümünə həsr edilən “Zəfər Yolu” layihəsinin təqdimatı keçirilib - FOTOLAR
Güləş Federasiyasında qalmaqal - iki nəfər istefaya göndərildi
Kəmaləddin Heydərovun oğluna satılan zavodla bağlı 12 milyon manatlıq qalmaqal - Taleh Heydərov şirkət rəhbəri ilə məhkəmədə razılaşıb? (Yenilənib)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
Əli Nağıyev: "Azərbaycan əleyhinə yönələn kəşfiyyat-pozuculuq və..." - DTX-də tədbir keçirilib (VİDEO)
PREZİDENT BU ŞƏXSLƏRİ TƏLTİF ETDİ - Sərəncam + SİYAHI
Sabahdan yağış güclənəcək - Xəbərdarlıq
Əli Kərimlinin mühafizəçisinə hökm oxundu - Məhkəmə prosesi
GÜLMƏŞƏKƏR - Kəbutər Hakverdinin hekayəsi
Yaşayış sahəsindən istifadə və... - Ali Məhkəmədən əmlakın dövlət reyestrində qeydiyyatı ilə bağlı MÜHİM İZAHAT
"e-Sosial" tətbiqi fəaliyyətini tam olaraq dayandıracaq
Makron ABŞ və Çinə "sataşdı": “Məqsədimiz iki dominant gücün vəssal dövlətləri olmamaqdır”
Bəs FİF nə oldu, AFFA? - AFFA yığışdı, amma... - Rövşən Nəcəf Mia.az-ın suallarını cavablandırıb
Bəhreyn İranın hücumu ilə bağlı son məlumatı açıqlayıb
DÇ-2026: FİFA 727 milyon dollar mükafat fondu ayırdı
İran ordusu quru əməliyyatına hazırlaşıb: “Gözləyirik, sizə elə dərs verəcəyik ki..." - Amerika əsgərlərinə fəlakət yaşadacağıq”
Sabah hava necə olacaq? - Proqnoz
Nazirlikdə dəyişiklik - Media və kommunikasiya şöbəsi ləğv edildi, yeni sektor yaradıldı (Yenilənib)
AFFA hesabat verib - VİDEO (YENİLƏNİB)
"Bu, ədalətdir, bu, insan ləyaqətidir" - Hikmət Hacıyev