I Türk Dünyası Gənc İş Adamları Türkiyədə bir arada

img

26-11-2013 [18:26]


Bu gün I Türk Dünyası Gənc İş Adamları Türkiyədə bir araya gəlib. Toplantını Dünya Türk Gənclər Birliyinin sədri, keçmiş millət vəkili Әkrəm Abdullayev giriş sözü ilə açaraq Türk dünyasının bütün nümayəndələrini belə bir toplantıda görməkdən qürur duyduğunu bildirdi. 

O, belə bir toplantının bir neçə il idi ki, müəyyən səbəblərdən təxirə salınırdı. Amma bu gün belə bir toplantının keçirilmesi bütün Türk dünyasının uğuru adlandırmaq olar. "Fəaliyyet göstərdiyimiz müddətdə yazarlari, alimləri, istehsalçıları bir araya gətirə bildik. Zaman-zaman Dünya Türk Gəncləri Birliyi səviyyəsində bu təşkilatları qurduq. Artıq Dünya Türk Gəncləri Birliyinin ətrafında bir neçə sahəni birləşdirən belə təşkilatlar var. Qloballaşan dünyada iş görən insanların nə qədər önəmli olduğunu nəzərə alıb belə bir toplantı keçirməyi qərara aldıq.Biz artıq neçə aylardır ki, bu toplantının keçirilməsi, Türk dünyasının hər yerindən bura iş adamlarının dəvət olunmasına çalışırdıq. Nəticə olaraq buna nail olduq". Dünya ölkələeinin iqtisadiyyatının fərqli formada inkişaf etdiyini deyən Әkrəm Abdullayev Birliyin məqsədînin bu inkişafı Türk dünyasında izləmək olduğunu bildirdi. Odur ki, bütün Türk dünyası ilə birlikdə bu işləri bir araya gətirəmək istədik. "Düzdür bu bizim ilk addımımızdır. İstədiyimiz qədər olmasa da istədik ki, daha çox türk dünyasının müxtəlif bölgələrində yaşayan insanları əhatə edək. İnanıram ki, çoxlarınız bir neçə gün boyunca işlərimizin yekunu olaraq bir təşkilat yetişdirib, məmləkətlərinizə döneceksiniz" Daha sonra toplantıya dəvət olunan iş adamları çıxış etdilər. Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Şamil Ayrım toplantını yüksək qiymətləndirdiyini, sovetler dağılandan sonra onun tərkibində olan respublikaların nələr edə biləcəyinin sübutu olduğunu bildirdi. " Belə bir toplantını gerçəkləşdirmək çox çətindir. Amma gənclərin edə bilmedikleri heç bir şey yoxdur. İnanıram ki toplantı başa çataandan sonra çoxları belə bir toplantının öz ölkələrində keçirilməsini isteyecek. Toplantının türk xalqlarının bir araya gəlməşini bu coğrafiyada, qardaşlığın, sülhün təminatı olacağına inanıram". Türk dünyası Qəzetcilər Cemiyyetinin rəhbəri Menderis Demir bu gün Türk dünyasinin her bir sahede birlikdə olmasına ehtıyac olduğunu söylədi. " Çox təəssüf edirəm ki türk metbuatı belə önemli toplantını işıqlandıra bilmədi. Amma biz də yaxın günlərdə Türkiyə Qəzetçilər Feerasiyası ilə birlikdə türk dünyasinın media nümayəndələrini də bir araya gətirib belə bir toplantı keçirəcəyik" Daha sonra Kiçik Çekmece Məmurluğunun adına Türk Dünyası ofisinin koordinatoru Semre Aydın Afşar Türk dünyasının bir çox problemlərinə toxundu və bu toplantının həmin probləmlərin həlli açarı olacağını bildirdi. " Әslində Türk dünyasına baxanda qan və göz yaşları da görürük. Çünki elə bir gün yoxdur ki, Kerkükdə bomba səsləri eşidilməsin və ölüm hadisəsi olmasın. Şərqi Türküstanda soyqırım davam edir, Qarabağ problemi 30 ildir həll edilmir. Amma dünya türklərin nüfuzuna baxdıqda hər bir nəfərin Türk olduğu bir dünyada qan. və göz yaşı bu coğrafiyadadır. Niyə ancaq bu coğrafiyada? dəyə baxanda qloballaşan dünyada iqtisadi gücümüzü yetərincə istifadə etmirik. bu səbəbdən də bu gün keçirilən bu toplantı çox önəmlidir" Daha sonra toplantı Türk xalqlarının sənət musiqiləri və yemek süfrəsindən sonra davam etdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA