AMİP-dən Fransaya etiraz: "Bu, planlı şəkildə həyata keçirilmiş siyasi qəsddir"
26-11-2020 [13:32]
Azərbaycan Milli İstiqlal Partiyası Fransa Senatında Dağlıq Qarabağdakı qondarma qurumun tanınması ilə bağlı bəyanat yayıb.
AMİP-in mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, bəyanatda bildirilir ki, noyabrın 25-də Dağlıq Qarabağdakı qondarma qurumun tanınması ilə bağlı qəbul edilən qərar Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə qarşı Fransa Senatı tərəfindən düşünülərək, planlı şəkildə həyata keçirilmiş siyasi qəsddir:
“Bu hal bütün dünyanın gözü qarşısında Fransa Senatının separatizmi və terroru dəstəkləməsinin əyani sübutudur. Azərbaycan Milli İstiqlal Partiyası olaraq bu qərarı 1992-ci ildə Azərbacan dövlətinin BMT tərəfindən tanınmış ərazi bütövlüyünə qarşı atılmış siyasi akt kimi qəbul edirik”.
Bənatanda deyilir ki, Azərbaycan münaqişənin ilk illərində Fransa ilə yüksək səviyyəli münasibətlər quraraq və bu dövlətə böyük ümidlər bəsləyərək 1997-ci ildən ATƏT-in Minsk qrupuna həmsədr seçilməsinə razılıq verib: “Azərbaycanda Fransanın iqtisadi maraqları maksimum təmin edilib, 50-dən çox fransız şirkətinə ölkəmiz ərazisində fəaliyyət göstərmək ümün geniş imkanlar yaradılıb, Azərbaycanla Fransanın aparıcı fransız şirkətləri ilə 2,2 milyard dollarlıq anlaşmalar imzalanıb.
Fransada çoxsaylı mədəni layihələr icra edilib, Heydər Əliyev fondunun vəsaiti hesabına Parisdə Versal Sarayı parkındakı ümumbəşəri abidələr, Luvr muzeyi bərpa olunub və digər humanitar layihələr həyata keçirilib”.
Bəyanata görə, Dağlıq Qarabağ münaqişəsinin ilk illərindən bu günədək davam edən qərəzli addımlar gostərir ki, Fransa ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi tərəfsizliyini qoruya bilmir və işğala məruz qalmış Azərbaycanla işğalçı Ermənistan arasında nəinki fərq qoymur, əksinə işğalçını müdafiə edən mövqe nümayiş etdirir.
“Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin işğal olunması, mülki əhalinin qətlə yetirilməsi, işğalçı dövlətin torpaqlarımızda etnik təmizləmə, ekoloji terror, qeyri-qanuni məskunlaşma və qanunsuz iqtisadi fəaliyyətlər aparmasına qarşı 30 il susqun mövqe nümayiş etdirmiş Fransa indi belə bir Qətnamə qəbul etməklə faktiki olaraq atəşkəs razılaşmasını pozmağa və münaqişəni yenidən alovlandırmağa çalışır.
Tarixində görünməmiş qətliamlar törətmiş bir ölkə Azərbaycan və Türkiyə əleyhinə əsassız ittihamlarla çıxış edərək bu cür bir qətnamələr qəbul etməkdənsə yaxşı olardı ki, Əlcazairdə, Tunisdə, Mərakeşdə, Çadda, Qobonda, Kamerunda, Ruandada, Cibuti, Kamboca və Vyetnamda törətdiyi soyqırımlara qiymət versin, eləcə də BMT Baş Assambleyasının qətnamələrinə və Qoşulmama Hərəkatının qərarlarına uyğun olaraq müstəmləkəçiliyin ən son nümunələrindən biri olan Qəmər adalarının Mayot adası məsələsini nəzərdən keçirsin”.
Bütün yuxarıda sadalananları nəzərə alaraq AMİP tələb edir ki, Fransanın dərhal ATƏT Minsk Qrupu həmsədrliyindən, eləcə də ümumiyyətlə Minsk Qrupu üzvlüyündən çıxarılması ilə bağlı hüquqi prosedura başlanılsın:
“Azərbaycanın Fransadakı səfiri geri çağırılsın, Azərbaycandakı Fransa səfirinin etimadnaməsi ləğv edilsin.
Fransa Senatının məlum Qətnamənin lehinə səs vermiş 305 nümayəndəsinin Azərbaycana girişinə ömürlük qadağa qoyulsun.
Azərbaycanda fəaliyyət gösrətən 50 fransız şirkətinin, eləcə də Fransız məktəblərinin ölkəmizin ərazisindəki fəaliyyətinə yenidən baxılsın.
Fransa istehsalı olan məhsulların ölkəmizə girişinə qadağa qoyulsun.
Fransa ilə bütün siyasi, mədəni, iqtisadi və humanitar əlaqələr dayandırılsın”, - deyə bəyanatda vurğulanır.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi