26-11-2013 [16:09]
1992-ci ilin mayın 18-də Ali Sovetin sessiyasında parlamentin sədri vəzifəsinə o zaman Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri işləyən mərhum dövlət başçısı Heydər Əliyevin namizədliyini irəli sürdüm və fasilə zamanı onun bu məsələyə münasibətini öyrənmək üçün keçmiş deputat Arif Hacılı ilə birlikdə birinci vitse-spiker Ziyad Səmədzadənin kabinetinə qalxdım.
Bunu gün.az-a i açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının və İdarə Heyətinin üzvü, parlamentin komitə sədri, məşhur "91-lər”dən olan Eldar İbrahimov deyib.
Qeyd edək ki, son günlər mərhum dövlət başçısı Heydər Əliyevin 1992-ci ilin məlum may hadisələri zamanı keçmiş Ali Sovetin sədri vəzifəsinə namizədliyinin irəli sürülməsi və onun bu məsələyə münasibətinin öyrənilməsi üçün telefon əlaqəsinin yaradılmasına maneçilik törədilməsi məsələsi yenidən ölkə mətbuatının gündəminə gəlib.
Bu dəfə isə bu məsələni gündəmə gətirən YAP-ın tanınmış simalarından olan sabiq millət vəkili Zahid Qaralov olub. O, bu məsələdə keçmiş birinci vitse-spker, hazırda parlamentin komitə sədri olan Ziyad Zəmədzadəyə qarşı sərt ittihamlar irəli sürüb.
Sayt bu məsələ ətrafında yaranmış qalmaqala aydınlıq gətirmək üçün H.Əliyevlə bağlı məlum təklifin əsas müəllifi ilə - YAP-ın qurucularından olan E.İbrahimovla əlaqə saxlamaq qərarına gəlib.
Söhbət zamanı bir daha sözügedən təklifin müəllifi olduğunu vurğulayan E.İbrahimov o zaman H.Əliyevlə telefon əlaqəsinin yaradılmasına qəsdən maneçilik törədildiyini bildirib: "Mən Heydər Əliyevin namizədliyini irəli sürəndən sonra o zaman Ali Sovetin həmin iclasına sədrlik edən birinci vitse-spiker Ziyad Səmədzadə onun kabinetindən Heydər Əliyevə zəng etmək üçün deputatlara-konkret olaraq, mərhum Bəxtiyar Vahabzadə ilə İsmayıl Şıxlıya müraciət etdi, lakin onlar hansısa səbəblərdən bu müraciətə müsbət cavab vermədilər.
Bundan sonra Heydər Əliyevə zəng etmək üçün mən Arif Hacılı ilə birgə Ziyad müəllimin kabinetinə qalxmalı oldum. Bu zaman bir də gördüm ki, dəhlizdə Arif Rəhimzadənin səsi gəlir, o dedi ki, qorxma, mən də sənin arxandayam.
Mən də dedim ki, əşşi, nədən qorxuram, öz qəlbimin hökmü ilə hərəkət edirəm və heç nədən də çəkinmirəm. Sonra Ziyad müəllimin kabinetindən-iki telefondan Heydər Əliyevlə əlaqə yaratmağa çalışsaq da, onun telefon əlaqəsi alınmadı, telefon xətləri kəsildi” - deyən millət vəkilinin sözlərinə görə, görünür, H.Əliyevlə danışmağa, onunla əlaqə yaratmağa mane olmaq üçün o zaman yenicə hakimiyyəti ələ almış AXC-Müsavat rəhbərliyi telefon xətlərini kəsdirmişdi.
YAP funksioneri qeyd edib ki, bu məsələ ilə bağlı Ümummilli lider H.Əliyev özü də sağlığında dəfələrlə açıqlama verib və bildirib ki, həmin vaxt kabinetində olub, ancaq ona zəng gəlməyib.
"Doğrudan da, bu, belə olub. Mən həmin vaxt Heydər Əliyevin köməkçisi ilə əlaqə saxlayanda o bildirdi ki, Sədərəkdə vəziyyət çox ağırdır, gərgin döyüşlər gedir və bununla əlaqədar aşağıda-iclas zalında Heydər Əliyevin sədrliyi ilə Ali Məclisin iclası keçirilir. Mən bu zaman dedim ki, Heydər Əliyev kabinetinə qayıdanda bizim ona zəng etdiyimizi xəbər verin və mümkün olsa, bizimlə əlaqə saxlasın.
Ancaq məhz dediyim səbəblərdən, telefon əlaqəsinin yaradılmasına qəsdən maneçilik törədlidiyi üçün Heydər Əliyevlə əlaqə saxlamağımız mümkün olmayıb. Hətta, mən Ali Sovetin sessiyasından Naxcıvana qayıdanda Heydər Əliyevlə görüşdüm və görüş zamanı onunla əlaqə yaratmaq istədiyimizi bildirdim, o da cavab verdi ki, kabinetində olub, ancaq Bakı ilə əlaqə yaratması mümkün olmayıb, daha doğrusu, Bakıdan telefon xətlərini qəsdən kəsdiriblər.
Yəni, bu məsələ hamının gözü qarşısında olub və bu məsələdə, Heydər Əliyevlə telefon əlaqəsinin alınmamasında da günahkar o zamankı AXC-Müsavat rəhbərliyidir. Çünki onlar Heydər Əliyevin hakimiyyətə gəlişindən qorxurdurlar və buna da hər vəchlə mane olurdular. Ancaq cəmi bir ildən sonra özləri Heydər Əliyevin dalınca təyyarə göndərməli, ona yalvarmalı, hakimiyyətə gətirməli oldular...” - deyə, E.İbrahimov sonda vurğulayıb.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi