Baş konsul: "Erməni lobbisi dəridən-qabıqdan çıxsa da, həqiqəti dəyişə bilməz"
26-11-2020 [10:29]
Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayevin “Kəlbəcərin işğalı ilə bağlı BMT TŞ-nin sənədlərini Fransa səfiri necə zəiflətdi” başlıqlı məqaləsi ABŞ-ın “Medium” onlayn media platformasında dərc edilib.
Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan Mia.az-a verilən məlumata görə, məqalədə baş konsul 25 noyabrda Kəlbəcərin 27 illik işğalına son qoyulduğunu bildirərək, bununla da on minlərlə məcburi köçkün öz doğma yurdlarına qayıda biləcəyini vurğulayıb.
N. Ağayev 1993-cü ildə Kəlbəcərin işğalının və orada yaşayan azərbaycanlıların etnik təmizləməyə məruz qalmalarının Ermənistan-Azərbaycan münaqişəsinin ən ağrılı səhifələrindən biri olduğunu bildirir. O, bu xüsusda “Human Rights Watch” təşkilatının hesabatına istinad edərək, Kəlbəcərin işğalı nəticəsində 60 min insanın öz doğma torpaqlarından didərgin salındığını, onların ağır müharibə şəraitində və çətin hava şərtləri altında rayonu tərk etdiyini və çoxlu sayda mülki azərbaycanlının öldürüldüyünü və əsir götürüldüyünü vurğulayır.
Kəlbəcərin işğalı ilə bağlı bu dəhşətli faktların sübutu kimi baş konsul bu yaxınlarında apardığı araşdırmalar zamanı ermənilər tərəfindən çəkilmiş bir videonu üzə çıxartdığını və videonun sosial şəbəkələrdə geniş yayıldığını qeyd edir. N. Ağayev bildirir ki, sözügedən videoda Kaliforniya doğumlu erməni terrorist Monte Melkonyan və onun əlaltıları gülərək və əylənərək Kəlbəcərdəki azərbaycanlı əhaliyə rayonu tərk etmək üçün 10 saat vaxt verdiklərini səsgücləndirici vasitəsilə bildirirlər.
N. Ağayev qeyd edir ki, Kəlbəcərin işğalından dərhal sonra, 6 aprel 1993-cü ildə BMT Təhlükəsizlik Şurası bu işğalı pisləyən və işğalçı qüvvələrin rayon ərazisindən çıxarılmasını tələb edən bəyanat qəbul etmişdi. O, bu yaxınlarda Klinton Prezident Kitabxanası tərəfindən Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı yayılmış, Dövlət Departamentinin məxfilik qrifi qaldırılmış məktublarına istinad edərək, həmin vaxt Fransanın BMT-dəki daimi nümayəndəsi Jan-Bernard Merimenin (Jean-Bernard Mérimée) Kəlbəcərin işğalı ilə bağlı BMT TŞ-nin bəyanatının mətnində əhəmiyyətli dəyişikliklər etməyə nail olduğunu vurğulayır. Belə ki, J.-B. Merime ABŞ-ın BMT-dəki səfiri M. Olbrayt və digər BMT TŞ üzvlərinin təklif etdikləri mətnə qarşı çıxaraq, işğalçı tərəf kimi Ermənistanın təqsirləndirilməsinin qarşısını hər vəchlə almaq üçün Kəlbəcəri işğal edən tərəf kimi sənədə “yerli erməni qüvvələri” ifadəsinin daxil edilməsinə nail olmuşdu. 30 aprel 1993-cü ildə qəbul edilmiş, Kəlbəcərin işğalı ilə bağlı BMT TŞ-nin 822 saylı qətnaməsinə də Merimenin səyləri nəticəsində eyni ifadə daxil edilmişdi.
Baş konsul qeyd edir ki, həmin dövrdə BMT Baş Katibinin Təhlükəsizlik Şurasına məsul köməkçisi erməni əsilli Benon Sevan idi. 2000-ci illərin əvvəllərində Sevan və Merime Səddam Hüseyn rejimindən rüşvət almaqda təqsirkar bilinmişdilər.
N. Ağayev Merimenin erməni təəssübkeşliyinin yarım milyonluq erməni icmasının mövcud olduğu Fransanın yürütdüyü diplomatiya ilə də həmahəng olduğunu bildirir. Baş konsul yazır ki, məhz bu səbəbdən Azərbaycan 1997-ci ildə Fransanın Minsk Qrupu həmsədrliyinə gətirilməsinə etiraz etmiş və Qrupda müəyyən tarazlığa nail olmaq üçün ABŞ-ın da həmsədr təyin olunmasına nail olmuşdu.
Erməni lobbisinin təkidi ilə Fransa Senatında qondarma “dqr”-in “müstəqilliyi”nin tanınmasını hökumətə tövsiyə edən qətnamənin qəbuluna toxunan N. Ağayev qeyd edir ki, belə bir tanıma ciddi beynəlxalq hüquq pozuntusu olmaqla yanaşı Fransanın Minsk Qrupundakı həmsədrliyi statusuna uyğun gəlməzdi. Baş konsul Fransa Prezidenti Emmanuel Makronun bir neçə gün öncə sosial şəbəkələrdə yayılan videosunda Dağlıq Qarabağ və yeddi ətraf rayonun Azərbaycanın ərazisi olduğunu bildirməsini də diqqətə çatdırır.
N. Ağayev bildirib ki, erməni lobbisi və onun havadarları nə qədər dəridən-qabıqdan çıxsalar da, həm Prezident Makron, ondan da öncə Prezident Putinin təkrar etdiyi sadə həqiqəti dəyişə bilməzlər: Dağlıq Qarabağ və yeddi ətraf rayon Azərbaycanın ayrılmaz tərkib hissəsidir!
"Vergi də bir sevgidi, vaxtında bəyan etmək lazımdı" - Mühasiblər və vergi mütəxəssisləri bir araya gəldi (VİDEO, FOTOLAR)
İllər ötdü, Ziya Məmmədov dəyişmədi - Sabiq nazir toyda + FOTO
"Kirayə gəlirləri ilə bağlı yanlış təsəvvür yaranıb" - Vergi Xidmətinin baş idarə rəisi son dəyişikliklərə şərh verib
Sabah yağış yağacaq
Xəzər dənizində zəlzələ olub
Vanda güclü zəlzələ olub
Prezident İlham Əliyevdən İrana iki dildə mesaj: "Dost və qardaş xalqlarımız əsrlər boyu bir-birinə dayaq olub və..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
ABŞ-ın məşhur nəşri yazır: “İran Pakistan vasitəsiylə Amerika ilə danışıqdan imtina edib” – Daha 3 ölkənin səyləri də nəticə vermir
Türkiyə-Azərbaycan Universitetinin rektoru: "Biz hər bir tələbə üzərində xüsusi həssaslıqla işləyirik" - MÜSAHİBƏ
Nadir şah Əfşardan yadigar qalan "Zindan"... - Deputatın oğlu bu nazirliyin də tenderini qazandı
"Haqqımız, uşaqların alın təri Əliyarın haramı olsun" - “Turan Tovuz”un prezidenti əsəbləşdi (VİDEO)
"Sosial şəbəkələrdə niyə təhqir olunmalıyam? - Elnarə Abdullayeva polisə şikayət edib
İran səmasında Çin istehsalı PUA vuruldu – Rəsmi Tehran iki müsəlman ölkəsindən izahat istədi
Veysəloğlu Şirkətlər Qrupunun dəstəyi ilə Aprel döyüşlərinin 10-cu ildönümünə həsr edilən “Zəfər Yolu” layihəsinin təqdimatı keçirilib - FOTOLAR
Güləş Federasiyasında qalmaqal - iki nəfər istefaya göndərildi
Kəmaləddin Heydərovun oğluna satılan zavodla bağlı 12 milyon manatlıq qalmaqal - Taleh Heydərov şirkət rəhbəri ilə məhkəmədə razılaşıb? (Yenilənib)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
Əli Nağıyev: "Azərbaycan əleyhinə yönələn kəşfiyyat-pozuculuq və..." - DTX-də tədbir keçirilib (VİDEO)
PREZİDENT BU ŞƏXSLƏRİ TƏLTİF ETDİ - Sərəncam + SİYAHI
Sabahdan yağış güclənəcək - Xəbərdarlıq
Əli Kərimlinin mühafizəçisinə hökm oxundu - Məhkəmə prosesi
GÜLMƏŞƏKƏR - Kəbutər Hakverdinin hekayəsi
Yaşayış sahəsindən istifadə və... - Ali Məhkəmədən əmlakın dövlət reyestrində qeydiyyatı ilə bağlı MÜHİM İZAHAT
"e-Sosial" tətbiqi fəaliyyətini tam olaraq dayandıracaq
Makron ABŞ və Çinə "sataşdı": “Məqsədimiz iki dominant gücün vəssal dövlətləri olmamaqdır”
Bəs FİF nə oldu, AFFA? - AFFA yığışdı, amma... - Rövşən Nəcəf Mia.az-ın suallarını cavablandırıb
Bəhreyn İranın hücumu ilə bağlı son məlumatı açıqlayıb
DÇ-2026: FİFA 727 milyon dollar mükafat fondu ayırdı
İran ordusu quru əməliyyatına hazırlaşıb: “Gözləyirik, sizə elə dərs verəcəyik ki..." - Amerika əsgərlərinə fəlakət yaşadacağıq”
Sabah hava necə olacaq? - Proqnoz
Nazirlikdə dəyişiklik - Media və kommunikasiya şöbəsi ləğv edildi, yeni sektor yaradıldı (Yenilənib)
AFFA hesabat verib - VİDEO (YENİLƏNİB)
"Bu, ədalətdir, bu, insan ləyaqətidir" - Hikmət Hacıyev