26-11-2013 [13:27]
Amma heç də hər zaman arzuladığımız həyata aparan yolda bəyənmədiklərimizi dəyişdirmək gücümüz və ya imkanımız olmur. İllər ötükcə isə edə bilmədiklərimiz "KAŞ Kİ...”lərə çevrilir.
"İndiki ağlım olsaydı”, "İndiki pulum olsaydı”, " İndiki vaxtım olsaydı” ...... dəyişərdim kimi ifadələrin bəzən sayı-hesabı olmur...
Çünki keçmişdə edə, dəyişdirə bilmədiklərimiz az və ya çox dərəcə də şüuraltımızda ilişib qalır, ta ki o sönənə kimi...
Beləliklə, NƏYİ DƏYİŞƏRDİN?rubrikasının bu dəfəki qonağı xanım millət vəkili Jalə Əliyevadır. .Jalə Əliyeva keçmişə qayıtsaydı, nələri dəyişərdi? sualını cavablandırır.
Arzum 10 il sonra reallaşdı...
Gəlin birinci peşədən başlayaq. Şərqşünas, eyni zamanda hüquqşünasam. Amma qeyd edim ki, ilk növbədə, hüquqşünas olmaq istəmişəm. Hüquqşünas olmağım üçün müəyyən qadağalar var idi. Elə bu qadağalara görə, çox sevdiyim şərq dillərinə, şərq ədəbiyyatına üz tutdum.
Hüquqşünas olmaq arzum hər zaman aktual idi. Universiteti bitirdikdən 10 il sonra bu "kaş hüquqşünas olardım” fikri gerçək oldu və hüquq fakultəsinə daxil oldum. Bu gün isə düşünürəm ki, çox yaxşı dizayner ola bilərmişəm. O qədər mənə maraqlıdır əlimlə çəkdiyim şəkillər. Baxmayaraq ki, həmin şəkilləri axıra qədər də çəkə bilmirəm. Kaş onu bacarsaydım, kaş onun texnikasını biləsəydim... Ev dizaynı xobbimə çevrilib. Bəzən qohumların evinə gedəndə, müştəri gözü ilə baxıram evə. Burada nəyi dəyişmək olar, görəsən?
Alın yazısına həddindən artıq inanıram
Ailə elə bir ocaqdır ki, onu sən həm seçirsən, həm də seçmirsən. Məsələn, valideynləri sən seçmirsən. Bu, bir tanrı payıdır. Mən doğulduğum ailədən razıyam. Bu mövqeyə gəlib çatdığım üçün valideynlərimə minətdaram. Onları əsla dəyişdirmək istəməzdim.
Övladıma gəldikdə, o , mənim sadəcə qızım deyil, oğlumdur, rəfiqəmdir, bacımdır, qardaşımdır, çünki mən ailənin tək övladıyam.
Alın yazısına həddindən artıq inanıram. Bəzən deyirlər ki, hər şey insanin öz əlindədir. Heç bir insan kimliyindən asılı olmayaraq , "pis seçim edirəm” düşüncəsi ilə addım atmaz. Hər kəs addımını atanda düşünür ki, seçimin ən yaxşsını edim. Söhbət ailə münasibətlərindən gedir. Bir az böyük danışmış olaram, desəm ki, bir daha olsaydım, bu səhvi etməzdim və həyatımı başqa cür qurardım. Bu, mənim əlimdə olan bir şey deyil. Bu, bir bağlı sandıqdır. Ona görə də bu addımımı peşmançılıq hissi şəklində qəbul etmək istəmirəm.
Bu hadisə həyatımın 15 illinin ağır keçirməyimə səbəb oldu
Çox peşman olduğum belə bir hadisə gənclik dövrümdə, toyum vaxtı baş verib. 132 nömrəli orta məktəbi bitirmişəm. Həmin məktəbdə 4 cü sinifdən etibarən, dil ədəbiyyat müəlliməm Aliyə Təhmasib olub. O, mənim üçün həm sənətimin seçilməsində, həm ədəbiyyata sevgimdə, ümumiyyətlə, bir kumir rolunu oynayırdı. O, mənə mənəvi qız kimi baxıb, mən də onu mənəvi anam kimi görmüşəm.
Təsəvvür edin ki, bu qədər sıx münasibətlərimiz var idi, necə olubsa, Aliyə müəllimə toy siyahımda yer almamışdı. Bəlkə də mən çox yüngül bir nümunə gətirirəm. Amma bu hadisə bəlkə həyatımın 10-15 illini ağır keçirməyimə səbəb oldu. Sən demə, o, gözləyib, gözu yolda qalıb, hətta mənə az dərs demiş, o qədər də həyatımda böyük rolu olmayan müəllimlərimdən bir neçəsi dəvət olunmuşdu. Bizim bir qohumumuza toydan bir neçə gün sonra o, deyib ki, axşam 5-6 ya qədər gözləyib. O vaxt Aliyə müəllimə 132-nin diektoru idi. Saat 6 ya yaxınlaşanda, anlayanda ki, toy artıq başlayıb və bundan sonra təbii ki onu heç kim dəvət etməyəcək. Aliyə müəllimə səhərə qədər ağlayıb. Mənə bu xəbər çatdığı andan etibarən, 1990-cı ildən ta ki 2003-2004-cü ilə kimi həyatımın 10-15 ilini aldı. Illər keçdi, təbii ki o, məni bağışlamışdı. Amma mən hər zaman onunla ünsiyyətdən qaçırdım.
O portreti verməklə günahımı yumuş oldum
İllər ötdü... 2004-cü ildə Azərbaycan Televiziyasında bir rubrika açılmışdı, "Görüş yeri”. Hər ay bir məktəb haqqında veriliş gedirdi. Elə oldu ilk veriliş 132 nömrəli məktəbə həsr olundu. Məni də bir əlaçı məzun kimi həmin məktəbə dəvət etdilər. Verilişin qonağı olacağını qabaqcadan bilirdim, hazırlaşmışdım.
Ağlıma bir ideya gəldi, bir gənc rəssam tapdım. Bilirdim ki, məşhur rəssamaların heç biri mənim bu kaprizimi qəbul etməyəcəklər.
Qəribə idi ki, Aliyə müəllimənin şəkli də yox idi əlimdə. Rəssamdan xahiş etdim ki, xahiş etdim ki, hansı bəhanə ilə olursa-olsun, sən direktorun kabinetinə girirsən. Onun cizgilərinə diqqətlə baxırsan və onun bir portretini yaradırsan. Rəssam həmin o portreti çox gözəl yaratmışdı. Çox qəribədir ki, rəssam sanki, 15 20 ilin əvvəlinin müəlliməsini çəkmişdi. Həmin verilişdə çıxış etdikdən partanın arxasından bu portreti çıxardıb, təqdim edəndə Aliyə müəlliməyə, bu, ona çox xoş bir surpriz oldu. Mənə elə gəlir ki həmin gün mən günahımı yumuş oldum. Ona görə yox ki,ona bir portret vermişdim,ona görə ki, mən bütün sevgimi, o peşmançılığımı, bu addımımla bildirməyə çalışmışdım.
Nihadə Eyyubova
/azvision.az/
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi