“Azəriqaz” Əhməd Rəhmanovun şikayətinə cavab verdi: "Əsassızdır"
24-11-2020 [20:45]
“Azəriqaz” İstehsalat Birliyinin 17 noyabr 2020-ci ildə Mia.az-a yayılan “Azəriqaz”da maaş fırıldağı, yoxsa...” başlıqlı yazıya https://www.mia.az/w1002137/1002137cavab göndərib.
Qurumun İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Ceyhun Səfərovun imzası ilə Mia.az-a daxil olan cavab məktubuna görə, “Əlilliyin qarşısının alınması, əlillərin reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun Maddə 29. Əlillərin əmək şəraiti bölməsinin tələbinə əsasən, əlillərin iş vaxtından artıq işlərə, istirahət günləri və gecə vaxtı işləməyə cəlb edilməsinə yalnız onların razılığı ilə və bu şərtlə yol verilir ki, belə işlər tibbi tövsiyələrdə qadağan edilməsin:
"Həmçinin müvafiq qanunvericilikdə I və II qrup əlillər üçün həftədə 36 saatdan çox olmayan qısaldılmış iş vaxtı müəyyən edilir. TSEK tərəfindən Ə.Rəhmanova verilən sənəddə 2-ci dərəcəli əlil və əmək qabiliyyətsiz olmağı əsas götürülərək onun növbəli işdə işləyə bilməyinə rəy verilməsi məqsədilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə müraciət edilmişdir. Buna əsas isə Ə.Rəhmanovun özünün növbəli işdə işləmək tələbi olmuşdur. Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən hal-hazırki vaxta kimi məktuba cavab verilməmişdir, verilən rəyə uyğun olaraq Ə.Rəhmanovun tələbi İstehsalat Birliyi tərəfindən cavablandırılacaqdır.
Yazıda qeyd edilən partlayış xarakterli işlərə görə əlavə ödənişlərin “Azəriqaz” İstehsalat Birliyi tərəfindən edilməməsi fikrinə cavab olaraq bildiririk ki, qanunvericilikdə nəzərdə tutulmuş qaydada əmək şəraiti təhlükəli, zərərli olan işlərdə və ağır işlərdə məşğul olan işçilərə güzəştlərin və kompensasiyaların verilməsinin əsaslandırılması məqsədilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 64, 67 və 222-ci maddələrinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 mart 2000-ci il tarixli, 38 nömrəli “İş yerlərinin attestasiyasının keçirilməsi Qaydalarının təsdiq edilməsi haqqında” Qərarına əsasən, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq respublika ərazisində yerləşən müəssisə və təşkilatlarda mövcud olan bütün iş yerləri 5 ildə bir dəfədən az olmayaraq attestasiyadan keçirilməlidir.
Qeyd edilən qanunvericiliyə əsasən ARDNŞ-nin 14 sentyabr 2012-ci il tarixli 126 saylı əmri ilə təsdiq edilmiş “ARDNŞ-nin strukturuna daxil olan müəssisə və təşkilatlarda iş yerlərinin attestasiyasının aparılması qrafikinə uyğun olaraq “Azəriqaz” İB və Ə.Rəhmanovun hal-hazırda işlədiyi Bakı Regional Qaz İstismarı Departamenti üzrə iş yerlərində istehsalat amillərinin zərərli parametrlərin səviyyəsinin müəyyən edilməsi üçün aparılmış instrumental ölçmə işlərinin nəticəsində 109 iş yeri attestasiya olunmuş və onun işlədiyi “Qaz avadanlıqlarının təmiri və istismarı üzrə çilingər peşəsi”də daxil olmaqla zərərli iş yeri müəyyən edilməmişdir. Respublikada qüvvədə olan qanunvericiliyə əsasən partlayış xarakterli işlərdə və ya digər işlərdə işləyən işçilərə əlavə ödənişlər iş yerlərinin attestasıyasının nəticələrinə görə müəyyən edilir. Odur ki, Ə.Rəhmanovun iddiası əsassızdır".
Mia.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi