Azərbaycanda hava kəskin dəyişəcək

img

26-11-2013 [12:39]


Noyabrın 27-si axşamdan dekabrın 1-dək Azərbaycan ərazisində qeyri-sabit, yağıntılı hava şəraiti müşahidə ediləcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Trend-ə verilən məlumata görə, noyabrın 27-si axşam əvvəlcə respublikanın qərb rayonları, noyabrın 28-də isə ayrı-ayrı rayonlarda hava şəraitinin qeyri-sabit, yağıntılı keçəcəyi gözlənilir.

Respublikanın dağlıq ərazilərində yağıntıların əsasən sulu qar və qar şəklində müşahidə olunacağı proqnozlaşdırılır.

Noyabrın 29-da yağıntılarda qısa fasilə yaranacaq. Noyabrın 30-da və 30-dan dekabrın 1-nə keçən gecə respublika ərazisində yenidən yağıntılı hava şəraiti müşahidə olunacaq.

Ümumilikdə ölkədə qeyri-sabit hava şəraiti dekabrın 1-dək müşahidə ediləcək.

Bakıda və Abşeron yarımadasında noyabrın 27-nə nisbətən noyabrın 28-də havanın temperaturu 5-8 dərəcə enəcək.

Noyabrın 28-də Bakıda günorta saatlarında 9-14 dərəcə isti olacaq. Arabir güclənən şimal küləyi müşahidə olunacaq. Noyabrın 29-da isə şimal küləyi yenidən cənub küləyi ilə əvəzlənəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA