Ədliyyə Nazirliyi məmurları üçün pul cəzası tətbiq ediləcək

img

26-11-2013 [12:37]


Azərbaycanda Ədliyyə Nazirliyi məmurlarının vəzifələrinin icrası zamanı buraxdıqları nöqsana görə yeni cəza növü tətbiq olunacaq.

Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə 200-2 maddəsi əlavə olunub.

Əlavəyə görə, qeydiyyatın ləğvetməsi zamanı bilə-bilə yalandan hüquqi şəxsin bütün kreditorlarının tələblərini qarşılamaq üçün ödəmə qabiliyyətinin olmasını təsdiq edən rəsmi bəyanatın qəbul edilməsinə görə həmin vəzifəli şəxslər min manat miqdarda cərimə olunacaqlar.

Layihə Milli Məclisdən tərəfindən qəbul olunub.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA