Eldar Mahmudov da kadr islahatlarına başladı, işdən çıxarılanlar var

img

26-11-2013 [12:29]



Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Bakı şəhərindəki rayon şöbə rəisi işdən çıxarılıb. 

 Mia.az AzNews.az-a istinadən xəbər verir ki,  nazirliyin Nərimanov rayon şöbəsinin rəisi Natiq Abuzərli təqaüd yaşına çatdığına görə pensiyaya göndərilib. 

MTN-də başqa kadr dəyişikliklərinin aparıldığı da deyilir. Bundan əlavə xidmət müddəti başa çatan bir neçə əməkdaş isə təqaüdə çıxarılıb.

MTN-nin İctimai Əlaqələr Mərkəzinin rəhbəri Arif Babayev isə AzNews.az açıqlamasında xəbəri təkzib etməyib və bildirib ki, təmsil etdiyi qurum xüsusi xidmət orqanı olduğundan, buradakı kadr dəyişikliyi ilə bağlı sualları cavablandırmağı məqsədəuyğun hesab etmir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA