“The Washington Post” Qarabağdan yazdı: "Rusiya indi Türkiyə ilə daha çox üzləşməli olacaq..."
23-11-2020 [15:16]
"Ermənistanla Azərbaycan arasında ədavət müvəqqəti dayandırılıb".
“The New York Times” qəzeti redaksiya məqaləsində yazıb ki, atəşkəs silahları susdurdu, dronları durdurdu. Bu yaxşıdı, ancaq tərəflərin ədavəti sadəcə güclər balansının dəyişməsi ilə yeniləndi, həll olunmadı.
“Qaçan ermənilərin yandırdığı evlər bu düşmənçiliyin yenə alovlanacağını vəd edir. Dini və mədəni hekayətlərin yer aldığı münaqişələrin iblisanə məntiqi isə zorakılıq hər dəfə alovlananda kədər qatının qatılaşdığını göstərir, davamlı sülh bir az da uzaqlaşır”, – məqalədə deyilir.
Qəzet qeyd edir ki, Rusiyanın münaqişədə atəşkəs əldə etməsini çökmüş imperiyanın keçmiş subyektləri üzərində nəzarəti bərpa etməsi kimi qələmə vermək cəlbedicidir. Ancaq fakt odur ki, Rusiya regional qarşıdurmaya keçə biləcək münaqişəni dayandırmağa qadir yeganə ölkə idi.
Di gəl, Rusiya tam bir zəfərlə də öyünə bilmir.
“İndi Moskva azı beş il ərzində təlatümlü bir regiona 2 minədək sülhməramlı göndərməli, ağırlığını ortaya qoymağa getdikcə daha artıq hazır Türkiyə ilə üzləşməyə hazır olmalıdır”, – məqalədə vurğulanır.
“The Washington Post” qəzetində Robin Dikson da Dağlıq Qarabağda atəşkəs əldə olunmasına baxmayaraq, risklərin böyük olduğunu yazıb.
“Rusiyanın etdiyi yerdəki qələbələri sistemləşdirmək oldu”, – Stenford Universitetinin Freeman Spogli Beynəlxalq Araşdırmalar İnstitutunun direktoru Maykl MakFol qəzetə deyib.
“İstəyirsiz razılaşın, istəyirsiniz yox, bu razılaşma Vladimir Putin üçün diplomatik qələbədir və ona sülhməramlı rolunu oynamağa imkan verir”, – MakFol sözlərinə əlavə edib.
Ancaq təhlilçi xəbərdarlıq edir ki, hərtərəfli sülh paktı olmadan atəşkəsin uzun müddət saxlanması mümkün deyil.
“Bunu sülh sazişi adlandırmağa tərəddüd edirəm. Dağlıq Qarabağ məsələsinə sənəddə heç toxunulmur. Buna görə də bu, münaqişənin uzunmüddətli həlli üçün əsas ola bilməz. Bu, daha çox fasilə verməyə bənzəyir”, – Londonda mənzillənən “Chatham House” beyin mərkəzindən Qafqaz regionu üzrə ekspert Lorens Broers deyir.
Broersin fikrincə, Rusiyanın uzunmüddətli məqsədi Ermənistan və Azərbaycan üzərində nüfuzunu saxlamaqdır.
"Rusiya münaqişənin gələcəkdə alovlanmasını önləmək istəyirsə, bu iki ölkə arasında münasibətlərində kələkbazlıq etməli olacaq".
Bunu isə “EU Observer” portalında Ben Hodges yazıb. Müəllif Cənubi Qafqaz regionunun uzun müddət Qərb tərəfindən gözardı olunduğunu vurğulayır.
“Böyük güclərin rəqabəti dövrünü yaşayırıq və inanıram ki, böyük güclərin rəqabəti böyük güclərin münaqişəyə girməsini önləyir. Bir regiona, məkana, yaxud tədbirə marağını nümayiş etdirməklə potensial düşmənə deyirik ki, bunu vecimizə alırıq, oraya resurs ayırırıq və bu strateji marağı müdafiə edəcəyik”, – yazan müəllif bu rəqabətin diplomatiyanı, informasiyanı, ordunu və iqtisadiyyatı əhatələməli olduğunu vurğulayır.
Müəllif Dağlıq Qarabağda təşəbbüsün Kremlə ötürüldüyünü və indi Avropanın nəticəni müşahidə etdiyini yazır.
“Azərbaycanın tərkib hissəsi olan Dağlıq Qarabağ regionu Avropa və Avrasiyanı Rusiya və İrandan yan keçməklə birləşdirən yeganə şərq-qərb quru dəhlizidir. Burası daha geniş Qara Dəniz regionunda iqtisadi potensialın inkişaf etdirilməsi üçün açar rolunu oynayır və Qərb bundan artıq ləngiməməlidir”, – müəllif qeyd edir. (azadliq.org)
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi