Azərbaycan Güləş Federasiyası bəyanat yayıb
23-11-2020 [14:44]
Azərbaycan Güləş Federasiyası bəyanat yayıb.
Mia.az həmin bəyanatın mətnini təqdim edir:
"Koronavirus pandemiyası bütün dünyada geniş yayılıb. Təssüf ki, ölkəmizdə də COVİD-19 virusuna yoluxanların sayı artmaqdadır. Bu səbəbdən mart ayından etibarən ölkədə karantin rejimi tətbiq edilib. Nəticədə idman zalları və olimpiya kompleksləri müvəqqəti olaraq məşqlər üçün bağlanıb.
Ancaq Gənclər və İdman Nazirliyinin müraciəti əsasında Nazirlər Kabineti yanında Operativ Qərargahın çıxardığı qərara əsasən iyun ayından etibarən yığma komandalara təlim-məşq toplanışı keçməyə icazə verilib.
Pandemiya Dünya Güləş Birliyinin (UWW) 2020-ci il üçün nəzərdə tutulan təqvim planına da böyük təsir göstərib. Əvvəlcə iyul ayına qədər bütün yarışlar təxirə salınıb. Daha sonra sentyabr ayında yeniyetmələr arasında dünya və Avropa çempionatının da bu il keçirilməyəcəyi açıqlanıb. Bundan sonra bu yaş qrupu üzrə yığma komandalarımızın məşqləri dayandırılıb.
Oktyabrın 12-də keçirilən UWW-nin İcraiyyə Komitəsinin iclasında 4-10 dekabr tarixlərində Serbiyanın paytaxtı Belqradda keçirilməsi nəzərdə tutulan gənclər arasında dünya çempionatı da ləğv olunub. Təbii ki, bundan sonra Azərbaycan Güləş Federasiyası gənclərdən ibarət yığma komandaların da hazırlıq prosesini dayandırmaq qərarını verib.
Dünən bəzi mətbu orqanlarda yerləşdirilən foto isə oktyabrın 6-da çəkilən görüntüdür. O zaman hələ gənclərin dünya çempionatı UWW-nin təqvim planında yer aldığı üçün bu yaş qrupu üzrə milli komandaların məşqləri keçirilirdi. Həmin yarış ləğv olunduğu tarixdən bu günədək Olimpiya Güləş Mərkəzində yalnız böyüklərdən ibarət milli komandalarımız təlim-məşq prosesi keçir.
Məlumat üçün bildiririk ki, bütün təlim-məşq toplanışlarından əvvəl yığma komandaların bütün heyəti koronavirus testindən keçirilir. Testin nəticəsi pozitiv çıxan şəxslər dərhal karantinə alınır və müalicəsinə başlanılır. Təbii ki, həmin şəxslər heç bir halda məşqlərdə iştirak edə bilməz.
Ötən həftəsonu sərbəst güləş yığmamız növbəti dəfə testlərdən keçirilib. Nəticədə bir neçə idmançı və məşqçidə koronavirus aşkarlandığı üçün həmin şəxslər karantinə alınıb. Bu gün isə yunan-Roma güləşi üzrə milli komanda testdən keçirilib. Hal-hazırda yığma komandalarımız dekabrın 12-dən 18-dək Belqradda keçiriləcək Fərdi Dünya Kubokuna əvvəlcədən müəyyənləşdirilən plan üzrə hazırlıq prosesini davam etdirirlər. Ümumiyyətlə, bütün dünya üzrə yığma komandalar gələn il keçiriləcək Olimpiadanın vacibliyini nəzərə alaraq, gigiyenik qaydalara riayət etməklə təlim-məşq toplanışı keçirlər.
Bir daha bəyan edirik ki, Azərbaycan Güləş Federasiyası karantin qaydalarına tam riayət edir və pandemiya ilə bağlı bütün profilaktik tədbirlər (idmançı və məşqçilərin hərarəti hər məşqdən öncə yoxlanılır, federasiyanın bazası və ofisi mütəmadi dezinfeksiya edilir və s) görülür.
Sonda onu da qeyd edək ki, ötən həftə dünyasını dəyişən gənc və yeniyetmə qızlardan ibarət yığmamızın məşqçisi İsaməddin Hüseynov bir neçə ay öncə ürək-damar sistemindən əməliyyat olunmuş və bu səbəbdən məşqlərdən azad olunmuşdu".
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi