"Paşinyan məqsədyönlü və ardıcıl olaraq elə siyasət aparır ki, Azərbaycan..." - Şahnazaryan savaşın hələ bitmədiyini deyir
23-11-2020 [12:07]
“Mən Nikol Paşinyanın Ermənistanın baş naziri postunu tutduğu ilk gündən istefasını tələb etmişəm. Bütün bu müddət ərzində danışıqlar prosesinin hansı kontekstdə inkişaf etdiyi barədə ölkəmizin ictimaiyyətinə fasiləsiz olaraq məlumat vermişəm".
Virtualaz.org bildirir ki, bunu Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri və Ermənistan prezidentinin Qarabağ nizamlanması üzrə sabiq xüsusi nümayəndəsi (1994-1995) David Şahnazaryan “Sputnik Ermənistan”a verdiyi müsahibəsində deyib.
"Hansı daxili dəyişikliklərin baş verdiyini söyləyirdim. Güc strukturlarının məqsədyönlü şəkildə necə dağıdıldığını izah etməyə çalışırdım-özü də söhbət yalnız Milli Təhlükəsizlik Xidmətindən getmir. Söhbət həm hüquq-mühafizə orqanlarından, həm də ordudan gedirdi. Dövlət mexanizmində baş verən qanunazidd proseslərdən danışırdım.
Qarabağa gəlincə, Paşinyanın, hətta Serj Sarkisyanın vaxtilə imtina etdiyi nizamlama layihəsinə belə nail ola bilməyəcəyi artıq o zaman aydın idi. Yeri gəlmişkən, 1997-ci ildə təklif edilən məlum başıbəlalı mərhələli plan layihəsini reallaşdırmaq mümkün olmadı", - deyə o bildirib.
“Bundan sonra xəbərdarlıq etdim ki, Paşinyan məqsədyönlü və ardıcıl olaraq elə siyasət aparır ki, Azərbaycan müharibəyə başlamaq üçün getdikcə daha çox bəhanə əldə edir. Əslində sonda elə onun da şahidi olduq”, - deyə D.Şahnazaryan vurğulayıb.
D.Şahnazaryan əlavə edib: “Başımıza gələnlər, 1915-ci il soyqırımından sonra xalqımızın tarixində baş verən ən faciəli hadisədir”.
David Şahnazaryan müharibədəki səhvlərdən, ön xətlə bağlı yalan məlumatlar verilməsindən, orduya, o cümlədən generallara siyasi təzyiqlərdən, döyüşlərə siyasi naşıların rəhbərlik etməsindən, vaxtında zəruri addımların atılmamasından, texnika baxımından rəqibdən zəif olmalarından və bütün bunların sonda biabırçı məğlubiyyətə gətirdiyindən danışaraq bildirib ki, Yerevanda çox böyük etiraz aksiyalarının olacağını gözləyirmiş.
"Mən düşünürdüm ki, Yerevan qaynayacaq. Amma yox. Bu baş vermədi... bu günlərdə tanışlarım məndən xahiş etdilər ki, nəticədə həqiqətən nə baş verdiyini aydın və ətraflı şəkildə izah edim. Dedim ki, artıq Şuşada muğam səslənir. Daha nə izah?
Bu, həqiqətən, biabırçı kapitulyasiyadır, amma ən dəhşətlisi odur ki, Paşinyan və komandası hətta indi də hakimiyyətdən əl çəkmək istəmirlər. Sükanı əllərində saxlamağa çalışırlar. Siyasi təqiblər ara vermir. Bizim cəmiyyətə elə gəlir ki, bununla müharibə qurtarıb. Əslində müharibədə fasilə elan edilib. Rus sülhməramlılarını salamlayıram, onlara əhsən. Amma müharibə üçün əsl mövzu-Sünik (Zəngəzur – red.) hələ də qalır", - deyə o vurğulayıb.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi