Sumqayıt şəhəri 14 nömrəli məktəbdə nümunəvi dərs

img

25-11-2013 [19:09]


Noyabr ayı Sumqayıt şəhər orta məktəblərində "Azərbaycan dili və ədəbiyyatı" aylığı keçirilir. Fənn aylığının keçirilməsinin məqsədi fənnin tədrisinin keyfiyyətini yüksəltmək, ən yaxşı müəllimləri aşkarlamaq, qabaqcıl müəllimlərin təcrübələrini öyrənmək və yaymaqdır.



25.11.2013 –cü il Sumqayıtdakı 14 saylı orta məktəbinin təcrübəli müəllimlərindən biri , Bakı Dövlət Universitetinin dissertantı Pirkişiyeva Xalidə Hüseyn qızı Azərbaycan dili fənni üzrə açıq dərs keçirdi. Fənn üzrə məktəb proqramını əhatə edən müasir metodlardan, dərslərin daha maraqlı və izahlı keçməsi üçün slaydlar hazırlanaraq istifadə olunmuşdur. Şəhər Təhsil Şöbəsi nümayindələrinin, məktəb direktoru və müəllim kollektivinin iştirakı ilə keçirilən nümunəvi dərs maraqla izlənildi. Belə tədbirin keçrilməsi gənc müəllimlərin dərs proseslərində müəyyən təcrübə qazanmasına, bu dərslərdən bəhrələnib təkmilləşməsində bir örnək oldugu vurgulanıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA