YAP-dan İran deputatına “erməni casusu” ittihamı

img

25-11-2013 [16:53]


Hakim Yeni Azərbaycan Partiyasından İran parlamentinin Milli Təhlükəsizlik və Müdafiə Komitəsinin sədr əvəzi Mansur Həqiqətpurun Azərbaycanı hədələyən bəyanatına sərt reaksiyalar gəlib.

Partiyanın icra katibinin müavini, deputat Mübariz Qurbanlı virtualaz.org saytına açıqlamasında bildirib ki, Həqiqətpurun bəyanatı təxribatdır və iki ölkə arasındakı dost münasibətləri yaraşmır.

YAP-ın icra katibinin digər müavini, deputat Siyavuş Novruzov isə Həqiqətpuru Azərbaycana qarşı casusluqda ittiham edib. Onun sözlərinə gərə, 90-cı illərin əvvəllərində Həqiqətpur Azərbaycan ordusuna kömək adı altında Bakıya gəlmişdi. Lakin əslində o, Ermənistana casusluq etmiş və Azərbaycan qoşunlarının yerləşdiyi mövqelərə dair məxfi məlumatlar erməni tərəfinə ötürmüşdü.

"Milli Təhlükəsizlik Nazirliyi də onun əməllərindən xəbərdardır, səhv etmirəmsə, onun əleyhinə cinayət işi də qaldırılmışdı. Həqiqətpur İnqilab Keşikçiləri Korpusunun generalıdır və ölkəmizin düşmənlərindən biridir. Mən ona təklif etmişdim ki, Azərbaycan-İran Parlamentlərarası Dostluq Qrupunu tərk etsin və Ermənistanla dostluq qrupuna üzv olsun. Bu adam ancaq Azərbaycanla İran arasında münasibətlərə zərbə vurmaqla məşğuldur” - deyə S.Novruzov bildirib.

Deputat əlavə edib ki, Həqiqətpurun son bəyanatı onun növbəti təxribatlarından biridir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA