Vicdanının pıçıltısı ilə yazan və Şuşada ilk işinə başlayan ədəbiyyatımızın daha bir dahisi... - Əbdürrəhim bəy Haqverdiyevin həyat yolu
19-11-2020 [21:47]
Klassik Azərbaycan ədəbiyyatının korifeyi, Azərbaycanın dövlət və ictimai-siyasi xadimi, Azərbaycanın görkəmli yazıçısı, dramaturq, ədəbiyyatşünas, pedaqoq, teatr xadimi, Azərbaycan SSR Əməkdar İncəsənət xadimi Əbdürrəhim bəy Haqverdiyevin xatirə günüdür.
Bu il Əbdürrəhim bəy Haqverdiyevin anadan olmasının 150 illik yubileyi qeyd olunur.
O, Birinci Rus Dumasının Azərbaycandan olan deputatı, Gürcüstan Parlamentinin deputatı; “Leyli və Məcnun” operasının premyerasında ilk dirijor, Teatr Şurasının təsisçisi və birinci rəhbəri, Yazıçılar İttifaqının üzvü, məşhur "Molla Nəsrəddin" jurnalının baş redaktorlarından biri olmuşdur.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Əbdürrəhim bəy Haqverdiyev Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir.
Azərbaycan ədəbiyyatında əlçatmaz zirvə hesab olunan Əbdürrəhim bəy Haqverdiyevin yaradıcılığı çoxəsrlik ədəbiyyatımızda ən orijinal, təkrarolunmaz, zəngin söz xəzinəsi ilə yaddaşlara həkk olunub.
O öz vicdanının pıçıltısı ilə yazan, heç vaxt sənətkar vicdanına zidd getməyən, sözün əsl mənasında yazıçı, gözəl bir insan idi. XIX əsrin sonu XX əsrin əvvəllərində yaşayıb-yaratmış yaradıcılığı ilə Azərbaycan ədəbiyyatında gərəkli yer tutan Ə.Haqverdiyevə yalnız bu sətirləri aid etmək olar.
Əbdürrəhim bəy Haqverdiyev öz məşhur sələflərinin ədəbi ənənələrinin layiqli davamçısı və geniş erudisiyaya malik müasir dünyagörüşlü maarifpərvər ziyalı kimi çoxşaxəli fəaliyyət göstərib, Azərbaycan realist ədəbiyyatını və maarifçi-demokratik fikrini yeni mərhələyə qaldıraraq milli düşüncənin inkişafında əhəmiyyətli rol oynayıb. Ustad sənətkarın dramaturji irsi ölkəmizdə teatr mədəniyyətinin yüksəlişinə yol açıb. Onun canlı həyat lövhələri ilə son dərəcə zəngin hekayələri nəsr tariximizin ən qiymətli nümunələri sırasında xüsusi yer tutur. Vətənpərvər ədib sevdiyi və təmənnasız xidmətində dayandığı xalqın arzu və istəklərini əsərlərində dolğun əks etdirib, maarifçiliyin alovlu təbliğatçısı olaraq daim mədəni oyanışa və tərəqqiyə səsləyib. Əbdürrəhim bəy Haqverdiyev Azərbaycanın ictimai həyatında fəal iştirak etmiş və sosial-mədəni quruculuq işlərində yorulmadan çalışıb.

Əbdürrəhim bəy Haqverdiyevin adının UNESCO-nun 2020–2021-ci illər üçün görkəmli şəxslərin və əlamətdar hadisələrin yubileyləri siyahısına daxil edilməsi çoxəsrlik ədəbiyyatımızın parlaq siması olan ədibin mənəvi sərvətlərimizi və ali ümumbəşəri dəyərləri özündə təcəssüm etdirən humanist ruhlu yaradıcılığının lazımınca və yüksək qiymətləndirilməsinin aydın təzahürüdür.
Bir məsələni də qeyd edək ki, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Prezidenti İlham Əliyevin görkəmli dramaturq, nasir, publisist, teatr təşkilatçısı, tanınmış ictimai xadim Əbdürrəhim bəy Haqverdiyevin 150 illik yubileyinin qeyd edilməsi haqqında müvafiq sərəncamı ilə əlaqədar il ərzində bir sıra tədbirlərin keçirilməsini planlaşdırmışdır.
QISA ARAYIŞ:
Realist-demokratik ədəbiyyatımızın inkişafı tarixində mühüm xidmətləri olan, dramaturq, nasir və mədəniyyət xadimi kimi geniş şöhrət qazanan Əbdürrəhim bəy Haqverdiyev 1870-ci il mayın 17-də Azərbaycanın Şuşa şəhəri yaxınlığında olan Ağbulaq kəndində anadan olmuşdur. İbtidai təhsilini 1880-ci ildə Şuşada Yusif bəyin müvəqqəti yay məktəbində, sonra Şuşa real məktəbində almışdır (1881-1890). Tiflis real məktəbini bitirəndən sonra Peterburq Yol Mühəndisləri İnstitutunda təhsil almışdır (1891-1899). Tələbəlik dövri azad müdavim sifət ilə universitetin şərq fakültəsinin dinləyicisi olmuşdur. Onda ədəbiyyata güclü meyl oyanmışdır. "Yeyərsən qaz ətini, görərsən ləzzətini" (1892) və "Dağılan ittifaq" (1896) əsərlərini yazmışdır. "Dağılan ittifaq" (1899) Peterburqda nəşr edilmişdir.
Ali təhsil alıb Şuşaya qayıtmış, burada tamaşalar təşkil etmişdir. Bakıda onun rəhbərliyi ilə Şərq konsertləri verilmişdir (1902-1903), Burada ilk hekayələrini ("Ata və oğul", "Ayın şahidliyi") yazıb "İki hekayət" adı ilə çap etdirmişdir. 1905-ci il inqilabından sonra Rusiya Dövlət Dumasına Gəncə quberniyasından nümayəndə seçilmiş, Peterburqa getmişdir (Azərbaycanın birinci diplomatlarından hesab olunur), burada dövlət kitabxanasında yeni əsərinə (Ağa Məhəmməd şah Qacar) materiallar toplamış, İrana - Mazandaran vilayətinə səyahət etmişdir (1907). "Leyli və Məcnun" operası 1908-ci il yanvarın 12-də tamaşaya qoyulduğu zaman ilk Azərbaycan dirijoru kimi xor və orkestri, tamaşanı idarə etmişdir. "Nicat" cəmiyyətində və Kür-Xəzər gəmiçiliyi idarəsində işlədiyi dövrdə Zaqafqaziyanı, Dağıstanı, Orta Asiyanı və Volqaboyunu səyahət etmiş, "Ceyranəli", "Xortdan". "Həkimi-nuni-səqir", "Lağlağı", "Mozalan", "Süpürgəsaqqal" və s. imzalarla "Molla Nəsrəddin" jurnalında hekayə, felyeton çap etdirmişdir.
Həştərxanda yaşadığı müddətdə şəhərin mədəni-ictimai həyatında ciddi çalışmışdır (1910). Sonra Ağdama köçüb orada yaşamışdır (1911-1915). Tiflisdə "Şəhərlər ittifaqının Qafqaz şöbəsi xəbərləri" adlı aylıq məcmuənin müdiri olmuş (1916-1917), fevral inqilabından sonra Tiflis İcraiyyə Komitəsinə və onun mərkəzi şurasına üzv seçilmişdir (1917). Həmin ilin martında Borçalı qəzasına müvəkkil təyin olunmuşdur (1918).
Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonda dövlət teatrlarına müfəttiş təyin olunmuşdur. Azərbaycan milli teatrının yaranmasının 50 illiyi münasibəti ilə keçirilən yubileyə başçılıq etmişdir. Azərbaycan Dövlət Universitetində ədəbiyyatdan mühazirələr oxumuş, elmi kadrların hazırlanmasında iştirak etmişdir.
Burada yerli komitənin sədri (1922), Azərbaycanı tədqiq və təbliğ cəmiyyətinin sədr müavini və sonra sədri (1923-1925) olmuşdur.
Bu, ilk elmi-tədqiqat müəssisəsi idi.
Bakıda çağırılan birinci Azərbaycan ölkəşünaslıq qurultayının nümayəndəsi kimi fəal çalışmışdır (1924).
Bunlardan başqa ədib Şekspirin “Hamlet”, Şillerin “Qaçaqlar”, Volterin “Soltan Osman”, Zolyanın “Qazmaçılar”, Andersenin “Bülbül”,“ Şahın təzə libası”, Lanskoyun “Qəzəvat”, Çirikovun “Yəhudilər”, Korolenkonun “Qoca zəng çalan” əsərlərini də Azərbaycan dilinə tərcümə etmişdir.
Azərbaycan ədəbiyyatının, milli mədəniyyətimizin inkişafında böyük xidmətləri olan Ə.Haqverdiyevin dram əsərləri uzun illərdir ki, teatrlarımızın repertuarında əhəmiyyətli yer tutur.
Onun "Yeyəsən qaz ətini, görəsən ləzzətini" və "Dağılan tifaq" kimi əsərləri azərbyacanın bütün teatrlarında uğurla tamaşaya qoyulmuş və bu gün də repertuarda əsas yer tutmaqdadır.
Milli teatrımızın inkişafında Ə. Haqverdiyevin xidmətlərindən biri 1902-ci ildə Ağdam Dövlət Dram Teatrı onun təşkilatçılığı ilə yaradılmasındadır..Yerli ziyalıların da yaxından köməkliyi sayəsində teatr 1904-cü ildə ilk tamaşalarını-M.F.Axundovun”Sərgüzəşti-vəziri-xani-Lənkəran” və Ə.B.Haqverdiyevin ”Dağılan tifaq” əsərlərini hazırlamışdır. Sonrakı illərdə ictimai əsaslarla fəaliyyət göstərən teatr 1937-ci ildən Dövlət Dram Teatrı olaraq bir çox maraqlı səhnə əsərləri ilə tamaşaçılar qarşısında uğurlu çıxışlar etmişdir.1949-cu ildə ölkənin bir çox başqa teatrları kimi Ağdam Dövlət Dram Teatrının da fəaliyyəti dayandırılmışdır.1968-ci ildə Azərbaycan SSR Nazirlər Sovetinin müvafiq qərarı ilə bu sənət ocağı Ə.B.Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrı kimi öz fəaliyyətini bərpa etmişdir.
Onun əsərləri əsasında filmlər də çəkilib. 1963-cüildə “Marallarım” ekranlaşdırılıb. 1983-cü ildə isə “Evlənmək istəyirəm” filmi onun iki hekayəsi əsasında lentə alınıb.

1993-cü ildə Ə.Haqverdiyevin əsəri əsasında “Ac həriflər” tammetrajlı film-tamaşası ekranlaşdırılıb. Xalq yazıçısı Anarın “Uzun ömrün akkordları” filmində Ə.Haqverdiyevin obrazı yaradılmışdır.
Hazırda Ə.Haqverdiyevin əsərləri tədqiq olunur, onun haqqında monoqrafiyalar, kitablar yazılır, dram əsərləri tamaşaya hazırlanır.
Əminəm ki, bütün varlığı ilə bu xalqa, bu torpağa bağlı olan Azərbaycan ədəbiyyatında əlçatmaz zirvə hesab olunan Əbdürrəhim bəy Haqverdiyevin xatirəsi qədirbilən xalqımız tərəfindən heç zaman unudulmayacaq.
Nurlanə Əiyeva,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi