ATƏT yanında daimi nümayəndək bəyanat yaydı: "Həmsədr ölkələr yeni reallıqları və üçtərəfli razılaşmaları nəzərə almalıdır"
19-11-2020 [18:03]
"Azərbaycan Rusiya tərəfinin Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətindəki səylərini yüksək qiymətləndirir".
Bu, Azərbaycanın ATƏT yanında daimi nümayəndəliyinin ATƏT-in Minsk Qrupunun həmsədrləri, Yüksək Səviyyəli Planlaşdırma Qrupunun (HLPG) rəhbəri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin bəyanatına cavabında əksini tapıb.
Deyilib ki, həmsədrlərin Daimi Şurada son çıxışından bəri Ermənistan-Azərbaycan münaqişəsində status-kvo dəyişib və silahlı münaqişənin dayandırılması istiqamətində Ermənistan, Azərbaycan və Rusiya arasında 9 noyabrda imzalanan üçtərəfli bəyanat imzalanılıb.
Bildirilib ki, Rusiya Prezidentinin şəxsi iştirakı və üçtərəfli razılaşma altındakı imzası onun sülh prosesinə son dərəcə əhəmiyyətli töhfəsini və bu prosesin geri dönməzliyini təmin edir: “Rusiya BMT Təhlükəsizlik Şurasının daimi üzvüdür, ATƏT-in Minsk Qrupunun münaqişə tərəfləri ilə birbaşa sərhədləri olan yeganə həmsədr ölkəsidir və bizimlə uzunmüddətli tarixi bağları var. Bu, Rusiyanın Cənubi Qafqazda təhlükəsizlik, stabillik və sülhün gücləndirilməsində birbaşa maraqlı olmasını izah edir. Rusiya Prezidenti Vladimir Putin son müsahibəsində Rusiya dövlət başçısının vasitəçiliyinin 9 noyabr 2020-ci il tarixli razılığın əldə edilməsində oynadığı mühüm rol barədə kifayət qədər detallı bəhs edib. Rusiya Prezidentinin şəxsi iştirakı və üçtərəfli razılaşma altındakı imzası onun sülh prosesinə son dərəcə əhəmiyyətli töhfəsini və bu prosesin geri dönməzliyini təmin edir. Rusiya Prezidentinin üçtərəfli bəyanatın mühüm bir nailiyyətinin qan tökülməsinin dayandırılması olduğuna dair qiymətləndirməsini bölüşürük. Azərbaycan tərəfi müharibənin ilk dəqiqələrindən bəri beynəlxalq ictimaiyyətin atəşkəs çağırışlarını hər zaman və tam şəkildə dəstəkləyib. Rusiya Prezidentinin beynəlxalq hüquq baxımından həm Dağlıq Qarabağ bölgəsi, həm də ona bitişik bütün rayonların Azərbaycan ərazisinin ayrılmaz hissəsi olması ilə bağlı sözləri xüsusilə vacibdir. Rusiyanın bu mövqeyi BMT Təhlükəsizlik Şurasının qətnamələrinin, ATƏT-in və digər beynəlxalq təşkilatların qərarlarının möhkəm təməlinə söykənir. Digər həmsədr ölkələr, xüsusilə də ABŞ və Fransa da BMT Təhlükəsizlik Şurasının qətnamələrinə və ATƏT prinsiplərinə və öhdəliklərinə əsaslanan belə prinsipial mövqe nümayiş etdirməlidirlər”.
Bəyanatda qeyd olunub ki, ATƏT-in Minsk Qrupunun münaqişənin nizamlanması istiqamətindəki gələcək fəaliyyəti yeni reallıqları və əldə edilən razılaşmanı əsas götürməlidir: “Bu gün münaqişənin ATƏT-in Minsk Qrupu həmsədrlərinin himayəsi altında nizamlanması üçün əsaslı danışıqları bərpa etməyə dair çağırışları eşitdik. Bu yenilənmiş çağırışlar yeni reallıqları və Minsk prosesinin təxminən üç onilliyindən sonra Azərbaycan, Ermənistan və həmsədrlərdən biri olan Rusiya arasında əldə olunmuş razılığı əsas götürməlidir. 9 noyabr razılaşması beynəlxalq hüququn zəfərini simvolizə edir. Bu baxımdan biz Rusiya Prezidenti Vladimir Putinin Ermənistanın bu müqavilənin şərtlərini yerinə yetirməkdən imtina etməsinin böyük bir səhv və bu ölkə üçün “intihar”a bərabər olacağı ilə bağlı qiymətləndirməsini bölüşürük”/APA.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi