“ONDAN QORXMAQ LAZIMDIR..." - ABŞ-ın sabiq Prezidenti Putinlə Medvedev haqda nələr yazıb?
19-11-2020 [17:50]
ABŞ-ın keçmiş prezidenti Barak Obama yeni kitabında Rusiya Prezidenti Vladimir Putinə atmacalar atır, onu “kriminal sindikatı xatırladan hökumət lideri” adlandırır.
Prezident memuarının “Vəd olunan torpaq” adlı birinci cildi noyabrın 17-də çap olunub. Obama yazır ki, Putin ona 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərində ABŞ şəhərlərini idarə edən korrupsioner siyasi bossların müasir versiyasını xatırladır. "Həmin bosslar hamilik və rüşvətxorluğa ticarətin qanuni alətləri kimi baxırdılar", - keçmiş prezident yazır.
Obamanın fikrincə, son 20 ildə Rusiyanı ya baş nazir, ya da prezident kimi idarə etmiş Putin elə bir ölkə qurub ki, onunla yarışmaq deyil, ondan qorxmaq lazımdır. 2009-2017-ci illərdə prezident olmuş Obamanın Putinlə münasibətləri çox gərgin olub. O hakimiyyətə gələndə ABŞ-Rusiya münasibətlərində gərgin dönəm yaşanırdı. Moskva 2008-ci ilin avqustunda qonşu Gürcüstan ərazisinə girmişdi ki, bu da Şərqi Avropada Kremlin təcavüzü sarıdan dərin narahatlıq yaratmışdı.
Obama administrasiyası ilkin dönəmdə Moskva ilə münasibətləri düzəltməyə çalışırdı. Putin 2011-ci ilin sonunda, Moskvada demokratiya tələbilə keçirilən etirazlardan sonra Obama administrasiyasını Rusiyada iğtişaşları qızışdırmaqda suçladı. 2014-cü ildə Putin Krımı ilhaq elədi, Ukraynanın şərqində separatçıları dəstəkləməyə başladı. Bununla da ABŞ-Rusiya münasibətləri “soyuq müharibə” dövründən aşağı səviyyəyə düşdü.
Sonradan Obama administrasiyası müttəfiqləri ilə birlikdə Rusiyanı "Böyük Səkkizlik"-dən çıxardı. Obama kitabında Putinin bəzi fotolarına, məsələn, at belində qurşağadək çılpaq fotosuna da söz atıb, bunu “Instagram-da çılpaq yeniyetmə” hərəkəti adlandırır.

Kitabda Dmitri Medvedev daha müsbət təsvir olunur. O, 2008-2012-ci illərdə prezident postuna keçib, sonradan yenə Putin hakimiyyətə gəlib. Obama yazır ki, Rusiyanın daha gənc lideri Kremlin uydurduğu yalanların hamısına inanmış kimi görünmürdü, münasibətlərin yenidən qurulmasına həvəs göstərirdi.
Obama Medvedevlə bəzi oxşar cəhətlərindən yazır. Hər ikisi hüquq təhsili alıb, siyasətə girişib, daha yaşlı siyasətçilərdən kömək alıblar. Ancaq keçmiş prezident həm də Medvedevi “zəngin” biri kimi təsvir edir. Obama yazır ki, 2009-cu ildə Moskva kənarında Medvedevin villasında nahar edəndə siyasətdən demək olar danışmayıblar.
Onun sözlərinə görə, Medvedevin həyat yoldaşı Svetlana Medevedeva yeniyetmə oğlu İlyanın atasının şöhrətindən dolayı ictimai təzyiqin öhdəsindən necə gələcəyindən narahatlıq bildirib, deyib ki, onun xaricdə təhsil almasını istəyir.
Medvedev 2012-ci ildən 2020-ci ilədək Rusiyanın baş naziri postunda çalışıb. Obama həm də sələfi Corc Buşu Putinlə bağlı sərt mövqe sərgiləməməkdə tənqid edib. Rusiyanın Gürcüstana qarşı beş günlük müharibəsi Buşun hakimiyyətdən getməsinə beş ay qalmış baş verib. Obamanı isə sonradan xələfi Donald Tramp tənqid edir, onun Rusiyanın təcavüzünə qarşı özünü müdafiə etməkdən ötrü Ukraynaya silah vermədiyini deyirdi.
Memuarın birinci cildi 2011-ci ildə baş verənlərlə bitir. Putin bir il sonra hakimiyyətə qayıtdı. (Azadlıq radiosu)
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi