NEFT BAZARINDA NƏLƏR BAŞ VERİR? - Təhlil
19-11-2020 [15:48]
Bu ilin neft bazarına nə qədər gözlənilməz dəyişikliklər gətiribsə, qiymətlərin qısa perspektivi üçün ekspertlərin proqnozları da bir o qədər dəyişkəndir.
İlin ilk 4 ay ərzində baş verən kəskin ucuzlaşmadan sonra yay fəsli son dərəcə sabit keçdi, hətta “Brent” markalı neft 45 ABŞ dollarınadək bahalaşdı. Hərçənd tələbatın azaldığı yay fəsli ədətən neft bazarı üçün əlverişsiz dövr hesab olunur. Bu il isə əksinə, havaların soyuması ilə COVID-19-a yoluxmaların artması və bunun səbəb olduğu məhdudiyyətlər tələbatın xeyli azalmasına gətirib çıxardı, nəticədə qiymətlər 10 faizədək azaldı. Sentyabr – oktyabr aylarında neft 35 dollar ətrafında qiymətə satılırdı.
Lakin noyabr ayının əvvəlində neft bazarında müəyyən sabitləşmə baş verdi, xüsusilə “Pfizer” və “BioNTech” şirkətlərinin hazırladığı yeni peyvənd dərmanının uğurlu sınaqları barədə xəbərlərin təsirilə “Brent” markalı neftin cari qiymətləri 44 dolları, fyüçersləri isə 45 dollar həddini keçdi.
Ayın 17-də axşam saatlarından isə OPEC+ Nazirlər Monitorinq Mərkəzinin növbəti iclasında hasilat artımına dair tövsiyələrini formatın 30 noyabr – 1 dekabr tarixlərinə təyin olunmuş ümumi iclasınadək təxirə salmaq qərarından sonra qiymətlər azalmağa başladı. “İNG” xammal strategiyası rəhbəri Uorren Patterson “Reuters”ə bildirib ki, koronavirus dərmanı üzərində çalışmaların qısamüddətli perspektiv üçün elə bir təsiri yoxdur, çünki “COVID-19-un ikinci dalğası üzündən tələbatla bağlı şübhələr davam edir”.
OPEC+ Nazirlər Monitorinq Komitəsinin açıq iclası zamanı Səudiyyə Ərəbistanı enerji naziri şahzadə Əbdüləziz bin Salman da yeni dərmanın sınaqları barədə xəbərlərin ümidverici olduğunu, bununla belə yalnız dərmanın kütləvi istifadəyə çıxarılması təqdirdə tələbata mühüm təsir edəcəyini deyib. Lakin pandemiyanın ikinci dalğası və yeni məhdudiyyətlərin tətbiqi nəticəsində bu nikbin ab-havanın yox ola biləcəyi də diqqətə çatdırıldı: “Biz hələ də uzun pandemiya tunelindəyik, oradan çıxmağımıza hələ çox qalıb”.
Xatırladaq ki, Beynəlxalq Enerji Agentliyi (İEA) da noyabr hesabatında 2020-ci ildə dünyada neftə gündəlik tələbata dair proqnozunu 0,4 milyon barel azaldıb. Proqnoza görə koronavirus pandemiyasının hələ 2021-ci ildə də tələbata təsiri davam edəcək. Dərmanın bu məsələyə təsirinə dair isə ehtiyatlı mövqe nümayiş etdirilir: “Bu peyvənd dərmanlarının necə və nə vaxt adi həyata qayıtmağımıza kömək edəcəyini söyləmək hələ tezdir. Hazırda onların 2021-ci ilin birinci yarısında tələbata böyük təsir göstərəcəyini güman etmirik”.
Bundan əvvəl OPEC də 2020-ci ildə tələbata dair proqnozunu 9,8 milyon barel azaltmışdı. Cari ilə dair proqnozların dəfələrlə azaldılması pandemiyanın ikinci dalğası üzündən bazarda hökm sürən çaşqınlığı əks etdirir. Gələn ilə dair tələbatın artımına dair proqnoz da ötən ayın hesabatına nisbətən 0,3 milyon barel azaldaraq 6,2 milyon barelə endirilib.
Qeyd edək ki, 2020-ci ildə neft bazarına təsir edən amillər arasında koronavirus pandemiyası ən güclüsü olsa da, yeganə deyil. Bu amillər arasında siyasi hadisələrin də təsirini unutmaq doğru olmaz. Belə ki, ekspertlərin qənaətincə bazardakı ehtiyatların həcmi OPEC+ çərçivəsindəki razılaşma ilə yanaşı həm də ABŞ-da ilin əvvəlinə nisbətən 2,5 milyon barel azalmış olan hasilat həcmindən də asılıdır. Donald Tramp administrasiyası tərəfindən yerli şirkətlər üçün xüsusilə şistli yataqlarla bağlı yaratdığı çox əlverişli şərtlər hasilatın artımını təmin etmiş, nəticədə ölkə bu ilin sentyabr ayında hasilat həcminə görə Səudiyyə Ərəbistanı və Rusiyanı ötərək dünya liderliyinə yiyələnmişdi. İndi isə vəziyyət dəyişə bilər. Belə ki, Cozef Bayden Ağ Evə gəldikdən sonra Paris İqlim Sazişi nə qayıtmaq, həmçinin federal tabeçiliyində olan quru və şelf sahələrində qazma işlərinə qadağa qoymaq niyyətindədir.
Bununla yanaşı, yeni administrasiya dövründə şist yataqlarına yatırılan sərmayələrin xeyli azalacağı da ehtimal olunur ki, belə olan halda hasilat həcmi xeyli azalacaq. Bütün bunlarla yanaşı Demokrat Partiyasının yeni administrasiyası hələ əvvəllər Barak Obama kimi İrana qarşı sanksiyaları da ləğv etsə, neft bazarındakı təklifin artması və qiymətlərin də azalması labüd olacaq. Bununla belə ekspertlər Cozef Bayden administrasiyasının siyasəti nəticəsində uzun perspektivdə təklifin azalmasına, qiymətlərin isə qalxmasına gətirib çıxaracağına şübhə etmirlər.
Hər halda bu il həm pandemiyanın, həm də siyasi vəziyyətin neft hasilatı baxımdan nikbinliyə elə bir əsas yatarmadığı şəksizdir. Odur ki, neftin bir barelinin 35-45 dollar arasında dəyişməsi daha əlverişli hesab olunur. İlin əvvəlində gördüyümüz kəskin ucuzlaşmanın bir daha təkrarlanma ehtimalına gəlincə, ekspertlərin əksəriyyəti OPEC və OPEC+ formatı çərçivəsində göstərilən səylər sayəsində bunun baş verməyəcəyini düşünürlər.
Qulu Nuriyev, ekspert
Report.az
İtaliya MN: “UNIFIL bazasına naməlum raket atılıb”
İran XİN başçısı: “Xalqımız belə hücumlarla təslim olmayacaq, əsas zərbə ABŞ-ın nüfuzuna olacaq”
İNGİLİSLƏR HÖRMÜZ BOĞAZININ AÇILMASI ÜÇÜN HƏRƏKƏTƏ KEÇDİ: “Bütün tədbirlər görüləcək” – 40-dan çox ölkə toplandı
Yəməndəki husilər İsrailə raket atıb
TRAMP İRANA “YA ANLAŞ, YA DA YOX OL” MESAJI VERDİ: "...yoxsa geriyə heç nə qalmayacaq"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bakı-Qazax magistralında asfalt örtüyü çatlayır - VİDEO
Türkiyədə zəlzələ olub - 4.2 bal gücündə
"Avroviziya-2026"da Azərbaycan təmsilçisi ikinci çıxış edəcək
"Bu, hansı mesajı verir?" - Pezeşkian beynəlxalq səhiyyə təşkilatlarına çağırış edib
ABŞ Ədliyyə naziri vəzifədən çıxarıldı
Nazirlikdə dəyişiklik - Media və kommunikasiya şöbəsi ləğv edildi, yeni sektor yaradıldı
İRAN PREZİDENTİ İLHAM ƏLİYEVƏ ZƏNG ETDİ - Nələr müzakirə olunub?
Yaxın Şərqin ən hündür körpüsü vuruldu - FOTO
Mərkəzi hərbi həkim komissiyasının rəisi hakim qarşısına çıxarılacaq
Ukraynada daha bir azərbaycanlı həlak olub
İran iki ölkədə ABŞ-a məxsus hədəflərə hücum edib: "Əgər sənaye obyektlərinə hücumlar təkrarlanarsa..."
KİM KİMİN HAQQINI YEYİB? - Qərbi Kaspi universitetindəki qalmaqalla bağlı təzadlı açıqlamalar (YENİLƏNİB)
Xarici İşlər Nazirliyi məlumat yayıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Yağışlı hava olacaq - Bu tarixlərdə
Ədliyyə naziri "Yüksəliş" müsabiqəsinin qalibləri ilə görüşüb
DÇ-2026: Türkiyə yığmasının oyun təqvimi dəyişdi – SİYAHI
80 yaşlı Luçesku ilə bağlı qərar verildi
Müəllimlərin yerdəyişməsi müsabiqəsi başlayır - ŞƏRTLƏR
Xəzər Dəniz Neft Donanmasının rəisi vəzifədən azad edilib
Xanım sürücü “Range Rover”i yolda aşırdı - VİDEO
Pomidorun qiyməti niyə bahadır? - AÇIQLAMA
Bakıda məktəbli qızın meyiti tapılıb
Tofiq Yaqublu barəsində daha bir qərar verildi - Məhkəmə prosesi
"Vitse-spikerin köməkçisi deyiləm"
"Beşiktaş" "Fənərbağça" derbisinə hazırlaşır
Rusiya Ermənistana açıq xəbərdarlıq edir: “Bu addımlar suallar doğurur” – “Metsamor”un istismar müddəti isə...
İlham Əliyev TDT-yə üzv dövlətlərin hökumət başçılarını qəbul edib - MÜHİM MESAJLAR + FOTOLAR (YENİLƏNİB)
Nizami Kino Mərkəzinin binasına zərər vurulub - FOTO
Bakıda TDT üzv dövlətlərin rəsmilərinin görüşü olub - BİRGƏ BƏYANAT VERİLDİ (YENİLƏNİB)
"Şəfiqə Məmmədova ittifaqın birinci katibidir, bu mənada..." - AKİ-yə kim sədrlik edir?
İzmirdə İŞİD-ə qarşı əməliyyat: 9 nəfər qandallanıb
Sabahın hava proqnozu açıqlandı
ABŞ ordusu İranda uranı ələ keçirmək üçün əməlyyata hazırlaşır? - “Washington Post” yazır
Bərdə bazarında nöqsan aşkarlanıb - Yoxlama keçirilib
Bakı-Sumqayıt yolunda böyük tıxac yaranıb - Açıqlama + VİDEO
Kəlbəcər şəhərinə növbəti köç olub