Suraxanı rayonunda quruculuq işləri davam edir
18-11-2020 [13:57]
Suraxanı rayonunda quruculuq işləri davam edir.
Mia.az xəbər verir ki, bu barədə Yeni sözçü qəzeti məlumat yayıb.
Bildirilib ki, İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun bu məsələdə müstəsna rol oynaması barədə tanınmış yazıçı Məmməd Əfşan danışıb.
O deyir ki, Əziz müəllim Bakı şəhəri Yasamal rayonunda İcra Hakimiyyətinin başçısı kimi az - cəmi bir il işlədi:
"Lakin bir il ərzində rayonda apardığı böyük quruculuq işlərinə, yaratdığı səliqə-səhmana baxanda onun barəsində deyilənlərin, həqiqət olduğunu anladım. O, az vaxtda rayon ərazisində iki mədəniyyət və istirahət parkı və uşaq əyləncə guşələri, Yasamal ərazisində tikilməkdə olan sosial evlərin inşaasını sürətləndirdi, həmin məhəlləyə iki tərəfli yol çəkdirərək, rayonda ən çox gediş-gəlişli yol olan A.M.Şərifzadə küçəsində nəqliyyatın hərəkətini tənzimlədi, məhəllələrdə və həyətlərdə nümunəvi çəliqə-səhman yaratdı, bir neçə küçəyə asfalt döşətdirdi, yeni-yeni yaşıllıq zolaqları saldırdı küçə və meydançalarda bağ və parklarda on minlərlə yeni ağac tingləri əkdirdi. Bir sözlə, İcra başçısı bütün günü yorulmaq bilmədən işlədi, rayonun ərazisini el demiş, dörd dolandı, nəzərə çarpan xırda-para nöqsanları aradan qaldırıb, verdiyi tapşırıqların icrasını dönə-dönə yoxlayır, adamlarla iş üstündəcə görüşür, söhbətləşir və onların arzu və istəklərini dinləyirdi. Bir sözlə, Əziz müəllimi İcra Aparatında görmək az-az hallarda olurdu.
Rayonun bir ziyalısı və jurnalisti kimi, bir işin qaydaya düşməsi üçün günlərin bir günü Rayon İcra başçısı ilə görüşməyi qərar aldım və görüşdüm də. Başçı məni çox mehribanlıqla qarşılayıb, tanışlıqdan sonra gəlişimin məqsədini soruşdu:
- Müəllim, şikayətin nədəndir?
- Mən şikayətə gəlməmişəm. Xahişə gəlmişəm, - dedim və əlavə etdim, - həyətimizin yanında bir zibilxana var. İl boyu ora kim gəldi, zibil atır. İstəyirəm həmin zibilxananı düzəltdirib, ora ağac əkib, yaşıllıq salım. Ona görə də…
- Ora kimin balansındadır? Rayonun, yoxsa?
- Əslində indi heç kimin. Əlli il əvvəl orada Bakı Dövlət Universitetinin yataqxanalarının qazanxanası idi. Sonra Bakı Dövlət Universiteti özü üçün müasir qazanxana tikdi və həmin qazanxana ləğv edildi. Bundan sonra sahibsiz qazanxana ayrı-ayrı işbazlar tərəfindən söküldü, buxar qazanları və boruları sökülüb satıldı. Yataqxana binalarında qaçqınlar yerləşdirildi. Bundan sonra həm yataqxanada, həm də yaşayış binaların həyətlərində kim əlinə nə keçdi atdı həmin yerə və ora oldu üfunət mənbəyi.
İndi oranı hamarlatdırıb, ağac və gül əkmək istəyirəm.
- Əla fikirdir. Günü bu gün ora baxaram.
Dediyi kimi də elədi, zibilxanaya baxdı və oranı dərhal zir-zibili təmizlətdirib, ağac əkərik, - deyərək Rayon Yaşıllaşdırma İdarəsinə göstəriş verib, özünəməxsus xoş təbəssümlə gülümsəyib məni yola saldı.
Əziz müəllim iş gününün axırında həmin zibilliyə baxır. Ora 50 ting gətirilməsini tapşırdı. Səhər tezdən özünün iştirakı ilə zibilxana təmizləndi və Əziz müəllim də bir dəstə adamla ora gəlib, hamarlanmış zibilxanada əlliyə qədər ağac əkdirdi. Ağacları suvarmaq və qulluq etmək üçün fəhlə ayırdı. Amma su məsələsi həll edilmədi. Başladı bağda təzə əkilmiş ağacları, vedrə bitonla suvarmağa. Sonra orada səliqə-səhman yaratdıq növbənöv gül-çiçək əkdirib və iyul ayında zibillik oldu əsil gülüstan.
Əziz müəllimin özü dəfələrlə bura gəlib gülbaxçaya baxıb onu yaradanlara afərin dedi. Bir dəfə də Rayon Yaşıllaşdarmı İdarəsinin işçilərini çağırıb:
- Gedin, Mətbuat küçəsindəki 31 və 33-cü binanın yaxınlığındakı güllü baxçaya baxın və utanın. Qoca müəllim əkdiyimiz əlli ağacın hamısın göyərdib həndəvərində gül-çiçək əkib. Siz isə əkdiyiniz bir yana, yaşıl ağacları da baxımsızlıqdan qurutmusunuz…
Çox təəssüf ki, Əziz müəllim Yasamal rayonundan tez getdi. Cənab Prezidentin sərəncamı ilə onun quruculuğunu, işgüzarlığını, təbiət və həyat vurğunluğunu nəzərə alıb şəhərin ucqarında, gözdən-qulaqdan uzaq olan Suraxanı rayonuna İcra Hakimiyyətinin başçısı təyin etdi. Bundan sonra Əziz müəllim quruculuq fəaliyyətini Suraxanı rayonunda davam etdirdi".
Qeyd edək ki, Suraxanı rayonu şəhərin Yasamal, Səbayil, Nəsimi, Nərimanov, Xətai və Nizami rayonlarına nisbətən ərazisi etibarilə xeyili böyükdür. Rayon bir neçə qəsəbəni, kəndi və yeni salınmış yaşayış sahəsini əhatə edir və hər birinin də özünəməxsus yol, işıq, qaz, su, istilik və s. problemi vardır. Əziz Əzizov rayona gələn kimi, peşəkarlardan ibarət mötəbər bir komissiya yaratdı.Bülbülə, Əmircan, Bakıxanov, Qaraçuxur, Suraxanı, Hövsan qəsəbələrində və yeni salınmış digər yaşayış massivlərində, nəzərə çarpan əyər-əksikləri, çatışmazlıqları diqqətlə yoxladıb, onların aradan qaldırılması üçün tədbirlər planı hazırlayıb, müəyyən vaxt ərzində həyata keçirməyə başladı. Yoldan, işdən, sudan əziyyət çəkən qəsəbələrə, xüsusən də Əmircan qəsəbəsinə bütünlüklə asfalt döşəndi. Bakıxanov qəsəbəsinin səkiləri yenidən düzəldilib, qaydaya salındı, Qaraçuxur qəsəbəsində bərbad küçələr yenidən qurulub, başdan-başa işıqlandı rayondakı yaşıllıqların sahəsi artırıldı və sair və ilaxır.
Suraxanı rayonun sakinləri işgüzarlığına, qayğıkeşliyinə, adamlarla xoş münasibətinə və quruculuğuna görə Əziz Əzizovdan razılıq edirlər. Onun quruculuğuna, yaradıcılığına, təşəbbüskarlığına və insanlara, xüsusən də şikayətçilərə göstərdiyi insani münasibətini bildirənlərin biri də, Qaraçuxur qəsəbəsində yaşayan jurnalist Arzuman Loğmanoğludur.
Əziz müəllimin quruculuğundan söz düşəndə o, dedi:
- Doğrudan da Əziz Əzizov əsl xalq adamıdır. Rayonun sosial və mədəni inkişafı üçün gecə-gündüz çalışır. Gündə o boyda rayonu azı bir dəfə gəzib- dolanır. Adamlarla görüşüb, söhbət edir, şikayətlərini öyrənir və dərhal da tədbir görür, nöqsanları aradan qaldırır. Vətən Müharibəsi başlayandan bəri onun qayğıları daha da artıb. Bir ayağı Bakıda olanda, o biri cəbhə bölgələrində olur, döyüşçülərə sovqat dayşıyır, yaralı döyüşçülərə baş çəkir, şəhidlərin dəfnini təşkil edir. Niyə uzağa gedək. mən yaşadığım küçə yaman gündə, yollar bərbad idi. Yayda tozdan, qışda palçıqdan getmək mümkün deyildi. Bunun üçün əvvəlki İcra başçılarına dəfələrlə müraciət etsək də, şikayətimi qulaqarıdan vurmuşdular. 
Əziz Əliyev Suraxanı rayonununa başçı təyin edildikdən sonra təmir-tikinti işləri, o cümlədən yol-nəqliyyat infrastrukturunun yenilənməsi istiqamətində mühüm layihələr həyata keçirilir. Rayon ərazisində yolların yenidən qurulması ilə vətəndaşların rahat gediş-gəlişini təmin etmək üçün hazırda Suraxanı rayonu, Hövsan qəsəbəsində, Əmircanda, Binə Südçülük sovxozu adlandırılan yaşayış sahəsindən Məscidə gedən 1 970 metr uzunuğunda (11 820 kv.metr) yolda asfaltlanma işləri aparılır və quruculuq-abadlıq işləri davam etdirilir.
Əziz Əzizov Suraxanı rayonuna İcra başçısı gələndə vəziyyəti ona da dedim. Diqqətlə məni dinlədi. Həmin gün işdən sonra bizim küçəyə gəldi, vəziyyəti gözü ilə gördü. Neçə gün keçməmiş, küçənin yenidən qurulmasına başlandı. Xır daşındı, səki daşları quruldu və asfalt döşəndi və işıqlandırıldı. İndi həmin küçə camaatın gəzinti, seyrangah yeri olub. doğrudan da, Əziz müəllim qurucu adamdır...
"Yeni Sözçü" qəzeti
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi