"Əsgərlərimizdə həmişə böyük ruh yüksəkliyi var..." - Leytenant Elton İsmayılovdan açıqlamalar
18-11-2020 [11:31]
Azərbaycanın tam qələbəsi ilə başa çatan 44 günlük Vətən müharibəsi müzəffər Ordumuzun gücünü bütün dünyaya göstərdi. İşğalçı Ermənistanı torpaqlarımızdan qovmuş əsgərlərimizin qəhrəmanlığı indi dillərdə dastandır. Ağıllı silah-sursatlarla tək atışla düşmən hədəflərini bir-bir yox edən, Şuşanı əlbəyaxa döyüşdə düşməndən təmizləyən bütün əsgərlərimiz indi Azərbaycan Ordusunun fəxridirlər.
Artıq müharibə qurtarmış və döyüşlərdə iştirak etmiş əsgər və zabitlərimiz həmin günlərin qürurunu yaşayırlar.
Mia.az xəbər verir ki, o döyüşçülərdən biri də leytenant Elton Pənah oğlu İsmayılovdur.
24 yaşlı Elton Şahbuz rayonunun Kükü kəndində anadan olub.
2011-ci ildə Heydər Əliyev adına Hərbi Litseyə daxil olub. 2014-cü ildə litseyi bitirən Elton Bakıda Heydər Əliyev adına Ali Hərbi Məktəbə daxil olub. 2018-ci ildə buradan məzun olan gənc zabit Qarabağ bölgəsində, təmas xəttindəki mövqelərdə kəşfiyyat taqımının komandiri vəzifəsində mürəkkəb şəraitdə hərbi xidmət keçib. 2020-ci ilin 27 sentyabrında Ermənistanın növbəti təxribatına cavab olaraq başladılan əks-hücum əməliyyatlarında Murovdağ, Hadrut və Suqovuşan uğurunda gedən döyüşlərin iştirakçısıdır.
Sonuncu döyüşlərin birində yaralanaraq müalicəsini davam etdirən Eltonla görüşüb həmsöhbət olduq.
İlk döyüşə Murovdağ zirvəsinin ələ keçirilməsi uğrunda başladıqlarını deyən Elton bildirir ki, elə müharibənin ilk saatlarından ordumuz təşəbbüsü ələ alıb: "Əsgərlər arasında böyük ruh yüksəkliyi vardı..."
Gənc zabit deyir ki, buna qədər xidmət keçdiyi müxtəlif nöqtələrdə ermənilərin dəfələrlə atəşkəsin pozduğunun şahidi olub: "Ordumuz da bunun cavabını vermişdi. Ancaq 27 sentyabrdakı əks-hücum bu dəfə düşmən üçün öldürücü oldu. Erməni əsgərləri hər yerdə qaçmağa başladılar".
Üzbəüz mövqelərdə onların necə məhv edildiyinin şahidi olan Elton İsmayılov dinc sakinlərin ermənilər tərəfindən necə hədəf alındığından da danışır. Yaralanıb müalicə olunduqdan sonra evə buraxılmış döyüş yoldaşlarından birinin cəbhəyanı ərazidəki evinə raket düşməsi nəticəsində şəhid olması xəbəri onu daha çox sarsıdıb. Ancaq 10 noyabrda düşmənin təslim olması, Qarabağın tamamilə azad olunması digər hərbçi yoldaşları kimi onu da çox sevindirib. Yaxın günlərdə yenidən hərbi xidmətə qayıdacağını bildirən zabit Böyük Qələbədə payı olan bütün döyüşçü yoldaşlarını ehtiramla xatırlayır. O əmindir ki, Ordumuz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında bundan sonra da həmişə qalib olacaq.
İkinci Qarabağ müharibəsi iştirakçısı Elton İsmayılovla bundan sonrakı xidmətində uğurlar və can sağlığı arzu edib, xudahafizləşirik. Kənddə, rayonda eşidən, xəbər tutan hamı İsmayılovların evinə gəlir, insanlar böyük qələbəmiz münasibətilə onu və bir-birilərini təbrik edirlər.
Hamıdan çox sevinən isə zabitin anası Natiqə xanım və 90 yaşlı Sənubər nənəsidir.
Qoy bir daha müharibə olmasın!
Əli CABBAROV
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi