"Xanım Sandunun qələbəsi Azərbaycanın xeyrinə, Rusiyaya isə növbəti zərbədir" - Yeni Prezident Ukraynanın yolu ilə gedəcək"
17-11-2020 [20:59]
"Moldovada prezident seçkilərinin 2-ci turunda qərbyönlü Maya Sandu fəaliyyətdə olan prezident, Rusiyanın adamı hesab olunan İqor Dodon üzərində qələbə qazanıb. Sandu 57,75%, Dodon 42,25% səs toplayıb. Qərb mətbuatı yazır ki, ölkə xaricindəki moldovalılar seçkidə çox böyük fəallıq göstəriblər. Bir çox Avropa şəhərindəki - Frankfurt, London, Parisdə Moldova diplomatik nümayəndəliklərində yaradılmış seçki məntəqələrində böyük izdiham yaşanıb, nəticədə bülleten çatmayıb və məntəqələr vaxtından əvvəl bağlanıb. Ümumilikdə 260 mindən çox diaspora mənsubu və miqrant səs verib, Sandu 90%-dən artıq səs alıb. Paytaxt Kişinyovda isə Sandu 60% səs qazanıb".
Mia.az xəbər verir ki, bu sözləri Politoloq Elxan Şahinoğlu deyib.
O bildirib ki, separatçı Dnestr regionu seçicilərinin 85%-i isə Dodona səs verib:
Elxan Şahinoğlu
"1972-ci il təvəllüdlü Maya Sandu Harvardda oxuyub, Vaşinqtonda Dünya Bankının icraçı direktorunun müşaviri olub. Vətənində 3 il təhsil naziri və 5 ay baş nazir vəzifəsində çalışıb. Xanım Sandunun qələbəsi Rusiyaya növbəti zərbədir".
Politoloq deyir ki, Rusiya, illərdir Dodon vasitəsilə Moldovada keçmişdə itirdiyi mövqeləri bərpa etməyə çalışırdı: "Ancaq Dodon nə qədər çalışsa da, Rusiyanın ölkəsindəki maraqlarını təmin edə bilmirdi. Çünki Moldova parlamenti və hökuməti fərqli siyasi qüvvələrin nəzarətində idi və həmin qüvvələr ruspərəst Dodonun daxili və xarici siyasətdə manevr imkanlarını məhdudlaşdırırdılar. Buna baxmayaraq, Kremlə Dodonu təsir altında saxlaması da kifayət edirdi. İndi isə durum Kreml üçün yenə tərsinə döndü".
E.Şahinoğlu qeyd edib ki, Maya Sandu Ukraynanın yolu ilə getməyə çalışacaq: "Yəni Moldovanın yeni prezident üçün əsas yol Avropanın təhlükəsizlik və iqtisadi institutlarına inteqrasiya olacaq. Bu yol hamar deyil, ancaq Rusiyanın imperiya siyasətinin təsiri altında qalmaqdan daha məqbuldur.
İkincisi, qonşu Ukrayna Moldova ilə əlaqələri gücləndirməyə çalışacaq. İqor Dodonun dövründə o, Rusiyanın təzyiqi ilə Ukraynadan uzaq dayanmağa çalışırdı. Maya Sandu isə əksinə, həm ölkəsi, həm də Avropanın daha çox dəstəyini qazanmaq üçün Ukrayna ilə münasibətlərdə yeni səhifə aça bilər.
Üçüncüsü, Maya Sandunun prezident seçilməsi Azərbaycanın da xeyrinədir. Moldova GUAM-ın zəif halqası sayılırdı. Dodon GUAM-a maraq göstərmirdi. Əlbəttə, ədalət naminə demək lazımdır ki, təşkilatın özü də son illər passviləşib. Ancaq Moldovada qərbpərəst siyasətçinin prezident seçilməsiylə təşkilatda müxtəlif layihələrin icrasını genişləndirmək perspektivi açılır".
Politoloq bildirir ki, Dağlıq Qarabağda yerləşən Rusiya hərbçilərini gələcək illərdə Azərbaycandan uzaqlaşdırmaq üçün titanik əmək sərf etməli olacağımızı unutmamalıyıq: "Bunun üçün Avrasiya bölgəsindəki durum xeyrimizə dəyişməlidir, dost və tərəfdaşlarımızın sayı artmalıdır".
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi