NURSAN, TƏBƏSSÜMSƏN BAŞ LEYTENANT! - Hesabatmı, yoxsa nur üzlü Şəhidimin qeydlərimi?
17-11-2020 [16:42]
Milli Ordumuzun baş leytenantı, əzizimiz Cavid bəy!
Vətən sevgisi, döyüş ruhu qəlbinə hakim idi. Kim bilir, bəkə elə ona görə bu peşəni seçmişdin?! Nə deyim?! Böyük və tarixi qələbəmizin sevincli günlərində Şəhidlik zirvəsinə qovuşma xəbərin yayıldı. Doğman kimi üzüldük. Rəsmi məlumata kimi atan Xalıq müəllimə, anan Xatirə xanıma, qardaşın Şahinə, bacın Şərqiyəyə təsəlli verdik. Baban, el ağsaqqalı, müdrik Babalı kişinin təmkininə, ailədaxili nizam-intizamına hamı alqış dedi...
...Sənə sevimli dostlarından danışım, Cavid! Döyüş və tələbə yoldaşlarından, tələbəykən qatıldığın "Sevimlilər" qrupundan. 28 illik ömrünün bu payızında Səni yenidən kəşf etdim. Sevdim və öpüb bağrıma basdım. "Sevimlilər" heç dözmürdülər, şəklini, tələbəlik statuslarını, döyüş yolunu, xatirələrini bölüşüb, şəhadətinə mübarək sözlər deyirdilər. Xahiş etdim ki, tələsməyək, müharibə üçün qoyulmuş qaydalara riayət edək. Sağ olsunlar, anlaşdıq! Elə bir gün olmadı ki, Emin, Rəna, Vüsal, Aygün, Günay, Fidan, Xətai, Ruslan, Aynur, Uramil, Gülü, Lalə, Ramil, Mehriban dostların Cavid qardaşımız deyin sızıldamasın! Çiyindaşların düşmənə necə qan uddurduğunu, cəsurluğunu iftixarla, böyük məhəbbətlə dilə gətirdilər.
17 noyabr 2020 ci il. Gecə rəsmi məlumat təsdiqləndi: Milli Ordumuzun Baş Leytinantı, 1992-ci il təvəllüdlü Səfərli Cavid Xalıq oğlu 2-ci Vətən müharibəsində düşmənlə üzbəüz döyüşdə onların xeyli canlı qüvvəsini və texnikasını məhv edərək, qəhrəmancasına həlak olmuşdur.
Allah Sənə rəhmət eləsin, ŞƏHİDİM! Ruhun şad olsun!
Elə gecədən Sənsizliyi yaşayırıq. Xatirələrin dilə gəlir. Ayrı-ayrı məqam və mərasimlərdə dilindən səslənən şerlər, çıxışlar və tələbəlik statusların ürəyimizi dağlayır. Dilində səslənən sevimli Xalq şairimiz Nəriman Həsənzadənin
"Azərbaycan" şeri iç dünyana bir ayna deyilmi?!
Od ürəkli, od nəfəsli diyarımsan
Ocağına canım qurban, Azərbaycan!
Əzilsən də, əyilməyən vüqarımsan
Bu çağına canım qurban, Azərbaycan!
Savaşlardan alnıaçıq çıxan zaman
Tarixlərə bağışladın neçə qurban.
Hər qonşuda bir parçası əsir qalan
Torpağına canım qurban, Azərbaycan!
Neçə gizli sərvət yatır qucağında,
Neçə ölkə od aparır ocağından.
Azadlığın al rəmzi var bayrağında
Bayrağına canım qurban, Azərbaycan!
Sənsizliyin ilk gecəsi bəzi qeydlərini də əldə etdik:
̶ Yaşıma böyük gəldi ömrüm.
̶ Qəmgin gözlərin əsrarəngiz gülüşü.
̶ Bir qıza güvən verə bilmirsənsə, ona çiçək verməyin nə mənası?
̶ Məni gözəl xatırla, sənə unudulmaz gecələr buraxdım. Sənə ən yorğun sabahlar, gülüşümü, gözlərimi, sonra səsimi buraxdım.
̶ Sizə demişəm, Xankəndindən status paylaşacam.
̶ Mənə elə gəlir ki, qadın heç vaxt kişiyə onu sevdiyini deməməlidir. Qoy onu parıldayan gözləri desin.
̶ Yuxuya getməyim üçün mənə bir mahnı oxu. Bir xəyal gördüm, onu unudum.
̶ Bir gün mən olmayanda, adım çəkilən yerdə üzlərdə təbəssüm yaratsın xatirələrim...
...Artıq sabah açılır. El-oba, dostlar, bütün Cavidsevərlər Şəhid övladını yola salmaq üçün Aranın müdrik ağsaqqalı Babalı babanın həyətinə toplaşır...
..."Sevimlilər"in nümayəndələri mərasimdə iştirak etsə də, zəngləri ara vermir. Hər kəs öz sevgisini, öz istəyini, öz məhəbbətini bildirir...
Səxavət Tağlar,
Əməkdar müəllim.
17.11.2020
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi