Bakıda direktor valideyni təhqir edib, şagirddən polisə şikayət etdi

img

23-11-2013 [12:52]


Mikayıl Cabbarov təhsil naziri olduqdan sonra xalq arasında ciddi ümod yarandı. Çünki son 15 ildə Azərbaycan təhsilinin tənəzzülə uğramasından sonra yeni və gənc nazir bir ümid çırağı oldu. Mikayıl Cabbarova ümidin bir səbəbi də köhnə sistemin içindən gəlməməsi idi. Lakin gün keçdikcə, Təhsil Nazirliyinin içindəki problemli şəxslər yeni dövrdə də öz istəklərini gerçəkləşdirirlər. Daxil olan məlumatlara görə, bəzi məktəblər hələ də köhnə dövrdəki kimi hərəkət edir, şagird və valideynlərə qarşı təhqiramiz münasibət göstərirlər. Belə hallardan biri iki gün öncə Xəzər rayon 230 saylı məktəbdə yaşanıb. Belə ki, sinifdə şagird yoldaşı ilə söhbət edən A.A. (adlar bəlli olsa da, açıqlamırıq) direktor Elşən Qafarov tərəfindən sinifdən kobudcasına qovulub, bunum ardınca 9-cu sinif şagirdi, 14 yaşlı uşağın evinə polis bölməsindən gələrək, direktorun ondan şikayət etdiyi bildirilib. Nə baş verdiyini araşdırmaq üçün məktəbə gedən valideyni G. xanım ikinci şoku yaşayıb. Direktor nəinki valideynin suallarına cavab verib, əksinə şagirdin anasını təhqir edərək, "uşağını rədd elə məktəbimdən” söyləyib. Uşağın sinifdə söhbət etməsindən başqa heç bir günahının olmadığı halda polisə şikayət edilməsinə ehtiyacın haradan qaynaqlandığı barədə suala cavab vermək əvəzinə ananı təhqir etməyə üstünlük verən Elşən Qafarovun "gedin, hara şikayət edirsiniz edin, məni burda qaş-gözümə görə oturtmayıblar” deməsi başqa mövzulardan xəbər verir. Bu barədə az sonra… 230 saylı məktəbin şagirdləri iıə söhbətimizdə bildirirlər ki, bu məktəbdə təlim-tərbiyyə əvəzinə polis gestaposu hökm sürür. Xırda bir problemdə uşaqlara qarşı polis dəyənəyindən istifadə edən Elşən Qafarov direktorluğa "prarab”lıqdan gəlib. Ona görə də, insanlarla, xüsusən şagirdlərlə dialoq problemi var. Lakin Təhsil Nazirliyindəki güclü şəxslərdən biri ilə münasibəti onu layiq olmadığı yüksək posta təyin etdirib. Əhali arasında gəzən söz-söhbətə görə, iki iıdən bəri dorektor həmin hamisinə Buzovnada villa tikdirir və o səbəbdən də qorunacağından əmindir. Nəzərə alsaq ki, Xəzər rayonundan millət vəkili seçilən Birinci xanım Mehriban Əliyeva təhsil müəssisələrinə yüksək qayğı ilə yanaşır, o zaman o qayğıdan sui-istifadə edən 230 saylə məktəbin direktorunun ötən il baş vermiş şagird intiharından necə qurtulduğuni araşdırmaq lazımdır. Valideynlərlə kobud münasibət, şagirdlərin polislə hədələnməsi Birinci Xanımın deputat seçildiyi əraziyə qara ləkədir. Baxmayaraq ki, Elşən Qafarova rayonda "gözün üstə qaşın var” deyilmir. Şikayətçilər Təhsil Nazirliyinin qaynar xəttinə, icra hakimiyyətinə bu barədə yazmaqdan yorulduqlarını dilə gətirirlər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA