TÜRKİYƏ AZƏRBAYCANA HƏRBİ QÜVVƏ GÖNDƏRİR - Prosesin detalları açıqlandı
16-11-2020 [13:56]
Türkiyə Böyük Millət Məclisinə (TBMM) təqdim edilən Azərbaycana hərbi qüvvələrin göndərilməsini dəstəkləyən sənədin mətni açıqlanıb.
“Hürriyət” qəzetinin verdiyi xəbərinə görə, sənəddə deyilir:
“Dost və qardaş ölkə Azərbaycanın işğal altındakı torpaqlarını azad etmək üçün apardığı mübarizə illərdir davam edir.
Ermənistanın 27 sentyabr 2020-ci il tarixində Dağlıq Qarabağda cəbhə xətti boyu hərbi hədəflərə və mülki əhaliyə hücumlarına cavab olaraq Azərbaycan özünümüdafiə hüququndan istifadə edərək əks-həmlə əməliyyatına başlayıb və nəticədə işğal altındakı torpaqlarının azad edilməsi istiqamətində əhəmiyyətli qələbə qazanıb.
Türkiyə beynəlxalq hüquq və suverenlik haqları çərçivəsində Azərbaycanın ərazi bütövlüyü də daxil olmaqla, bütün haqlarını müdafiə edə bilməsi üçün prosesindən əvvəlindən etibarən ona dəstək verib. Nəticədə Azərbaycanın əks-həmlə əməliyyatında əldə etdiyi irəliləyiş meydanda yeni bir şərait yaradıb.
Azərbaycan, Rusiya və Ermənistanın əldə etdikləri razılaşmaya əsasən, 10 noyabr 2020-ci il tarixində saat 00.00-dan etibarən bölgədə atəşkəs elan edilib və işğal altındakı bəzi bölgələrin Azərbaycana qaytarılmasını nəzərdə tutan təqvim elan olunub.
Əldə edilən razılaşmaya əsasən, atəşkəsə əməl edilib-edilməməsinin monitorinqini aparmaq məqsədilə işğaldan azad edilən Azərbaycan torpaqlarında Birgə Mərkəz yaradılacaq. Azərbaycanın tələbi əsasında Mərkəzdə Türkiyə və Rusiyanın müştərək iştirakı qərara alınıb.
Azərbaycanın müəyyənləşdirəcəyi yerdə Türkiyənin Rusiya ilə birlikdə quracağı Birgə Mərkəzdə və bu Mərkəzin işində Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyətinin və ehtiyac olacağı təqdirdə Türkiyədən olan mülki şəxslərin xidmət aparmasının, 16 avqust 2010-cu il tarixində imzalanan “Türkiyə Respublikası ilə Azərbaycan Respublikası arasında Strateji Əməkdaşlıq və Qarşılıqlı Yardım Sazişi”nə əsasən ölkəmizin öhdəliyinə uyğundur, bu, eyni zamanda Azərbaycanın ərazi bütövlüyünü rəsmi olaraq tanıyan beynəlxalq hüquq, Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının qətnamələri və ATƏT-in prinsipləri ilə də uyğunluq təşkil edir, bölgə xalqlarının sabitliyi və rifahının xeyrinədir, ayrıca milli maraqlarımız baxımından lazımlıdır.
Bu mülahizələrlə “Türkiyə Respublikası ilə Azərbaycan Respublikası arasında Strateji Əməkdaşlıq və Qarşılıqlı Yardım Sazişi”nin şərtlərindən irəli gələn öhdəliyimizi yerinə yetirmək, atəşkəsin təsis edilməsi və pozulmasının qarşısının alınması, bölgədə sülh və sabitliyin əldə edilməsi məqsədilə Türkiyənin yüksək mənfəətlərini təsirli şəkildə qorumaq və müdafiə etmək üzrə şəxsi heyətin tərkibi, xidmət müddətinin Prezident tərəfindən təyin ediləcəyi, Birgə Mərkəzin xidmətlərinin icrası istiqamətində Türkiyə Silahlı Qüvvələrinin xarici ölkələrə göndərilməsi, bu qüvvələrin Prezidentin müəyyən edəcəyi əsaslara görə istifadə edilməsi ilə risk və təhdidlərin aradan qaldırılması üçün lazımi tədbirin görülməsi və bunlara imkan verəcək tənzimləmələrin Prezident tərəfindən müəyyənləşdiriləcək əsaslara görə aparılması üçün Konstitusiyanın 92-ci maddəsinə əsasən bir il müddətində icazə verilməsinin lazım olduğunu sizin diqqətinizə çatdırıram”/APA.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi