Azərbaycanda sürücülər üçün min manatlıq cərimə

img

22-11-2013 [21:21]


Azərbaycanda sürücülər üçün yeni cəza tətbiq olunacaq. Bununla bağlı Milli Məclis İnzibati Xətalar Məcəlləsinin 155-ci (Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması) maddəsinə əlavələr edəcək. Yeni əlavələrə əsasən, mühərrikin səs gücünün artırılması məqsədi ilə nəqliyyat vasitəsinin işlənmiş qazları xaric etmə sisteminə normativ tələblər pozulmaqla avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə sürücülər 500 manat miqdarında cərimə ediləcək.

Həmin xəta il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törıdildikdə 1000 manat cərimə tətbiq olunacaq.

Layihə Milli Məclisə Azərbaycan prezidenti İlham Əliyevin imzası ilə daxil olub. /Hüquq.TV/


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA