Təhsil naziri İctimai Şura üzvləri ilə görüşüb - Nələr müzakirə olunub?
14-11-2020 [18:10]
Noyabrın 14-də Təhsil naziri Emin Əmrullayev Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri ilə videokonfrans formatında görüşüb.
Təhsil Nazirliyindən Mia.az-a verilən məlumata görə, görüş zamanı nazir 44 gün davam edən Vətən müharibəsinin şanlı zəfərlə yekunlaşması münasibətilə Şura üzvlərini təbrik edib, Allahdan şəhidlərimizə rəhmət, yaralılarımıza isə şəfalar diləyib. Təhsil naziri bu müharibədə qazanılan qələbənin Azərbaycan tarixinin ən parlaq səhifəsi olduğunu diqqətə çatdırıb və bildirib ki, torpaqlarımızın işğaldan azad olunmasını şərtləndirən əsas səbəb ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin son illərdə həyata keçirdiyi güclü dövlət və ordu quruculuğu siyasətidir. Bu amil son hədəfə qədər uğurla irəliləməyimizi şərtləndirirdi, Azərbaycanın üçrəngli bayrağı doğma Qarabağda, Şuşada dalğalandı. Nazir Azərbaycana bu möhtəşəm zəfəri yaşadan dövlətimizin başçısı cənab İlham Əliyevə minnətdarlığını ifadə edib.
Sonra Təhsil naziri Emin Əmrullayev Ermənistan silahlı qüvvələrinin Azərbaycanın dinc əhalisinə qarşı təcavüzündən danışıb, müxtəlif şəhər və rayonlara raket zərbələri endirilməsi nəticəsində 10 məktəblinin həlak olduğunu, 16 məktəblinin yaralandığını və 50 təhsil müəssisəsinin dağıntılara məruz qaldığını diqqətə çatdırıb.
İşğaldan azad olunan torpaqlarımızda təhsil sahəsi üzrə görüləcək işləri xüsusi vurğulayan Təhsil naziri əlavə edib ki, artıq bununla bağlı tədbirlər planı hazırlanır və yeni yaradılacaq İşçi Qrupu bu istiqamətdə təxirəsalınmaz tədbirlər həyata keçirəcək.
Görüşdə vurğulanıb ki, bu tarixi zəfərimiz həm də Azərbaycan müəlliminin, Azərbaycan təhsilinin vətəndaş yetişdirmə məfkurəsinin qələbəsi sayılır.
İctimai Şuranın sədri Şahlar Əsgərov da öz növbəsində qələbə münasibətilə hər kəsi təbrik edib, gənclərimizdə milli-mənəvi dəyərlər və Vətənə sadiqlik tərbiyəsinin aşılanmasında məktəblərin rolunu xüsusi qeyd edib.
Videokonfransda İctimai Şura üzvləri gənclərimizin Vətən müharibəsində əsl vətənpərvərlik nümunəsi göstərməsini təhsilalanların bu ruhda tərbiyə edilməsi ilə əlaqələndirib, müharibədən sonrakı dövr ərzində görüləcək işlərlə bağlı rəy və təkliflər səsləndiriblər.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi