HÖKUMƏT YENİ İŞÇİ QRUPLARI YARATDI - Detallar
13-11-2020 [18:05]
Ermənistanın təcavüzü nəticəsində 27 sentyabrdan başlayaraq Azərbaycan ərazisinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı işçi qruplar yaradılıb və fəaliyyətə başlayıb.
Nazirlər Kabinetinin mətbuat xidmətindən Mia.az-a verilənməlumata görə, Azərbaycan Respublikasının Prezidentinin 2020-ci il 06 noyabr tarixli “2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı”na əsasən ziyanın qiymətləndirilməsi və aradan qaldırılması məqsədilə Dövlət Komissiyası yaradılıb.
Sərəncamdan irəli gələn vəzifələri yerinə yetirilməsi məqsədilə Dövlət Komissiyasının noyabrın 09-da ilk iclası keçirilib.
Noyabrın 12-də Azərbaycan Respublikasının Baş Naziri Prezidentin tapşırıqlarının həyata keçirilməsini təmin etmək üçün müvafiq Sərəncam imzalayıb.
Sərəncama əsasən 3 qrup yaradılıb:
- Nazirlər Kabineti Aparatı üzrə Koordinasiya qrupu;
- Aidiyyəti dövlət orqanlarının rəhbərlərinin müavinlərindən ibarət tərkibdə müvafiq sahələrə rəhbərlik üzrə İşçi qrupu. Buraya daxildir: İqtisadiyyat nazirinin müavini, Fövqəladə Hallar nazirninin müavini, Baş Prokurorun müavini, Kənd təsərrüfatı nazirliyinin, ASAN xidmətin nümayəndələri, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini və Maliyyə Nazirliyi Aparatının rəhbəri;
- Aidiyyəti dövlət orqanlarının nümayəndələrindən ibarət tərkibdə işçi qruplar.
Bütövlükdə, Ağdam, Ağcabədi, Beyləqan, Bərdə, Tərtər, Füzuli və Cəbrayıl, Goranboy və Naftalan, Gəncə, Mingəçevir rayon və şəhərləri üzrə 11 işçi qrupu yaradılıb. Tərtər rayonu üzrə dəymiş ziyanın miqyasını nəzərə alaraq 3 işçi qrupu formalaşdırılıb.
Koordinasiya qrupuna tapşırılıb ki, dövlət orqanlarının (qurumlarının) işlərinin əlaqələndirilməsi təşkil və təmin edilsin, həyata keçirilən tədbirlər üzrə analitik təhlillər aparılsın, statistik hesabatlar hazırlansın, görülən işlər barədə mütəmadi olaraq Komissiyaya məlumat verilsin.
İşçi qruplar mülki əhaliyə, dövlət əmlakına, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsini təmin edərək və dəymiş ziyanın aradan qaldırılması, zərər vurulmuş obyektlərin tam bərpası və təmir-tikinti işlərinin həyata keçirilməsi üçün tələb olunan maliyyə vəsaiti barədə təkliflərini 2020-ci il dekabrın 10-dək Komissiyaya təqdim edəcəklər.
Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə, Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə, “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinə, “Azərişıq” Qapalı Səhmdar Cəmiyyətinə və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə tapşırılıb ki, infrastruktur obyektlərinə dəymiş ziyanın qiymətləndirilməsini təmin etsinlər və aradan qaldırılması üçün tələb olunan maliyyə vəsaiti barədə təkliflərini 2020-ci il dekabrın 1-dək Komissiyaya təqdim etsinlər.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə tapşırılıb ki, dəymiş ziyana və onun aradan qaldırılmasına, o cümlədən zərər vurulmuş obyektlərin tam bərpası və təmir-tikinti işlərinin aparılmasına çəkilmiş xərclərə dair vahid məlumat bazasının formalaşdırılmasını 2020-ci il dekabrın 10-dək təmin etsin.
Xatırladırıq ki, 27 sentyabrdan sonra Ermənistanın təcavüzü nəticəsində təqribən 3 700 obyektə müxtəlif dərəcəli ziyan dəyib.
Evində yaşayışın mümkün olmadığı vətəndaşlar müvafiq mənzillərdə yerləşdiriliblər.
Qiymətləndirməni həyata keçirmək məqsədilə yerli özəl qiymətləndirmə şirkətləri də prosesə cəlb olunacaq.
Eyni zamanda dəymiş ziyanın qiymətləndirilməsi üçün xarici şirkətlərin də cəlb olunması istiqamətində XİN tərəfindən iş aparılır.
Xarici işlər Nazirliyi Prezidentin Sərəncamından irəli gələn tapşırığa əsasən vurulmuş “ziyana və onun aradan qaldırılmasına, o cümlədən zərər vurulmuş obyektlərin tam bərpası və təmir-tikinti işlərinin aparılmasına çəkilmiş xərclərə dair məlumatlarla beynəlxalq institutları təmin edəcək və bu istiqamətdə iş aparılır.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi