QARABAĞLA BAĞLI MƏŞHUR PLANIN MÜƏLLİFİNDƏN ŞOK AÇIQLAMALAR: "Savaş davam etsəydi, Rusiya Zəngəzura qoşun tökəcəkdi" - “Əliyevə çox vacib təklif edildi"
13-11-2020 [17:57]
"Azərbaycan Ordusu Şuşadan sonra hərbi əməliyyatları davam etdirə və Dağlıq Qarabağın qalan hissəsini də nəzarətə ala bilərdimi?".
ABŞ Dövlət Departamentinin keçmiş müşaviri Pol Qobl "Azadlıq" radiosuna bildirib ki, bu halda Ermənistanda yeni qaçqınlar yaranacaqdı və ölkədə sabitlik daha da pozulacaqdı, ona görə də Moskva Ermənistanı tamamilə itirməmək üçün kompromis həll təklif etdi: “İndiki razılaşma Azərbaycan üçün tam qələbə demək deyil, prosesin sonu da deyil, sülh deyil, növbəti atəşkəsdir. Amma zaman keçdikcə, Azərbaycan güclənir və bir müddət sonra Azərbaycan bütün Qarabağda effektiv suverenliyini bərpa edəcək. Bu müddət ərzində isə Naxçıvan və Azərbaycan arasında dəhlizin əhəmiyyəti güclənəcək və bunlar üzərində bir növ suverenlik bərpa edəcək”.
Qobl deyib ki, Azərbaycan Prezidenti İlham Əliyev öz çıxışlarında Rusiyanın Ermənistana silah göndərməsini dəfələrlə qeyd etmiş olsa belə, ona görə sonda Rusiya sülhməramlılarının bölgəyə gəlməsinə razı olub. Çünki ona çox vacib bir təklif - Naxçıvana dəhliz təklif edilib: “Əliyev niyə bunu etdi? Məncə, o, çox istədiyi bir şeyi əldə etdi - Naxçıvana dəhliz. Əliyevlər naxçıvanlıdır. Naxçıvan ailə üçün son dərəcə vacib bir simvoldur. İlham Əliyevə bu koridor təklif olundu və bu çox cazibədar təklifə yox deyə bilmədi. Bundan başqa da, əgər ordu irəliləməkdə davam etsəydi, Rusiya Ermənistanın cənubuna - Zəngəzura kütləvi qoşun tökəcəkdi və Azərbaycana imkan verməyəcəkdi irəli getməyə”.
Pol Qobl deyir ki, Rusiyanın Azərbaycana sühməramlı gətirməsi beynəlxalq hüquqa ziddir, çünki Rusiya burda maraqları olan tərəfdir.
Politoloq hesab edir ki, ABŞ buna öz etirazını bildirməli idi. O ümid edir ki, ABŞ-da yeni seçilən prezident Co Bayden administrasiyası gələn ildən fəaliyyətə başlayanda beynəlxalq hüququn təmin edilməsi və Rusiya sülhməramlılarının neytral qüvvələrlə əvəzlənməsi təklifi ilə çıxış edəcək.
Onun fikrincə, Rusiya bu fürsətdən istifadə edib Cənubi Qafqazda oyun oynaya bilər: “Məsələn, təxribatlar edilə bilər - tərəflər birinə hücum edə bilər. Məncə, Rusiyanın Ermənistanı məcbur etməsinin bir səbəbi də budur: Rusiya qorxur ki, Ermənistan bir vaxtlar etdiyi kimi "Asala" terror hücumlarına geri dönə bilər. Qarabağ daxilində belə təxribatlar edilsə, elə görünəcək ki, bunu guya Türkiyə, Azərbaycan edir. Bu halda, Rusiya bundan təzyiq vasitəsi kimi istifadə edə bilər”.
Xatırladaq ki, Pol Qobl 1990-cı illərin əvvəlində Azərbaycanla Ermənistan arasında ərazi mübadiləsi nəzərdə tutan planın müəllifidir. Həmin planda Laçında Qarabağdakı erməni anklavına, Ermənistanın cənubunda isə Azərbaycandan Naxçıvana dəhliz verilməsi nəzərdə tutulurdu. O, həm də bir müddət Azərbaycan Diplomatik Akademiyasının keçmiş departament direktoru olub.
Mia.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi