Milli Məclisin daha bir komitəsində iclas oldu - Nələr müzakirə edilib?
13-11-2020 [17:49]
Noyabrın 13-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin növbəti iclası keçirilib.
Mia.az xəbər verir ki, iclası açan komitənin sədri Əli Hüseynli gündəliyə 2 məsələnin daxil edildiyini bildirib.
Əvvəlcə komitənin üzvü Kamal Cəfərov “Dövlət qulluğu haqqında” qanun layihəsində dəyişikliklər edilməsi ilə bağlı sənədi ikinci oxunuşda təqdim edib.
Deputat bildirib ki, layihənin əsas məqsədi dövlət qulluqçularının fəaliyyətinin düzgün qiymətləndirilməsi, onların potensial imkanlarının aşkara çıxarılması, inkişafı və səmərəli istifadəsidir. Sənəddə əsas istiqamət dövlət qulluqçusunun fəaliyyətinin qiymətləndirilməsi qaydalarını təkmilləşdirməkdir. K.Cəfərov deyib ki, müvafiq icra hakimiyyəti tərəfindən dövlət qulluqçusunun peşə səriştəliyini artırmağa, onun əlavə təhsilə ehtiyacının, tutduğu vəzifəyə uyğun gəlib-gəlmədiyinin müəyyənləşdirilməsi məqsədilə hər təqvim ilinin sonunda inzibati vəzifə tutan dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi həyata keçiriləcək.
Qeyd olunub ki, yekun qiymətin 50 faizi tapşırıqların icra vəziyyətinə, 40 faizi meyarlar əsasında, 10 faizi isə əmək intizamı əsasında qiymətləndirməyə əsaslanacaq. Nəticələr qiymətləndirmə barədə sənədlə rəsmiləşdiriləcək. Yekun qiymət müəyyən edildikdən sonra dövlət qulluqçusu ilə müsahibə keçiriləcək və onun xidməti fəaliyyətinə verilən qiymət və şərhlər müzakirə olunacaq. Dövlət orqanının rəhbəri tərəfindən dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsinin nəticəsinə görə, barəsində mükafatlandırılma, vaxtından əvvəl ixtisas dərəcəsinin verilməsi, fəaliyyətinin və bacarıqlarının daha da təkmilləşdirilməsi məqsədilə əlavə təhsilə və xüsusi təlimlərə cəlb edilməsi, bilik və bacarıqlarına uyğun digər analoji vəzifəyə keçirilməsi, aşağı inzibati vəzifəyə keçirilməsi kimi tədbirlərdən biri görülə bilər. Dövlət qulluqçusu xidməti fəaliyyətinin qiymətləndirilməsinin nəticəsi ilə razılaşmadıqda inzibati qaydada və məhkəmə qaydasında şikayət etmək hüququna malik ola biləcək. İclasda Kamal Cəfərov qanun layihəsinin Milli Məclisin plenar iclasında birinci oxunuşu zamanı millət vəkilləri tərəfindən səsləndirilən, yazılı şəkildə komitəyə daxil olan digər rəy, təklif və suallara da aydınlıq gətirib.
Deputatlardan Qüdrət Həsənquliyev, Erkin Qədirli, Əminə Ağazadə, Etibar Əliyev, Dövlət İmtahan Mərkəzinin nümayəndəsi Vüqar Əsgərov sənədlə bağlı fikir mübadiləsi aparıblar, qanun layihəsinin əhəmiyyəti barədə danışılıb. Sonra komitədə İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi barədə qanun layihəsi birinci oxunuşda müzakirə edilib.
Komitə sədri Əli Hüseynli qeyd edib ki, sənəd uyğunlaşdırma xarakteri daşıyır və “Ətraf mühitin mühafizəsi haqqında” qanun layihəsinə edilən dəyişikliklərə əsasən hazırlanıb. Qanun layihəsinə təklif olunan dəyişiklikdə qalınlığı 15 mikrona qədər olan polietilen torbaların, habelə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, bıçaq, boşqab və stəkanların sahibkarlar tərəfindən idxalına, istehsalına, istehlakçıya satılmasına, inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə də inzibati məsuliyyət nəzərdə tutulur.
Qanun layihəsinin polietilen torbalara münasibətdə 2021-ci il yanvarın 1-dən, digər birdəfəlik istifadə üçün nəzərdə tutulan məhsullara münasibətdə isə 2021-ci il iyulun 1-dən qüvvəyə minməsi təklif edilib. Komitə üzvləri tərəfindən hər iki qanun layihəsinin Milli Məclisin plenar iclasının müzakirəsinə tövsiyə edilməsi qərara alınıb.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi