Müəllimlərin seçimi başlayır - Vakant yerlər

img

22-11-2013 [11:08]



Bu gündən Təhsil Nazirliyi 2013-2014-cü tədris ilində müəllimlərin işə qəbulu üzrə müsabiqədə keçid balını toplamış, lakin işə qəbul olunmamış şəxslər üçün ümumtəhsil məktəblərindəki yeni vakant yerlərə seçim elan edir.

Təhsil Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, namizədlər bu gündən başlayaraq nazirliyinin internet saytının (www.edu.gov.az) "Müəllimlərin işə qəbulu” banerindən (www.edu.gov.az/view.php?lang=az&menu=391&id=4084) "Şəxsi səhifə”yə daxil olaraq (kod və parol vasitəsilə) uyğun ixtisas üzrə təklif olunan vakant yerlərdən ən çoxu 4-nü seçə və təsdiqləyə bilərlər. Seçim mərhələsi noyabrın 26-dək davam edəcək.

Vakant yerlərin seçimi 26 noyabr 2013-cü il tarixdə saat 18:00-da başa çatacaq, yerləşdirmə aparılacaq və nəticəsi dərhal hər bir namizədin "Şəxsi səhifə”sinə göndəriləcək.

 Vakant yer tutan namizədlər "Şəxsi səhifə”də göstərilən vaxtda və yerdə müsahibədən keçdikdən sonra onların işə qəbulu barədə qərar qəbul ediləcək.

 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA