“Azercell Telekom” Azərbaycan xalqını təbrik edib
11-11-2020 [15:13]
2020-ci il noyabr ayının 10-u bütün Azərbaycan xalqının yaddaşında əbədi həkk olundu. Şanlı Azərbaycan ordusu Respublika Prezidenti, Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi altında 30 illik Vətən həsrətinə son qoymuş oldu. Ölkəmizin tarixində yeni səhifə açan bu möhtəşəm qələbə münasibətilə “Azercell Telekom” bütün Azərbaycan xalqını ürəkdən təbrik edir.
Şirkətdən Mia.az-a verilən məlumata görə, “Azercell Telekom”un hazırda ən əsas vəzifəsi və məqsədi xəritəmizdə, nəhayət ki, tam olaraq öz mövqeyini bərpa edən ərazilərdə sürətli şəkildə, tam gücü ilə 4G şəbəkəsinin genişləndirilməsinə təkan vermək və Qarabağ torpaqlarına qayıdacaq əhalini ən sürətli mobil internet və qabaqcıl kommunikasiya xidmətləri ilə təmin etməkdir.
Qeyd etmək yerinə düşər ki, döyüşlərin getdiyi bir aydan artıq bir müddətdə gücləndirilmiş və gərgin iş rejiminə baxmayaraq, “Azercell” əməkdaşlarının səyi nəticəsində bütün kanallar vasitəsilə xidmət keyfiyyəti ən yüksək səviyyədə saxlanılıb. Belə ki, son göstəricilərə əsasən onlayn kanallar vasitəsilə daxil olmuş müraciətlər 100% cavablama göstəricisinə qədər yüksəlib.
Həmvətənlərimiz arasında həmrəylik və qələbə ruhunun yüksək səviyyədə saxlanılması, eləcə də Qarabağ mədəniyyətinin zəngin irsinə hörmət əlaməti olaraq, “Azercell” şirkəti tərəfindən sosial mediada #gəlirik şüarlı sosial kampaniya keçirilmiş və izləyicilər arasında böyük əks-səda yaratmışdır. Belə ki, #gəlirik kampaniyasının Şuşaya həsr edilmiş videosu brendlər arasında sosial şəbəkələrdə Azərbaycan üzrə ən bəyənilən (120 mindən çox reaksiya) və ən paylaşılan (13 mindən çox paylaşım) videosu oldu: http://https://www.facebook.com/azercell/posts/101581;/93722528303.
Qeyd edək ki, döyüşlərin getdiyi ilk günlərdən “Azercell” şirkəti Milli Ordumuza dəstək məqsədilə Silahlı Qüvvələrə Yardım Fonduna 1 mln. manat həcmində vəsait köçürüb. Bundan əlavə, cəbhə bölgələrinə ezam edilmiş bütün media əməkdaşlarına və erməni təxribatına məruz qalmış Bərdə və Gəncə şəhərlərinin sakinlərinə də şirkət tərəfindən rabitə dəstəyi göstərilib.
“Azercell Telekom” bundan sonra da ölkəmizin əmin-amanlığı və sosial-iqtisadi inkişafı, bütün Vətən torpaqlarında mükəmməl rabitənin qurulması istiqamətində səylərini var gücü ilə davam etdirəcək. Qələbəmiz mübarək olsun! Qarabağ Azərbaycandır!
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi