Metyu Brayza: “Bu razılaşma müstəqil Azərbaycanın ən böyük diplomatik qələbəsidir”
10-11-2020 [18:29]
“Bu atəşkəs razılaşması müstəqil Azərbaycan tarixinin ən böyük diplomatik qələbəsidir”.
Bunu ATƏT-in Minsk Qrupunun sabiq həmsədri, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza deyib.
O bildirib ki, Azərbaycan apardığı hərbi əməliyyatlar nəticəsində baza prinsipləri kimi qəbul edilən bütün istəklərinə nail olub və öz mövqeyini həm hərbi, həm də siyasi cəhətdən kəskin şəkildə gücləndirib: “Düşünürəm ki, bu razılaşma müstəqil Azərbaycanın diplomatik tarixində ən vacib razılaşmadır və əminəm ki, ən böyük diplomatik qələbədir. Bu, Azərbaycan rəhbərliyinin müdrikliyi nəticəsində baş verdi. Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev bu münaqişənin bütün gedişatı zamanı Azərbaycanın siyasi hədəflərinə uyğun davrandı. Prussiyanın böyük hərb nəzəriyyəçisi Karl fon Klauzevits bizə öyrədib ki, müharibə siyasətin digər vasitələrlə davamıdır. Müharibənin məqsədi insanları öldürmək və ya nələrisə dağıtmaq deyil. Məqsəd siyasi reallığı hədəfə çatmaq üçün öz lehinə dəyişdirməkdir. Beləliklə Azərbaycan müzakirələrin aparıldığı bu illər ərzində baza prinsipləri olaraq qəbul etdiyimiz istəklərinin hamısını əldə etdi. Ancaq Ermənistan bu prinsipləri qəbul etmək istəmirdi. Bildiyimiz kimi Paşinyan bu prinsipləri tərk etdiyini açıqlamışdı. Beləliklə imzalanan bu razılaşma ilə Azərbaycan bütün baza prinsiplərinə nail oldu. Üstəgəl Naxçıvan Muxtar Respublikasını Azərbaycanın digər əraziləri ilə birləşdirəcək yeni koridoru əldə etdi. Baza prinsipləri o idi ki, Azərbaycan 7 ətraf rayonu qaytarır və Dağlıq Qarabağın müqəddəratı müzakirələr vasitəsi ilə müəyyən edilir. Amma, indi həm Şuşa şəhərini saxlayaraq hərbi-fiziki gücünə görə, həm də siyasi gücünə görə Azərbaycan son dərəcə güclü bir mövqe ilə müzakirə aparacaq. Düşünürəm ki, Azərbaycan strateji təmkin göstərdi. Azərbaycan Şuşada dayanaraq azərbaycanlı və erməni əsgərlərin, mülki şəxslərin həyatlarını riskə atmadı və indi müharibənin ikinci mərhələsinə - siyasi mərhələsinə hazırdır. Ona görə də bu tarixi bir razılaşmadır. Mənə görə bu Azərbaycanın öz məqsədlərinə çatmasıdır”.
M. Brayza qeyd edib ki, hadisələrin gedişatı regionda həm Türkiyənin, həm də Rusiyanın mövqeyini gücləndirib. Sabiq səfirin sözlərinə görə, kommunikasiya xətlərinin bərpa edilməsindən sonra Ermənistanda Türkiyənin güclü iqtisadi təsiri müşahidə ediləcək: “Rusiyanın mövqeyi sülhməramlılara görə indi daha yüksək profillidir. Mən Minsk Qrupu həmsədri olduğum zaman həmsədrlər və həmsədr ölkələr arasında qeyri-formal, bizim centlmen razılaşması adlandırdığımız bir razılaşma var idi - sülhməramlılar qonşu ölkələrdən olmamalıdır. Bu, indi başqa cürdür və Rusiya belə qərar verib. Orada həmçinin Türkiyə sülhməramlılar ola bilər. Bu hələlik mənə məlum deyil. Mən həm də düşünürəm ki, Türkiyənin rolu dramatik şəkildə artıb. Sadəcə mümkün sülhməramlılara görə deyil, həm də kommunikasiya xətlərinin açılmasına görə. Bu o deməkdir ki, həm də Türkiyə ilə Ermənistan arasında kommunikasiya xətləri bərpa edilə bilər. Mən güman edirəm ki, Ermənistan və Türkiyə 2009-cu ildə əldə edilmiş münasibətlərin normallaşdırılması haqqındakı razılaşmanı tətbiq edə bilərlər. Onda biz Ermənistanda Türkiyənin çox müsbət iqtisadi nüfuzunu görə bilərik. Fürsətlər xüsusilə də Naxçıvanın Azərbaycanın qalan əraziləri ilə əlaqələndirilməsindən sonra mümkün olacaq. Beləliklə dinamika sürətlə dəyişəcək”/APA.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi