Kamran Əliyev BMT-nin İnsan Hüquqları üzrə Ali komissarına məktub göndərdi - Erməni təxribatları ilə bağlı
10-11-2020 [14:33]
Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyev BMT-nin İnsan Hüquqları üzrə Ali komissarı Mişel Baçeletə rəsmi məktub ünvanlayıb.
Baş Prokurorluqdan Mia.az-a verilən məlumata görə, Baş Prokuror bildirib ki, Ermənistan tərəfindən insan hüquqları və beynəlxalq humanitar hüququn normalarının, eləcə də BMT-nin Konvensiyalarının müddəalarının kobud şəkildə pozularaq Ermənistanın hərbi siyasi rəhbərliyi və diasporası tərəfindən xarici ölkələrin vətəndaşları olan erməni əsilli “könüllülər”in Azərbaycan Respublikasının ərazisində döyüş əməliyyatlarında iştirak etmələri üçün dəvət edilməsi və maliyyələşdirməsi müəyyən edilib.
Həmçinin diqqətə çatdırılıb ki, qanunsuz silahlı birləşmələrin və qrupların yaradılması bir çox xarici ölkələrin qanunvericiliyində olduğu kimi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində də cinayət əməlləri kimi qiymətləndirilir.
Bununla bağlı, Azərbaycan Respublikasına qarşı döyüş əməliyyatlarında Ermənistan tərəfindən tək və ya qrup şəklində iştirak edən bəzi muzdluların ad və soyadları, vətəndaşları olduqları ölkələrin siyahısı açıqlanıb.
Belə ki, Fransa vətəndaşları - Artur Ohanisyan, ASALA terror təşkilatının üzvü Gilbert Minasyan (onunla birlikdə adları istintaqa məlum olmayan 15 nəfər şəxs); “Zouaves Paris” ekstremist qrupunun lideri Mark de Kakkerey – Valmenir; Gürcüstan vətəndaşlığından artıq məhrum edilmiş Vaaqn Çaxalyan, İran İslam Respublikasının vətəndaşı Harmik Hovsepiyan, Belarusiya vətəndaşı Serov Sergey Valeriyeviç, ABŞ vətəndaşı Aruşan Badasyan və digərlərinin muzdlu kimi döyüş əməliyyatlarında iştirak etmələri məlum olub.
Həmçinin, Ermənistan işğalından azad edilmiş ərazilərə baxış keçirilən zaman aşkar edilmiş 2 meyit üzərində muzdluların etnik mənşəyini sübut edən işarələr aşkar edilib ki, bu və qeyd edilən digər faktlar muzdluların iştirakını bir daha təsdiq edib.
Göstərilən faktlarla bağlı Baş Prokurorluq tərəfindən Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanmış və hazırda həmin işlər üzrə istintaq davam etdirilir.
Eyni zamanda, Baş Prokuror Ermənistan silahlı qüvvələri tərəfindən qəsdən mülki əhalimizin hədəfə alınması və qadağan edilmiş fosfor bombalarından istifadə edilməsini xüsusilə qeyd edib.
Həmçinin, diqqətə çatdırılmışdır ki, hazırki vaxtadək “Skad” və “Smerç” raket qurğularından yalnız döyüş meydanında deyil, eləcə də mülki şəxslərə qarşı istifadə edilmiş, həmin faktlar “Human Rights Watch” və “Amnesty İnternational” nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən qeydə alınmaqla həmin əməllər “qəddar və ağılasığmaz” kimi qiymətləndirilib.
Noyabrın 7-də 16 yaşlı Şahmalı Rəhimovun Bərdə rayonuna növbəti mərmi atılması nəticəsində həlak olması və bununla da, həlak olan mülki şəxslərin sayının 93 nəfərə çatması vurğulanıb.
Qeyd edilib ki, Ermənistan həm döyüş meydanında, həm də münaqişə zonasından kənarda yerləşən Tərtər, Ağcabədi və Goranboy rayonlarını qadağan edilmiş və son dərəcə təhlükəli olan fosfor bombalarından 5 dəfə istifadə etməklə müxtəlif vaxtlarda atəşə tutub.
Baş Prokuror, həmin halları sübut edən ətraflı foto və videomaterialları təqdim etməklə, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarından göstərilən faktların gələcək bəyanat və hesabatlarında qeyd edilməsini və törədilmiş cinayətlərlə bağlı səlahiyyət çərçivəsində Ermənistan rəhbərliyinə qarşı tədbir görülməsini xahiş edib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi