Qarabağ icmasından erməni əsilli Azərbaycan vətəndaşlarına müraciət: "Sizin gələcəyinizin, təhlükəsizliyinizin təminatçısı olan Azərbaycan əsgərinə silah qaldırmayın"
09-11-2020 [17:59]
Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının sədri Tural Gəncəliyev erməni əsilli Azərbaycan vətəndaşlarına müraciət edib.
İcmadan Mia.az-a daxil olan müraciətdə deyilir:
“Hörmətli erməni əsilli Azərbaycan vətəndaşları!
Bilirəm ki, mənim sizlərə etdiyim müraciətləri çox diqqətlə izləyirsiniz. Bu məni sevindirir. Sonuncu müraciətimi böyük sayda erməni vətəndaşlarımız izlədi və sizlərdən çoxlu sayda ruhlandırıcı mesajlar, müraciətlər almışam. Çox şadam ki, erməni sakinlərimiz arasında çox sayda sülh, birgə yaşayış tərəfdarı olan şəxslər var. Mənə göstərdiyiniz bu diqqətə görə sizlərə təşəkkür edirəm!
Mənə etdiyiniz müraciətlərdən aydın olur ki, tezliklə sülhün bərqərar olmasını gözləyirsiniz. Sizlər kimi, Azərbaycan Respublikasının bütün vətəndaşları ərazi bütövlüyümüzün bərpasını və həm erməni, həm də azərbaycanlıların birgə sülh şəraitində yaşamağa başlamasını gözləyirlər.
Köhnə günlər çox yaxşı xatirimdədir. Şuşada və Xankəndində küçələrdə erməni və azərbaycanlıların bir-birinə qarışan gülüş səslərini unutmamışıq. Ağacların altında, çayxanalarda nərd oynayan qocaları unutmamışıq. Parklarda, kafe və restoranlarda təmiz dağ havasında zövq alaraq gəzişən insanları unutmamışıq. İdman yarışlarında həm erməni, həm azərbaycanlı idmançıların birgə iştirakını unutmamışıq. Bir-birimizin sevincinə və kədərinə şərik olduğumuz günləri də unutmamışıq.
Bilirəm ki, sizlər də unutmamısınız. Biz yenidən mehriban qonşular kimi yaşayacağıq. Erməni və azərbaycanlı uşaqlar yenidən birlikdə baxçaya, məktəbə gedəcəklər. Uşaqlar qarışıq komandalara bölünüb, məhəllələrdə futbol oynayacaqlar.
Həmin günləri yenidən bərpa etmək üçün bizim yeganə yolumuz Azərbaycan Respublikasının qanunları çərçivəsində birgə yaşamağımızdır. Bir daha sizlərdən xahiş edirəm ki, döyüşlərin getdiyi bölgələrdən uzaq durun! Hər bir insan həyatı bizim üçün dəyərlidir. Sizin gələcəyinizin, təhlükəsizliyinizin təminatçısı olan Azərbaycan əsgərinə silah qaldırmayın. Azərbaycan əsgərləri humanistdir. Sadəcə onlara güvənin. Onlar sizə toxunmayacaqlar. Azərbaycan Silahlı Qüvvələri mülki insanlara lazımi humanitar, tibbi dəstəyi göstərməyə hazırdır. Orduda xidmət edən övladlarınız varsa, onları geri çəkin.
Çalışaq ki, bu münaqişə tez bir zamanda, minimum itkilərlə başa çatsın və sülh bərqərar olsun. Elə olduqda, biz – Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni və azərbaycanlı sakinləri tez bir zamanda keçmişdə olduğu kimi, sülh şəraitində birgəyaşayışa nail olacağıq. Sizi əmin edirəm ki, Şuşadakı Qazançı kilsəsi və digər mədəniyyət abidələri bərpa ediləcək.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qeyd edildiyi kimi, bizim erməni xalqı ilə heç bir işimiz yoxdur. Bu müharibə sizin də əziyyət çəkdiyiniz Ermənistanın korrupsioner hərbi-siyasi rəhbərliyinə və qondarma kriminal xunta rejiminə qarşı aparılır”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi