Müdafiə Nazirliyində korrupsiya faktı: cinayət işi açıldı

img

21-11-2013 [19:54]


Müdafiə Nazirliyi üçün müvafiq tikinti işləri aparan bəzi şirkətlərin fəaliyyətində korrupsiya faktları aşkar edilərək barələrində cinayət işi açılıb.

Bu barədə Trend-ə hərbi mənbələrdən bildiriblər. Verilən məlumata görə, müdafiə naziri, genral-polkovnik Zakir Həsənovun əmri ilə nazirliyin Mənzil-İstismar İdarəsi ləğv edilib, idarənin rəisi polkovnik-leytenant Hafiz Əliyev isə xidmətini davam etdirmək üçün ixtisasına uyğun olaraq Naxçıvandakı hərbi birləşməyə göndərilib.

Bundan əlavə, nazirliyin müvafiq tikinti işlərini həyata keçirən bəzi şirkətlərin fəaliyyətində qanun pozuntuları aşkar edilərək barələrində cinayət işi açılıb. Onlar görülən işlərlə bağlı qiymətlərin süni şəkildə şişirdilb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA