Qarabağın işğaldan azad olunması Baydenin məsuliyyətini azaldacaq
09-11-2020 [14:26]
Son illər ABŞ-da prezident seçkisinin nəticələrinə şübhə ilə yanaşırlar.
Mia.az Report-a istinadla xəbər verir ki, , ABŞ-ın seçki sistemi dünyanın ən etibarlı seçmə forması sayılır. Bununla belə, namizədlərin seçkinin nəticələrinə şübhəli yanaşmaları və ya ondan narazılığı bu sistemin də günün tələblərinə cavab vermədiyini söyləməyə əsas verir.
ABŞ-da seçkinin nəticələrinə Seçənlər Heyətinin səsi həlledici təsir göstərir. Hazırda onların sayı 538 nəfərdir. Ştatlar üzrə say fərqlidir. Ən çox seçicisi olan əyalətin seçənlərinin sayı da çoxdur. Onlar səslərini ştat üzrə daha çox səs toplayan namizədə verirlər. ABŞ-da hər 10 ildən bir əhali siyahıya alınır. Bu, sonuncu dəfə 2010-cu ildə keçirilib. Belə siyahıya alınmaya əsasən, hansı ştatın Seçənlər Heyətinə nə qədər üzv verəcəyi də müəyyən edilir.
ABŞ-da prezident seçkisinin ən əhəmiyyətli cəhəti hər ştatdan əldə olunan nəticənin ümumi nəticədən üstün tutulmasıdır. Buna misal olaraq, 2000-ci ildə keçirilmiş seçkini göstərmək olar. Həmin siyasi kampaniyada Corc Uoker Buş 50 456 002 seçicinin, onun rəqibi Albert Qor isə 50 999 897 seçicinin səsini toplamışdı. Səslərin ümumi sayına əsasən, Qor qələbə qazansa da, 30 ştatda üstünlük əldə etmiş Buş prezident seçilmişdi.
Bu baxımdan, ümumi say çoxluğundansa ayrı-ayrı ştatlarda üstünlük qazanmaq namizədlər üçün daha önəmlidir. Oxşar hadisə 2016-cı ildə də baş verib. Onda mübarizə keçmiş dövlət katibi Hillari Klintonla hazırkı prezident Donald Tramp arasında gedib. Klinton ümumilikdə daha çox səs toplasa da, Seçənlərin daha çox səsini qazanmış Tramp prezident seçilib. Builki siyasi kampaniyada Demokratlar Partiyasından prezident olmuş Barak Obama və Hillari Klinton Cozef Baydenin namizədliyini dəstəkləyiblər.
59-cu prezident seçkisi Respublikaçılar Partiyasının nümayəndəsi, 45-ci prezident Donald Trampla Demokratlar Partiyasının lideri Cozef Bayden arasında keçirilib. Seçkidən, səsvermənin nəticələrinin böyük qismi elan edildikdən sonra hər iki namizəd - Tramp və Bayden seçiciləri qarşısında çıxış ediblər. Demokratların lideri qələbəsini ehtiyatla elan edərək, deyib: “Biz qələbəyə yaxınıq. Hər səs sayılacaq. Nəticədən razıyıq”.
Onun sözlərinə görə, səslərin sayılması bir az gecikə bilər. Bununla belə, demokrat namizəd nikbin ovqatda olduğunu da vurğulayıb. Baydenin seçki qərargahından əminlikə bildiriblər ki, səslərin sayılma prosesi başa çatdıqdan sonra onların namizədi qalib elan olunacaq.
Doğrudan da səslərin sayı ənəvi vaxtdan gec elan olundu. Bəlkə də ABŞ-ın müasir seçki tarixində bu, nəticəsi ən gec elan olunan siyasi kampaniyadır.
Tramp isə rəqibindən fərqli olaraq səsvermənin nəticələrinə etiraz etdi. O, saxtakarlıqdan yayınmaq üçün poçt vasitəsilə səsvermənin dayandırılmasını istədi. Tramp Ağ Evdə çıxışı zamanı seçkidə qələbəni bayram etməyə hazır olduğunu, ancaq “bir qrup"un dələduzluq etdiyini bildirdi. Respublikaçılar Partiyasının namizədi seçkidə qələbəsinin oğurlanmağa cəhd edildiyini söylədi: “Biz buna imkan verməyəcəyik. Mən Baydenin qələbə qazanmasından şübhələnirəm”.
O, çıxışında məhkəməyə müraciət edəcəklərini də vurğuladı: “Ali Məhkəmə vasitəsilə seçkidə qələbə qazandığımı sübut edəcəyəm”.
Yeri gəlmişkən, Baydenin seçki qərargahından da bildirilmişdi ki, bütün səsvermə bülletenlərinin məhkəmə yolu ilə yoxlanılmasının təmininə nail olmağa hazırdırlar. Seçənlər Heyətinin səsverməsinə əsasən, Cozef Baydenə 290 üzv və 75 mln 404 min 182 (53,9 faiz) seçici, Donald Treampa isə 214 üzv və 70 mln.903 min 094 (39,8 faiz) seçici səs verib.
Müxtəlif ştatlarda namizədlərin tərəfdarları səsvermənin nəticəsinə etiraz aksiyalar keçirdi. Bütün hallarda ABŞ-da 59-cu prezident seçkisi başa çatdı. Düzdür, Tramp seçki ilə bağlı bir neçə mitinq keçirəcəyini bildirib. Ancaq onun aksiyaları siyasi kampaniyanın nəticəsinə təsir etməyəcək.
Bu siyasi kampaniyada ştatların yeni, 46-cı prezidenti Cozef Bayden seçildi. Kamale Harris isə ABŞ-ın vitse-prezidenti oldu.
Yeni prezidentin kimliyi ABŞ-ın dövlət siyasətinə az təsir göstərir. Bayden Azərbaycanda “907 saylı düzəliş"in həmmüəlliflərindən biri kimi tanınır. Bu sanksiya o zaman müstəqilliyini yeni bərpa edən dövlət üçün çox ağır zərbə idi.
İqtisadi sanskiya ilə yanaşı, o vaxt ABŞ konqresi Azərbaycanı öz ərazilərini işğaldan azad etdiyi üçün “işğalçı” da adlandırılmışdı. Bu baxımdan ehtimal etmək olar ki, ötən 28 ildə Baydenin Azərbaycanın coğrafiyasını öyərənməyə vaxtı olub.
Bununla belə, diqqətin ABŞ-da kimin prezident olmasına deyil, ştatların dövlət siyasətinə yönəldilməsi daha məqsədəuyğundur. Çünki bu ölkədə dövləti sistem idarə edir, prezident bu sistemin təmsilçisi və sozçüsüdür. ABŞ-ın Cənub Qafqaz üzrə maraqları çətin dəyişə.Qarabağın işğaldan azad olunması isə ABŞ-ın məsuliyyətini azaldacaq...
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi