Azərbaycanın Moldovadakı Səfirliyində Şuşanın işğaldan azad olunması ilə bağlı tədbir keçirilib - FOTOLAR
09-11-2020 [12:00]
Cari ilin 8 noyabr tarixində Azərbaycanın Moldovadakı Səfirliyində Şuşanın erməni işğalından azad edilməsinə həsr edilmiş tədbir keçirilib.
Mia.az xəbər verir ki, tədbirdə Moldova sakinləri Səfirliyə toplaşaraq şanlı qələbə gününü qeyd ediblər.
Tədbirdə çıxış edən səfir Qüdsi Osmanov qədim şəhəri olan Şuşanın Azərbaycanın tarixində mühüm yerə malik olduğundan söhbət açaraq mədəniyyət, incəsənət və tarixin beşiyi sayılan Şuşanın işğaldan azad edilməsi münasibətilə tədbir iştirakçılarını təbrik edərək, bu qələbənin əldə edilməsində Ali Baş Komandan başda olmaqla müzəffər Azərbaycan Ordusuna təşəkkürünü bildirib, vətən uğrunda canından keçən şəhidlərimizə Allahdan rəhmət diləyib.
Eyni zamanda, səfir Q.Osmanov Moldovada yaşayan azərbaycanlıların bu qələbədən ruhlanaraq erməni icmasının təcavüzkar fəaliyyətinə qarşı daha da güclənməyə çağırmışdır. Səfir Ali Baş Komandanın polad yumruğunda səriştəli siyasi iradə, Azərbaycan əsgərinin gücü və xalqın birləşdiyini qeyd etmişdir. Nitqinin sonunda prezidentimizin sözlərini xatırladaraq bu yumruğun haqq yolunda dünyaya Azərbaycan həqiqətlərini çatdırmağa davam edəcəyini bildirib.
Moldovada azərbaycanlıların ağsaqqalı kimi tanınan iş adamı Firuz İsayev çıxışında Azərbaycanda aparılan uğurlu daxili və xarici siyasətin nəticəsi olaraq qələbə əldə edildiyini, dinindən, etnik mənsubiyyətindən və doğulduğu bölgədən asılı olmayaraq hər bir azərbaycanlının bir amal ətrafında sıx birləşdiyini dilə gətirmişdir. Şuşanın mədəniyyət ocağı olduğunu bildirərərək, hər bir azərbaycanlı gəncə Şuşa şəhərinə gedərək xalqımızın tarixi keçmişini öyrənməyə səsləmişdir.
Daha sonra tədbirdə iştirak edən türk iş adamı döyüşlərdə əldə edilən uğurlardan fərəh hissi duyduğunu və qardaş ölkələrəmizin hər zaman bir-birinə xoş və çətin günlərdə dəstək olmasının qürurverici olduğunu bildirmişdir.
Bundan əlavə, tədbir zamanı Şuşanın işğaldan azad edilməsinə həsr edilmiş tədbirində Moldovada yaşayaş azərbaycan diasporasının fəal üzvləri çıxış edərək xalqımızı, bütün həmvətənlərimizi qələbə münasibətilə təbrik edib.
Tədbirdə milli mətbəxə məxsus şirniyatlar təqdim edilmiş, həmvətənlərimiz xalqımızın birlik və vətənpərvərlik rəmzi olan qədim “Yallı”nın sədaları altında rəqs etmiş və tədbir qələbə atəşfəşanlığı ilə yekunlaşdırılıb.
Mia.az
allı”nın sədaları altında rəqs etmiş və tədbir qələbə atəşfəşanlığı ilə yekunlaşdırılmışdır.









Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi