21-11-2013 [16:30]
Məclisin sabahkı iclasının gündəliyinə dəyişiklik edilib. Belə ki, sabahkı gündəliyə iki məsələ də əlavə olunub. Milli Məclisin mətbuat katibi Akif Təvəkklüoğlunun Modern.az-a verdiyi məlumata görə, bunlar Hesablama Palatasının keçmiş sədri Heydər Əsədovun Azərbaycan Respublikası Hesablama Palatasının sədri vəzifəsindən azad edilməsi və Hesablama Palatasına yeni sədrin seçilməsi məsələləridir. Onun sözlərinə görə, bu iki məsələ Milli Məclisin noyabrın 22-də keçiriləcək iclasının gündəliyinə salınıb.
"Heydər Əsədovun başqa bir vəzifəyə təyin olunduğundan öz ərizəsi ilə Hesablama Palatasının sədrliyi vəzifəsindən azad edilməsi ilə bağlı Milli Məclisə müraciət edib. Onun bu müraciətinə ayın 22-də keçiriləcək iclasında baxılacaq”.
Akif Təvəkklüoğlu onu da bildirib ki, Hesablama Palatasına yeni sədrin təyin olunması da milli Məclisin sabahkı iclasında müzakirə olunacaq.
"O, ki, qaldı yeni sədrin təyin olunması ilə bağlı, bu məsılə də Milli Məclisin sabahkı iclasının gündəliyinə salınıb. Yəni bu məsələ Vüqar Tapdıq oğlu Gülməmmədovun Azərbaycan Respublikası Hesablama Palatasının sədri təyin edilməsi ilə bağlı məsələdir. Vüqar Tapdıq oğlu Gülməmmədov uzun müddət maliyyə sahəsində çalışmış çox təcrübəli bir insandır. Hazırda onun Hesablama Palatasının sədri seçilməsi ilə bağlı namizədliyi irəli sürülüb. Bundan əvvəl o, Azərbaycan Respublikası Hesablama Palatasında investisiyalara nəzarət şöbəsinin müdiri vəzifəsini daşıyıb. Bu sahədə çox təcrübəli və bacarıqlı işçi olduğu üçün onun namizədliyi irəli sürülüb. Sabahkı iclasda onun sədr seçilməsi ilə bağlı məsələyə baxılacaq”-deyə Akif Təvəkküloğlu bildirib.
A.Təvəkküloğludeyibki, Milli Məclisinsabahki iclasının gündəliyinə daha22 məsələ təklif olunub.
"Bu məsələlərdən birincisi 2014-cü ilin dövlət büdcəsi haqqında qanun layihəsi barədədir. Bir neçə gün parlamentdə 2014-cü ilin büdcə paketinə daxil olan sənədlər müzakirə olundu və vaxt verildi ki, verilən təkliflərə baxılsın və bu müddət ərzində dövlət büdcəsi ilə bağlı tam fikir formalaşdırılıb Milli Məclisin növbəti plenar iclasına çıxarılsın. Eyni zamanda gələn iclasın gündəliyinə büdcə zərfinə daxil olan "Dövlət Sosial Müdafiə Fondunun 2014-cü il büdcəsi haqqında” qanun layihəsi, "2014-cü il üçün yaşayış minimumu haqqında” qanun layihəsi, "2014-cü il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsi, "Milli Məcilisin 2014-cü il xərclər smetası haqqında” qanun layihəsi, "Hesablama Palatasının 2014-cü il xərclər smatası haqqında” qanun layisi salınıb”.
A.Təvəkküloğlu 22 noyabr iclasında bir sıra qanun layihələrinin də iclasın gündəliyinə təklif olunduğunu bildirib.
""İctimai təşkilatçılıq haqqında” qanun layihəsinin üçüncü oxunuşu, ""Sərhəddən keçən və beynəlxalq göllərin mühafizəsi və istifadəsi haqqında” Konvensiyaya düzəlişlərin təsdiq edilməsi haqqında qanun” layihəsi bu sıradandır. Eyni zamanda Mülkü Məcəlləyə, "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanuna, İnzibati Xətalar Məcəlləsinə, "Patent haqqında” qanuna, "Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” qanuna, "Vergi Məcələsi haqqında”, "Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanuna, "Dövlət rüsumu haqqında” qanuna, "Sosial sığorta haqqında” qanuna, "Kənd təsərrüfatı məhsulları istehsalçılarına müddətli vergi güzəştlərin verilməsi” haqqında qanuna, Milli təhlükəsizlik orqanlarının 95 illiyinə dair 1919-2014-cü illər yubiley medalının təsis edilməsi əlaqələdar "Azərbaycan Respublikası orden və medallarının təsis edilməsi haqqında” qanuna dəyişiklik nəzərdə tutulur. Bundan əlavə, "Bələdiyyələrin ərazi və torpaqları haqqında” qanuna əlavə edilmiş bələdiyyələrin siyahısına dəyişiklər nəzərdə tutulub və "Xaçmaz rayonun Xraxoba kəndinin Talıblı adlandırılması haqqında” qanun layihəsinə baxılacaq”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi