Zakir Həsənov daha bir generalı istefaya göndərir

img

21-11-2013 [15:54]


Yaxın vaxtlarda Müdafiə Nazirliyində daha bir kadr islahatının həyata keçiriləcəyi gözlənilir. "Qafqazinfo”ya daxil olan xəbərə görə, yeni nazir Müdafiə Nazirliyinin Hərbi Tibb İdarəsinin rəisi general-mayor Natiq Əliyevi də istefaya göndərməyə hazırlaşır. Əldə etdiyimiz məlumata əsasən, hazırda məzuniyyətə göndərilən Natiq Əliyevin məzuniyyətdən dönən kimi, vəzifəsindən uzaqlaşdırılacağı gözlənilir. Artıq onun yerinə kimin gətiriləcəyi də müəyyənləşib.

Qeyd edək ki, əvvəllər Ordu İdman Klubunun rəisi olan və il yarım bundan əvvəl Hərbi Tibb İdarəsinin rəisi təyin edilən Natiq Əliyevə bu ilin iyun ayının 26-da general-mayor rütbəsi verilmişdi.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA