Baş Prokurorluqda Kollegiya iclası keçirilib - Nələr müzakirə olunub? + FOTO
06-11-2020 [15:52]
Noyabrın 6-da Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə mövcüd şəraitdə prokurorluq orqanlarının, o cümlədən işğaldan azad edilmiş rayonların prokurorluqlarının fəaliyyətinin gücləndirilməsi, prokurorluq orqanlarında başlanmış və istintaq aparılan cinayət işlərinə və işin təşkilinə dair digər məsələlərə həsr olunmuş Kollegiya iclası keçirilib.
Baş Prokurorluqdan Mia.az-a verilən məlumata görə, iclasdan öncə Vətən torpaqlarının azadlığı uğrunda şəhid olmuş hərbi qulluqçularımızın və mülki vətəndaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, döyüşlərdə yaralananlara və xəsarət almış şəxslərə şəfa dilənib.
İclasda cari ilin 27 sentyabr tarixində erməni hərbi birləşmələrinin genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi intensiv atəşə məruz qoymalarına cavab olaraq Ali Baş Komandan cənab İlham Əliyevin əmrilə işğalçı Ermənistana qarşı bütün cəbhə boyu genişmiqyaslı əks-hücum əməliyyatına başlanmaqla qısa müddət ərzində qəhrəman ordumuzun əzmi və şücaəti nəticəsində Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı şəhərləri və Hadrut qəsəbəsi də daxil olmaqla ümumilikdə 200-dən artıq yaşayış məntəqələrinin işğaldan azad edilməsi, döyüş əməliyyatlarının gedişində düşmən ordusuna endirilən sarsıdıcı zərbələr nəticəsində, düşmənin çox sayda canlı qüvvə və texnika itirərək geri çəkilmək məcburiyyətində qalması vurğulanıb.
Dövlət başçısının müvafiq fərmanı ilə ölkəmizdə hərbi vəziyyət elan olunması ilə əlaqədar prokurorluq orqanlarının qarşısında duran vəzifələrin önəmi diqqətə çatdırılmaqla Ermənistan silahlı birləşmələrinin beynəlxalq hüquqla qəbul edilmiş normaları kobudcasına pozaraq münaqişə zonasından kənarda yerləşən yaşayış məntəqələrimizi atəşə tutması, dinc mülki əhaliyə qarşı törədilmiş sülh və insanlıq əleyhinə, müharibə, eləcə də digər cinayətlərlə əlaqədar başlanmış 51 cinayət işi üzrə təqsirli şəxslərin məsuliyyətə cəlb olunmaları üçün mümkün olan zəruri tədbirlərin görülməsinin, aidiyyəti qurumlarla birlikdə bütün hüquqi mexanizmlərdən istifadə edilməklə beynəlxalq təşkilatlara müraciətlər olunmasının vacibliyi qeyd edilib.
Eyni zamanda, ölkə başçısının “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” 29 oktyabr tarixli Fərmanından irəli gələn vəzifələrin icrasının təmin olunması məqsədilə Baş Prokurorluğun İstintaq idarəsində başlanmış cinayət işi üzrə aidiyyəti qurumlarla birlikdə erməni vandalizmi nəticəsində planlı şəkildə talan edilmiş, dağıdılmış tarixi, dini-mədəni abidələrə və digər əmlaklara dəymiş ziyanın müəyyən edilməsi məqsədilə zəruri göstərişlər verilib.
İclasda işğal olunmuş ərazilərdə erməni silahlı qüvvələrinin tərkibində digər ölkələrdən cəlb edilmiş muzdlu şəxslərin döyüş əməliyyatlarında iştirak etmələri, həmçinin xarici ölkələrin konkret şirkətlərinin ekologiya və yerin təkinin istismarı qaydalarının kobud şəkildə pozulması ilə nəticələnən qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaları faktları ilə bağlı cinayət işləri üzrə hərtərəfli və intensiv istintaq-əməliyyat hərəkətlərinin yerinə yetirilməsinə dair tapşırıqlar verilib.
Bundan başqa, Ermənistan silahlı qüvvələrinin və qanunsuz erməni hərbi birləşmələrinin ordumuza qarşı törətdiyi cinayətlərlə əlaqədar Hərbi Prokurorluğun İstintaq idarəsində başlanmış 4 cinayət işi üzrə döyüş şəraitində mümkün olan bütün zəruri istintaq hərəkətlərinin aparılmasının zəruriliyi vurğulanıb.
İclasda həmçinin, silahlı qüvvələrimizin apardığı əməliyyatlarla bərabər vətəndaşlarımızın sağlamlığının qorunması məqsədilə yeni növ koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikası ərazisində yaratdığı təhlükələrin qarşısının alınması ilə bağlı prokurorluq orqanları tərəfindən həyata keçirilən cinayət təqibi və digər tədbirlər müzakirə edilməklə müvafiq göstərişlər verilib.
Aparılmış müzakirələr ətrafında Baş prokurorun birinci müavini Elçin Məmmədov, Baş prokurorun müavini-Azərbaycan Respublikasının Hərbi prokuroru Xanlar Vəliyev, Naxçıvan Muxtar Respublikasının prokuroru Səbuhi Şahverdiyev, Baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Nazim Rəcəbov, Bakı şəhər prokuroru İlqar Abbasov və digər Kollegiya üzvləri çıxış edərək gündəlikdə duran məsələlərə dair təkliflərini bildiriblər.
Kollegiya iclasında qeyd edilənlərlə yanaşı işin təşkilinə dair digər məsələlər üzrə də faydalı müzakirələr aparılmaqla müvafiq qərarlar qəbul edilib.
İclasa yekun vuran Baş prokuror Kamran Əliyev Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun qazandığı uğurların ölkə başçısının həm siyasi, hərbi, diplomatik, həm də iqtisadi sahədə apardığı məqsədyönlü fəaliyyətinin nəticələri olduğunu diqqətə çatdırmaqla prokurorluq orqanlarının üzərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəyinə əminliyini ifadə edib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi