Kərəm Həsənova 3 milyonluq rüşvət ittihamı - Rəsmi sənəd

img

21-11-2013 [10:29]


"Yeni Müsavat" qəzetinin 15 noyabr tarixli sayında "Kərəm Həsənovu bitirəcək məxfi dosye əlimizdə” başlıqlı manşet yazısından narazı qalan qarşı tərəflərdən biri 3 gün müddətində təkzib verilməzsə, qəzeti məhkəmə ilə hədələyib.

Yada salaq ki, yazıda söhbət Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun rəhbərliyi ilə dəyəri 7 milyon dollar və daha çox olan layihə üzrə saxta tenderdən və daha sonra alınan pulların bölüşdürülməsindən gedir. 

Yazı dərc ediləndən bir neçə gün sonra "Kutlubey Harita İnşaat Mühendislik Sanayi Ticaret” Anonim Şirkətinin Bakı ofisinin rəhbəri Mustafa Çakır mediaya müraciət edərək sözügedən yazının şirkətin işgüzar nüfuzuna xələl gətirdiyini bildirib. (Bu müraciəti tam olaraq dərc etmişik - Red.)

"Kutlubəy” şirkətinin Azərbaycandakı projesinin ortağı Türkmən Çayır məsələ ilə bağlı "Yeni Müsavat”a bunları deyib: "Mən Türkiyədə turizm və inşaat sektorunda fəaliyyət göstərirəm. Azərbaycanda bu tenderin udulmasına qədərki bütün mərhələlər haqqında yetərincə bilgim var. Bu projenin bütün xərclərinə də şərikəm. Azərbaycanda Kadastr İdarəsinin rəisi Ramiz Quliyev də daxil olmaqla, məsələ ilə bağlı bütün danışıqlar, yazışmalar, rəsmi və qeyri-rəsmi ödəmələrlə bağlı bilgim var. Biz Ramiz bəylə layihə haqqında söhbət başlayan gündən indiyə qədər birlikdə hərəkət etmişik. İndi Ramiz Quliyev və Altan Çətinkaya məni layihədən kənarlaşdırmaq düşüncəsindədirlər. Mən də təbii olaraq bu məsələyə etirazımı bildirirəm. Onlara çatdırmaq istəyirəm ki, indiyə qədər Azərbaycanda olan razılaşmaların bir qismini açıqlamaq fikrindəyəm. Əgər bu şəxslər iddialarında davam edərlərsə, bütün sənədləri, telefon danışıqlarını, yazışmaları günbəgün, saatbasaat açıqlamaq məcburiyyətində qalacağam. Tenderin udulması üçün konkret kimlərlə danışıqlar aparıldığını, rüşvətin miqdarını, nazir başda olmaqla digər şəxslərə bu rüşvətdən nə qədər pay düşdüyünü açıqlayacağam. Bir məsələni də deyim ki, ”Kutlubəy"in Bakı ofisinin rəhbəri Mustafa Çakırın bu məsələ ilə bağlı söylədikləri yetərli deyil. O, bu məsələləri bilmir, çünki şirkətin sıradan işçisidir. Layihə 2 il öncə başlayıb Çakır isə şirkətdə 7 aya yaxındır işləyir. Ürəklidirlərsə, Altan Çetinkaya çıxıb mənim iddialarıma cavab versin. Mustafa Çakır davam edərsə, ciddi bir sıxıntı yaşayacaq, ona görə ona geri çəkilməyi məsləhət görürəm. Bu məsələdə danışa biləcək şəxs Altan Çətinqayadır". 

Layihənin ortağı Türkmən Çayır "Yeni Müsavat”a tender elan ediləndən sonra Türkiyəli iş adamları ilə Azərbaycan tərəfin internet yazışmasının bəzi hissələrini də göndərib. Burada söhbət görülən işə görə alınan pulun rüşvət olaraq necə bölüşdürülməsindən gedir. T. Çayır faktiki olaraq, dövlət sifarişi olan bir layihənin vəzifəli məmurlar arasında necə pay-püş edilməsinin "xəritəsi”ni aşkarlayır. Elektron məktubları olduğu kimi təqdim edirik:

****

I elektron məktub

"İşin adı ... Sumqayıt şəhəri daşınmaz əmlakın elektron kadastr məlumat bazasının yaradılması.

İş verən... Dövlət Əmlak Komitəsi

İşi alan ... "Kutlubey” Haritacılık A.Ş (Altan Çetinkaya)

İşin dəyəri 2 840 000 USD

Nazir Kərəm Həsənov 23% = 653 000 USD

Nazir müavini Rüstəm Şahbazov 20 % = 568 000 USD

(Bu məqamda T. Çayır izahat yazır -"Daşhcad" Azərbaycan firması podratçı təşkilat kimi "Kutlubey” fırmasına iş götürüldüyü göstərilərək, Rüstəm bəyə bu məbləği ödəyir. "Daşhcad” firmasının müdiri Zeydüllah adlı bir şəxsdir)

Aparat rəhbəri... İlqar Həbiyev - 100 000 USD

Kadastr İdarəsinin direktoru ... Ramiz Quliyev 100 000 USD

T.Çayırın qeydi: "Kutlubey” firmasını və Altan Çətinqayanı nazir (söhbət Kərəm Həsənovdan gedir), nazir müavinləri ilə tanış edən rüşvətin alınmasını, bölüşdürülməsini təşkil edən Ramiz Quliyevdir.

Açıq keçirilən tender kimi görünsə də layihə üçün elan edilən tenderə qatılan digər şirkətlərin təklif etdiyi qiymətlər öncədən Altan Çətinqayaya verilib və "Kutlubey” fimasının təklif etdiyi qiymət həmin sənədlərə əsasən hazırlanıb. Ramiz Quliyevdən bu məsələ soruşulanda deyir ki, K. Həsənov belə istəyir".

****

II elektron məktub, Ramiz Quliyev yazıb:

"Bakı şəhərinin mərkəzi - Səbayel rayonu və beş rayon

Yeni tender eyni qayda ilə (yəni tenderdə iştirak edən digər şirkətlərin sənədləri öncədən qanunsuz olaraq "Kutlubey” Haritaçılık A.Ş.-ya verilməklə -"YM".) "Kutlubey” Haritaçılık A.Ş.-ya verildi.

Layihənin dəyəri 5 390 000 manat

7 000 000 USD-luq pay və avanslar yenə eyni qaydada alındı və paylandı.

Ramiz Quliyev"

Elektron məktubun sonuna əlaqə telefonları əlavə edilib.

TELEFON: 412 537 12 36

050 245 35 20

050 380 76 25

musavat.com


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA