Əsir düşən erməni pastor: "Allah istəyir ki, biz sülh və əmin-amanlıqda yaşayaq”
06-11-2020 [12:26]
Bu gün Bakıdakı Yeddinci Günün Adventistləri Dua Evində Azərbaycana əsir düşmüş Ermənistanın Gümrü şəhəri Adventist kilsəsinin pastoru Hovsep Saakyan Araratoviçlə görüş keçirilib.
Tədbirdə əvvəlcə dua edilib.
Tədbirdə çıxış edən Bakıdakı Yeddinci Günün Adventistləri İcmasının pastoru Elşən Cabbarov deyib ki, Allah müharibənin olmağını istəmir: “O, həmişə sülhün tərəfdarıdır. Allah istəmir ki, kimsə həlak olsun. Biz bunu Allahın kəlamında da oxuyuruq. Allah deyir ki, nə bəxtiyardır sülh yaradanlar. Çünki sülh vasitəsilə biz yaşaya bilərik”.
Daha sonra yenidən Bakıdakı Yeddinci Günün Adventistləri İcmasının pastoru Elşən Cabbarov və Gəncədəki Yeddinci Günün Adventistləri İcmasının pastoru Elşən Səmədov birlikdə dua ediblər.
Tədbirdə çıxış edən Azərbaycana əsir düşmüş Ermənistanın Gümrü şəhəri Adventist kilsəsinin pastoru Hovsep Saakyan Araratoviç bildirib ki, biz sülhdə yaşamalıyıq: “Allah müharibəni istəmir. Mən həmişə istəmişəm ki, erməni və Azərbaycan xalqı birlikdə sülh şəraitində yaşasın. Mən çox şadam ki, Allah möcüzəli şəkildə mənim həyatımı qoruyub, saxlayıb və hazırda burdayam. Mənə hərbi komissarlıqdan zəng gəlib dedilər ki, müharibədə iştirak etməlisən. Mən dedim ki, Adventist kilsəsinin pastoruyam və əlimə silah götürüb heç kimi öldürə bilmərəm. Dedilər ki, bunun heç bir əhəmiyyəti yoxdur. Allah mənə yeni bir imkan verdi. Mən burda Azərbaycanın Yeddinci Günün Adventistləri ilə birlikdə olmaqdan məmnunam. Mən Azərbaycan və erməni xalqını sülhə çağırıram. Allah istəyir ki, biz sülhdə və əmin-amanlıqda yaşayaq”.
O həmçinin qeyd edib ki, Ermənistanda orduya çağırılan zaman mənim dediklərimə məhəl qoymadılar və dedilər ki, cəbhədə olmalısan: “Mən qərara gəldim ki, insanları öldürməyəcəm və insanları xilas edəcəm. Bu baş verdi və mən bir nəfər yaranmış şəxsə kömək etdim”.
Hovsep Saakyan Araratoviç erməni xalqını qan tökməyi dayandırmağa və sülhə gəlməyə çağırıb: “Mən imanlı insan kimi həmvətənlərimə müraciət edib deyirəm ki, əllərinə silah götürməsinlər və döyüşə getməsinlər. Çünki həmin ərazilər bizim ərazi deyil və biz başqa ölkənin ərazisində vuruşuruq. Mənimlə birlikdə 60 nəfər idi və dəqiq deyə bilərəm ki, onlar da döyüşmək istəmirdilər. Onlar öz evlərinə qayıtmaq istəyirdilər. Mənim 9 aylıq qızım var. Necə ki, mən qızımı görmək istəyirəm, onlar da öz övladlarını görmək istəyir”.
O, daha sonra Bakıda saxlanma şəraitindən danışıb: “Məni bura gətirəndə hospitala göndərdilər. Burda mənə paltar və yemək verdilər. İndi mənim yeməyə yeməyim var. Hər şey var və buna görə minnətdaram”/Report.
Azərbaycana əsir düşmüş Ermənistanın Gümrü şəhəri Adventist kilsəsinin pastoru Hovsep Saakyan Araratoviç Bütün Ermənistanın katalikosu İkinci Qaraginin müharibə çağırışına münasibət bildirib.
O, İkinci Qaraginin çağırışı ilə razı olmadığını bildirib: "Çünki dinimiz bunu qadağan edir. Allah müharibə istəmir. Bütün məsuliyyət bu çağırışı edənlərin üzərində qalır”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi