Deputat: "Bu tarixi şansı heç kim əldən buraxmaz"
05-11-2020 [18:38]
Mia.az Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevin Moderator.az-a müsahibəsini təqdim edir:
- Qüdrət bəy, niyə insanlarımız çox böyük tələskənliklə Qarabağın sürətlə işğaldan azad olunmasını istəyir? Hökumət isə, əksinə, vətəndaşlarımızı bir az səbrli olmağa çağırır.
- İnsanlarımızın tələsməsinin əsas səbəbi odur ki, xalqımız bu müharibəyə təkcə torpaqlarımızın işğaldan azad olunması kimi yox, Prezidentin dediyi kimi, həm də milli qürur məsələsi kimi baxır. Onlar 30 il gözləməkdən yorulublar. İkincisi, beynəlxalq siyasi konyukturanın dəyişəcəyindən qorxurlar. Narahatdırlar ki, Azərbaycanı hansısa yollarlara dayandıra bilərlər. Bura Ermənistanın altdan-altdan müsair silahlarla təchiz olunması, dünyanın müxtəlif ölkələrindən daha çox peşəkar muzdlunun erməni tərəfdən döyüşlərə cəlb olunması da daxildir.
Hökumət isə fərqindədir ki, yaxşı hazırlaşmadan hücumlar etsək, daha çox itki verərik. Həm də nəticə bizi qane etməz, istədiyimizə nail ola bilmərik. Hər bir əsgər və zabitimizin həyatı Ali Baş Komandan üçün əzizdir və dəyərlidir. Həm də görünən odur ki, hökumət həm düşmən ordusunda tam demoralizə prosesinin getdiyini görür, həm də regiona ciddi təsir edə biləcək dövlətlərin sonrakı davranışlarından ciddi narahatlıq keçirmir.
- Etiraf edək ki, "bağlı qapılar arxasında əldə olunmuş razılaşmalardan artığını etməyəcəyik" kimi fikirlər də dolaşmaqdadır.
- Bu tipli razılaşmanın olmasına inanmıram. Əgər belə bir razılaşma varsa, ona ciddi əməl edilməli, yaxud vəziyyətin dəyişməsi səbəbi ilə yenidən müzakirə olunmalıdır. Amma istəyirəm hər birimiz elə düşünməyək ki, başqası ölkəmizi, ərazi bütövlüyümüzü bizdən az istəyir.
Əks-hücum əmrini Ali Baş Komandan verib. İşğalçılar haqqında da ən sərt sözləri o işlədib və onlar qarşısında ən sərt tələblər qoyub. Dəfələrlə bəyan edib ki, işğalçı ordunun axırıncı əsgəri Azərbaycan ərazisindən çıxmayana qədər bizi heç kim dayandıra bilməz. Hər birimiz Prezidentin xalqımızla birlikdə qələbələrimizə necə sevindiyini görürük. Amma hamı bir şeyi bilməlidir ki, hər bir halda torpaqlarımızı işğaldan azad edəcəyik. Bu tarixi şansı heç kim əldən buraxmaz.
Bundan başqa arxamızda Türkiyə kimi qüdrətli ordusu olan ölkə dayanır. Biz Türkiyəyə də sona qədər güvənməliyik. Ona görə də istəyirəm ki, xalqımız emosiyaları ilə Prezidentimizə təsir edib, zamanından tez, tələsik qərarlar qəbul etməyə sövq etməsin. Ordumuz çətin relyefi olan dağlıq və meşəlik bir ərazidə döyüş aparır, torpaqlarımızın hər metrini qan tökməklə azad edir, misli görünməmiş rəşadət və qəhrəmanlıq göstərir. Bir az qabağa da baxmaq lazımdır. Zaman verməklə və növbəti qələbələrimizlə Ermənistanda siyasi böhranı dərinləşdirib, növbəti mərhələdə müharibənin nəticələrini masa arxasında rəsmiləşdirməyi də asanlaşdırmalıyıq. Prezident uzun illər bu günə hazırlaşıb, apardığı siyasi və struktur islahatları çərçivəsində möhkəm milli həmrəyliyə nail olub. Diplomatiya müstəvisində və informasiya savaşında ciddi nailiyyətlər əldə olunub. Ən başlıcası isə hadisələrin gedişi də göstərir ki, haqq və ədalət uğrunda savaşdığımız üçün Allah da bizimlədir. Allah köməyimiz olsun!
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi