Səfir Qüdsi Osmanov Moldova mətbuatına danışdı: “30 ildir ermənilər Qarabağdakı məscidlərdə donuz saxlayır"
05-11-2020 [13:24]
Moldovanın bir sıra aparıcı KİV-də Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanovun “Qarabağda 30 ildir ki, Azərbaycan məscidlərində donuzlar saxlanılır" adlı məqaləsi dərc olunub.
Mia.az-ın məlumatına görə, məqalədə deyilir ki, Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində 1988-ci ilədək təxminən 403 tarixi və dini abidə: məscidlər, məbədlər, ziyarətgahlar var idi. İlk öncə, son 30 ildə ermənilər İslam dini abidələri: məscidləri, məqbərələri və s. məhv edib. Belə ki, 67 məsciddən 63-ü tamamilə, 4-ü qismən dağıdılıb.
“Yalnız beynəlxalq təşkilatların təzyiqi nəticəsində Ağdamdakı Cümə məscidinin, Aşağı Gövhər Ağa və Yuxarı Gövhər Ağa məscidlərinin və Şuşadakı Saatlı məscidinin divarları bütöv saxlanılıb. Lakin onların içərisində donuz və mal-qara saxlanılır, bu da ermənilərin ədəbsizliyi və azərbaycanlılara nifrətinin göstəricisidir”, - yazıda deyilir.
Bundan əlavə yazıda vurğulanır ki, işğal olumuş ərazilərdə bir çox məbədlər Qriqoryan kilsələrinə çevrilib və erməniləşdirilib. Eyni zamanda qeyd olunur ki, çay, göl, kənd və şəhər adları da dəyişdirilərək, erməniləşdirilib. “İslama aid tarixi abidələrin ermənilər tərəfindən amansızlıqla məhv edilməsinin səbəblərindən biri də üzərində müsəlman epiqrafiyası olan yazıların olmasıdır. Bu fakt dini abidələrin erməniləşdirilməsinə əngəl yaradır, və onların Azərbaycana məxsus olmadığı kimi təqdim etməyi və bu torpaqların həmişə ermənilərə məxsus olduğunu söyləməyi mümkünsüz edir”,- məqalədə deyilir.
Sonda qeyd olunur ki, Ermənistanın Azərbaycan xalqının mədəni irsini məhv etməyə və saxtalaşdırmağa yönəlmiş fəaliyyəti bütün bəşəri mədəniyyətə təcavüzdür. “Erməni vandalları bu hərəkətlərinə görə cavab verməli, cəzalandırılmalı və dünya ictimaiyyəti bu faktı diqqətdən kənarda qoymamalıdır”,-yazıda bildirilir.
Məqalə timpul.md, ava.md, tribuna.md, ipn.md saytlarında dərc olunub.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi