Qurban Yetirmişli: “İmişlidəki zəif zəlzələdən sonra təxminən 27 xırda təkan olub"
05-11-2020 [12:19]
Oktyabrın 30-da Türkiyənin İzmir şəhərində 6,6 bal gücündə baş verən zəlzələ böyük dağıntılara səbəb olub. Zəlzələ nəticəsində çoxlu sayda adam həyatını itirib və xəsarət alıb. Daha sonra noyabrın 3-də Xəzər dənizində, noyabrın 4-də isə İmişlidə zəif hiss olunan zəlzələ baş verib. Bu isə insanlarda müəyyən narahatlıq yaradıb.
Məsələ ilə Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) direktoru Qurban Yetirmişli bildirib ki, bu il ərzində Azərbaycanda təxminən 4000-ə qədər zəlzələ olub: “Elə bir gün olmur ki, bizdə zəlzələ olmasın, gündə təxminən 25-30 zəlzələ olur. Bunların da içərisində indiyə qədər 18-i zəif hiss olunan olub. Yer daxilində bu proseslər həmişə gedir. Hiss olunmayanlar cihazlar tərəfindən qeydə alınır. Rixter cədvəli ilə maqnitudası 3 baldan yuxarı olan zəlzələlər barədə həm özümüzdə məlumat yayırıq, həm də əməkdaşlıq etdiyimiz xarici qurumlara bildiririk. Dünən İmişli ərazisində qeydə alınan zəlzələ episentirdə 4 bala, ətraf rayonlarda isə 3 bala qədər hiss olunub. İki gün əvvəl Xaçmazda hiss olunan zəlzələ də Xəzər dənizində olmuşdu. Zəlzələ Xəzərin Dağıstan hissəsinə düşmüşdü, biz qonşu, həmsərhəd olduğumuz ölkələrdə olan və hiss etdiyimiz zəlzələlər barədə də məlumat veririk. Amma qorxulu heç bir şey yoxdur”.
Q.Yetirmişli deyib ki, oktyabrın 30-da Türkiyənin Egey dənizində, İzmirdə olan zəlzələ isə güclü zəlzələ idi: “Bizdə dünənki zəlzələnin maqnitudası 4,2, İzmirdəki zəlzələdə isə 6,6 olub. Oradakı zəlzələni ballığa çevirəndə episentrdə təxminən 8 və 8-dən yuxarıdır. Bizdə baş verən zəlzələnin dərinliyi 52 km-dir, İzmirdə baş verən zəlzələnin dərinliyi isə 12-14 km dərinlikdə olub. Zəlzələ nə qədər dərinlikdə olursa, yer səthindəki dağıntılar da o qədər az olur. İzmirdə olan zəlzələnin Azərbaycana heç bir aidiyyəti yoxdur, məsafə etibarı ilə də bizdə o zəlzələ hiss olunmayıb. İzmirlə Azərbaycan arasında təxminən 2000 km-ə qədər məsafə var. İzmirdə baş verən zəlzələdəki tektonik qırılmalar ilə bizdəki qırılmalar geoloji nöqteyi-nəzərdən götürdükdə tamam başqa-başqa şeylərdir. Onun bura təsiri yoxdur və Azərbaycanda son günlər hiss edilən zəlzələlər İzmirdəki zəlzələnin əks-sədası deyil”.
RSXM direktoru qeyd edib ki, Azərbaycanda zəlzələ sayında artım yoxdur: “Dünən İmişlidəki zəif zəlzələdən sonra təxminən 27 xırda təkan olub, heç biri də hiss olunmayıb, sadəcə cihazlar tərəfindən qeydə alınıb. Zəlzələlər seysmik qurşaqlarda olur. Azərbaycan Alp-Himalay seysmik qurşağında yerləşir, bu qurşaq Alp dağlarından tutmuş Himalay dağlarına qədər gedib çıxır. Bu, böyük seysmoloji qurşaqdır. Türkiyənin şərqindən qərbinə doğru, Egey, Mərmərə dənizində çoxlu sayda zəlzələ ocaqları var. Orada da plitələrin hərəkəti, tektonik qırılmalar, blokların, plitələrin parçalanması olur, bu zaman zəlzələ baş verir və dalğa kimi səthə yayılır. Bundan əlavə, Sakit okean, Atlantik okeanı seymoloji qurşaqlarında çox güclü zəlzələlər, tektonik proseslər olur. Orada plitələrin hərəkəti, onların bir-biri ilə toqquşması, okeanik plitənin quru kontinental plitənin altına doğru hərəkəti və s. olur. Yaponiyada da bu cür güclü zəlzələlər olur”/APA.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi