Iran vətəndaşına Binəqədi polisində işgəncə verilib? - Münasibət

img

20-11-2013 [12:26]


Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Sadiq Gözəlov İran İslam Respublikasının vətəndaşı Həsən Fərəcinin Bakının Binəqədi rayonunda yerləşən İnzibati Həbs Olunanların Saxlanma Yerində işgəncələrə məruz qalması haqda xəbərə münasibət bildirib. 

Mətbuat xidmətindən "Qafqazinfo”ya daxil olan xəbərdə bildirilir ki, S. Gözəlov açılamasında deyib ki, Həsən Fərəcinin  guya işgəncələrə məruz qalması barədə İranın "Aran" agentliyi tərəfindən yayılan və ölkəmizdəki bəzi KİV-lərdə getmiş məlumatların heç bir əsası yoxdur: "Araşdırmalar zamanı Həsən Fərəci izahatında saxlanma şəraitindən, ona olan münasibətdən narazılığının olmadığını, burada saxlandığı müddətdə özünə qarşı hər hansı təzyiqin, işgəncənin, şərəf və ləyaqətinin alçaldılmasına yönələn hərəkətlərin baş vermədiyini bildirib. 

Onu da qeyd etməliyəm ki, məlumatda verilmiş və Həsən Fərəci olduğu iddia edilən fotoşəkil də qondarmadır, ona aid deyil və qəsdən oxucunu aldatmağa yönəlmiş cəhddir. 

Bir məsələyə də aydınlıq gətirmək istəyirəm. Bu dezinformasiya yayılana qədər Həsən Fərəci ilə göruş üçün nə müdafiəçisi, nə də yaxınları tərəfindən polis orqanlarına heç bir müraciət daxil olmayıb. Belə bir müraciət olunarsa, mövcud təlimata uyğun olaraq onunla görüşlərin keçirilməsi təmin edilər”


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA