"Azercell" Azərbaycanı beynəlxalq aləmdə növbəti dəfə tanıdıb
03-11-2020 [18:10]
Azərbaycan üçün tarixi və son dərəcə əhəmiyyətli olan dönəmdə, tək cəbhədə yox, həmçinin informasiya məkanında da güclü mübarizənin getdiyi zamanda “Azercell” şirkəti Azərbaycanın beynəlxalq aləmdə növbəti dəfə tanıdılmasına nail olub.
Şirkətdən Mia.az-a verilən məlumata görə, belə ki, Orta Asiyada marketinq, reklam və kommunikasiya sahəsinin ən nüfuzlu müsabiqələrindən sayılan “Red Jolbors” festivalında Azərbaycanın lider mobil operatoru “Azercell”in hazırladığı #QadınDediyin sosial layihəsi iki yüksək mükafata layiq görülüb. Orta Asiya və MDB ölkələrindən yüzlərlə nümayəndənin qatıldığı yarışmada münsiflərin qərarına əsasən #QadınDediyin layihəsi bölgənin ən yaxşı KSM layihələri arasında ikinci yerə çıxaraq Gümüş medala, “Ən yaxşı rəqəmsal kampaniya” nominasiyası üzrə isə Bürünc medala layiq görülüb.
#QadınDediyin layihəsinin mesajlarında və çarxında cəmiyyətdə qadınlara dair mövcud olan stereotiplər və bu yanaşmanın dəyişdirilməsi zərurətindən bəhs olunur. Davranışı ilə bu stereotipləri qıran xanımların timsalında uğurlu azərbaycanlı qadın idmançıların həyatından nümunələr təqdim edilib. Belə ki, öz hüquq və vəzifələrini bilən, öz yolunu seçib ona doğru əzmkarlıqla addımlayan qadın maneələri aşa biləcək və uğur qazana biləcək gücə, ağıla, iradəyə sahib olduğunu sübut etmiş olur; inkişafa, təhsilə, uğura gedən yolda sərhədlərin olmadığını göstərir.
Qeyd edək ki, bu layihə sosial şəbəkələrdə geniş əks-səda yaratdı, nüfuzlu influenserlər və blogerlər tərəfindən dəstəkləndi, ictimaiyyətin diqqətini cəlb etməyə çalışdı.
Bu il ilk dəfə onlayn formatda keçirilən tədbirdə 250-dən çox reklamçı, marketoloq, brend-menecer, PR mütəxəssisi “Red Jolbors” kommunikasiya festivalına öz işini təqdim edib. Onlar yeddi kateqoriya üzrə 20-dən çox nominasiya uğrunda mükafatlar üçün yarışıblar. Bu işləri qiymətləndirən komissiyada Avropa və MDB ölkələrinin tanınmış reklam agentlikləri, beynəlxalq mükafat laureatları təmsil olunub. Festival nüfuzlu qonaqları ilə yadda də qalıb. Müsabiqənin “Jolbors Education” adlı maarifləndirici bölməsində “Google”, “Mail.ru Group”, “PepsiCo”, “Skyeng”, “Borjomi Global”, “Forbes Russia” kimi məşhur şirkətlərin ekspertləri çıxış ediblər. Məşhur rejissor Timur Bekmambetov, tanınmış reklamçı Maksim Ponamaryov tədbir iştirakçıları qarşısında çıxış ediblər. “Red Jolbors” festivalı iştirakçılara peşəkar səviyyələrini artırmağa, həmçinin müxtəlif ölkələrin təmsilçilərinin müştərək maraqlı kreativ layihələrini ərsəyə gətirməsinə imkan yaradır.
“Azercell” indiyədək dəfələrlə yerli və beynəlxalq müsabiqələrdə Azərbaycanı təmsil edərək ali mükafatlara layiq görülüb. Şirkətin KSM sahəsində həyata keçirdiyi layihə və təşəbbüslər dünyanın ən yaxşıları sırasında təqdim edilərək, ölkəmizin beynəlxalq aləmdə tanıdılması istiqamətində atılan uğurlu addımlardan olub.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi