Zakir Həsənovdan daha bir təyinat, general Aydəmirovsa "vuruldu"

img

20-11-2013 [11:33]


Müdafiə Nazirliyində daha bir kadr islahatı həyata keçirilib. "Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bu dəfə 10 il Türkiyədə hərbi attaşe olmuş hazırda İşlər İdarəsinin rəisi vəzifəsini tutan polkovnik Baxış Ələkbərovu vəzifəsindən uzaqlaşdırılıb.

Polkovnik istefa raportu yazaraq ordudan təxris olunmasını istəyib və yeni nazir Zakir Həsənov onun arzusunu gerçəkləşdirib.

Məlumata görə, Baxış Ələkbərovun yerinə bir neçə gün öncə Müdafiə Nazirliyinin Təşkilat Səfərbərlik İdarəsinin rəis müavini gətirilən Hikmət Xalıqovun qardaşı təyin edilib.

***
Müdafiə Nazirliyi Baş Qərargah rəisinin müavini, təşkilat-səfərbərlik idarəsinin rəisi, general-leytenant Yaşar Aydəmirov məzuniyyətə göndərilib. AzNews.az-ın məlumatına görə, general illik məzuniyyət planına uyğun deyil, vəzifədən uzaqlaşdırılması niyyəti ilə "istirahət”ə göndərilib. Belə ki, onun məzuniyyətdən qayıdandan sonra istefaya göndəriləcəyi bildirilir. Mənbənin bildirdiyinə görə, onun vəzifəsinin icrası icrası hələlik İdarənin rəis müavini Hikmət Xalıqova tapşırılıb.

Y. Aydəmirovun "vurulması”nın ehtimallarından biri də, onun təşəbbüsü ilə bu ilin yanvarında bir qrup hərbi qulluqçunun imzası ilə Səfər Əbiyevi dəstəkləyən bəyanat imzalanıb. Hətta Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirmişdilər ki, bəyanata 10 mindən artıq hərbiçi qoşulub.

Qeyd edək ki, Yaşar Aydəmirovun isdən çıxarılması barədə məlumat bir müddət əvvəl yayılmışdı. Lakın həmin məlumatlar təsdiqlənməmişdi.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA