Kamran Əliyev BMT-nin İnsan Hüquqları üzrə Ali komissarına məktub ünvanlayıb
03-11-2020 [15:49]
Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev BMT-nin İnsan Hüquqları üzrə Ali komissarı Mişel Baçeletə rəsmi məktub ünvanlayıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, Baş prokuror Ermənistan təcavüzü nəticəsində Azərbaycan Respublikasının ərazisində insan hüquqları və beynəlxalq humanitar hüququn normalarının kobud şəkildə pozulması, həmçinin Bərdə rayonunun mülki əhali üçün istifadəsi beynəlxalq hüquqla qadağan edilmiş “claster” bombaları ilə atəşə tutulması nəticəsində xeyli sayda insanların həlak olması və yaralanması faktlarına 02.11.2020-ci il tarixli bəyanatında diqqət yetirdiyinə görə təşəkkürünü bildirib.
Bununla yanaşı, diqqətə çatdırılıb ki, Ermənistan silahlı qüvvələri tərəfindən yarım milyon əhalisi olan, münaqişə zonasından 100 km-dən artıq məsafədə yerləşən Azərbaycanın ikinci böyük şəhəri Gəncənin 4, 5, 8, 11 və 17 oktyabr tarixlərində Ermənistan ərazisindən ballistik raket atəşinə məruz qalması nəticəsində 6-sı uşaq, 10-u qadın olmaqla 26 mülki şəxs həlak olub, 32-i uşaq, 57-si qadın olmaqla 142 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Həmçinin qeyd edilib ki, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın strateji obyektləri olan Mingəçevir Su və İstilik Elektrik Stansiyaları, Bakı-Tbilisi-Ceyhan və Bakı-Novorossiysk neft kəmərləri, Oğuz-Qəbələ-Bakı su kəməri hədəfə alınmaqla müxtəlif tarixlərdə raket atəşlərinə məruz qalıb.
Eyni zamanda bəyanatda qeyd edilən iki erməni hərbçisinin guya Azərbaycan hərbi qulluqçuları tərəfindən qeyri-insani rəftara məruz qalmaqla öldürülməsi barədə yayılmış videomateriallar əsasında Baş Prokurorluqda araşdırmanın aparılması və həmin videoların saxta olmasının müəyyən edilməsi barədə də məlumat verilib.
Göstərilən hadisələr bəyanatda yer almadığı üçün narahatlığını ifadə edən Baş prokuror gələcək bəyanat və hesabatlarda Gəncə şəhərində mülki əhalimizə qarşı törədilmiş cinayət faktlarının və digər zəruri məlumatların qeyd edilməsini xahiş etməklə bununla bağlı ətraflı materialları təqdim edib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi